20-10-2023, 09:18 | Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Zəngilan Şəhəri Günüdür


Zəngilan şəhərinin işğaldan azad edilməsinin 3 ili tamam olur.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan qurtarıb.

Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib.

Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.

Dövlət başçısı daha sonra şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.

Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.

Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.

Azərbaycan Respublikasında "Zəngilanın azad olunmasına görə" medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 20 oktyabr - Zəngilan şəhəri günü kimi təsis edilib.

Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib.

İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, "Bəsitçay" dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.

Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.

Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.//APA//

Respublica.Az

19-10-2023, 15:47 | TÜRKSOY-un baş katibi Prezident İlham Əliyevi təbrik etdi

TÜRKSOY-un baş katibi Prezident İlham Əliyevi təbrik etdi



TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı olaraq Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük tərəqqi və inkişafa nail olmuşdur.

Zati-alinizin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünün qeyd olunduğu bu il Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün şəhər və rayonlarında qürurla dalğalanır.

TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu bizi daha da ruhlandırmış və ortaq türk mirasının qorunması, təbliği ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə Azərbaycanın gələcəkdə də TÜRKSOY-a geniş dəstək verəcəyinə əminliyimizi artırmışdır.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram".

Respublica.Az




19-10-2023, 12:59 | Prezident “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciət edib

Prezident “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciət edib


ƏBƏR LENTİÖLKƏSİYASƏTİQTİSADİYYATİDMANDÜNYAMARAQLISAĞLAMLIQNEWSTUBE
ƏLAQƏREKLAM12:56
İdman.bizAzernews.AzTrend.AzDay.AzHAVA PROQNOZUPULTrend TV
Milli.AZ

Geriİrəli
Payızda başından pul töküləcək BÜRCLƏR
ABŞ kəşfiyyatı Qəzza zolağında xəstəxananı kimin vurduğunu açıqladı - RƏSMİ
Elzadan sonra Yazıçılar Birliyinə daha bir qalmaqallı üzv seçildi - FOTO
Azərbaycanda daha bir universitet bağlanır?
850 qram çəki ilə doğuldu - 2335 qramla evə buraxıldı
Mikoyanın nəticəsi Moskvda öldürüldü
Nazilə Səfərliyə qarşı fırıldaq: “Dedi ki, kartımdan pul çəkilir...”
Xocavənddə həlak olan polisin məzarının görüntüsü - FOTO
Ramiz Mehdiyevə son zərbə: Bank niyə bağlandı?
“Onun-bunun ərini oğurlayırsan, sən artıq sırtılmısan...” - Afətdən Vəfaya sərt sözlər - VİDEO
Azərbaycanda SƏHƏR-SƏHƏR DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: 88 yaşlı qayınata gəlininə GÖRÜN NƏ ETDİ
54 yaşlı Cennifer Lopez alt paltarı reklamında - FOTOlar
Azərbaycanın bürcü nədir? – Zirəddin açıqladı
Uşağımı doğmalarım, nəslim-köküm öldürdü - Yaqutun anası
“Bomba oğlan”ların zövqü və şövqü
Bu bürclər üçün xəyanət su içmək kimi birşeydir - Sadiq olmayan bürclər
aznAzərbaycanda ən yaxşı valyuta məzənnələri burada!
SİYASƏT
Prezident “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciət edib
19 Oktyabr 2023 11:48Baxış: 187
Share on WhatsApp
Share on Telegram
Share on Facebook
Share on Twitter
Print

Prezident İlham Əliyev 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisinin iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Sərgi iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Ötən illərin təcrübəsi göstərir ki, belə sərgilərin təşkili işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası, regional sülh və davamlı inkişaf məqsədinin reallaşması baxımından faydalı olmuşdur. Şübhəsiz ki, bugünkü Sərgi də gələcək biznes layihələrinin gerçəkləşdirilməsi üçün mühüm fürsətlər yaradacaqdır.

Bu Sərgi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf edir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin ərazi bütövlüyünün təmin edilməsində və müstəqil inkişafında onun misilsiz xidmətləri vardır.

Ümummilli Lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu Öndər həmin ərazilərin iqtisadi-mədəni inkişafı və həyat səviyyəsinin davamlı yaxşılaşması naminə xüsusi səy göstərmişdir.

Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar. Həmin ərazilərdə uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir.

Sərgi iştirakçılarını - qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm.

Əminəm ki, "Rebuild Karabakh" Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır.

Bir daha bütün Sərgi iştirakçılarına və ziyarətçilərə işlərində müvəffəqiyyətlər arzulayıram!

Qarabağ Azərbaycandır!"AZƏRTAC

Respublica.Az



19-10-2023, 12:55 | Prezident: Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi

Prezident: Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi


Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" sərgilərinin təşkili işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası, regional sülh və davamlı inkişaf məqsədinin reallaşması baxımından faydalı olmuşdur. Şübhəsiz ki, bugünkü Sərgi də gələcək biznes layihələrinin gerçəkləşdirilməsi üçün mühüm fürsətlər yaradacaqdır.

Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.

Sərginin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf etməsinin vurğulandığı müraciətdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin ərazi bütövlüyünün təmin edilməsində və müstəqil inkişafında misilsiz xidmətləri olduğu bildirilib.

"Ümummilli Lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu Öndər həmin ərazilərin iqtisadi-mədəni inkişafı və həyat səviyyəsinin davamlı yaxşılaşması naminə xüsusi səy göstərmişdir. Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar", - deyə müraciətdə qeyd edilib.AZƏRTAC


19-10-2023, 12:21 | İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir





Qarabağda və Şərqi Zəngəzurda uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir.

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.

"Sərgi iştirakçılarını - qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm. Əminəm ki, "Rebuild Karabakh" Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır", - deyə müraciətdə bildirilib.

Respublica.Az

18-10-2023, 15:44 | Azərbaycanı qələbədən qələbəyə aparan Lider

Azərbaycanı qələbədən qələbəyə aparan Lider


Mərdan ƏLİYEV,
Baş Dövlət Yol Polisi İdarəsinin
Texniki Müayinə Mərkəzlinin rəisi.


2003-cü il Azərbaycan xalqının ictimai siyasi həyatında yeni tarixi dövrün başlanğıcı kimi yadda qaldı. Oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.
Hər bir xalqın və millətin milli identikliyini müəyyən edən bir sıra amillər təbii ki, milli müxtəlifiyi də ortaya qoyur. Güclü, nüfuzlu siyasi xadimlər isə xalqı dünyada tanıdan və onun ictimai surətini formalaşdıran başlıca faktor kimi nəzərdən keçirilir. Bir sözlə, şəxsiyyət fenomeninin xalqın və dövlətin taleyini müəyyənləşdirən əsas amil olması uzun illər sınaqdan keçmiş təcrübədir və isbata ehtiyacı yoxdur.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə bərqərar olan sabitlik və məhz H.Əliyevin şəxsi nüfuzu sayəsində Azərbaycanın beynəlxalq səviyyədə özünə yer tutması bu fikirləri daha dolğun tamamlayır. Azərbaycan dövlətinin memarı olaraq Ulu öndərin həm daxili, həm də xarici siyasi kursu onun dahi dövlət xadimi, böyük vətənpərvər və tarixi fenomen olduğunu göstərdi.
2003-cü il seçkilərindən bizi ayıran 20 illik dövr tariximizin hər gün yazılmaqda olan möhtəşəm səhifəsidir.
Xalqımızı parlaq qələbəyə inamla aparan Prezident İlham Əliyevin 20 illik siyasi hakimiyyətinin yüksələn xətlə inkişaf edən bütün dövrləri zaman, sürət və nəticə kimi elmi düsturun dövlət idarəçiliyinə uğurlu inikasıdır.
Müasir respublika tarixinin 5-ci dövrü Azərbaycan üçün əlamətdar olub. Cəngavərtək döyüşən, öz torpaqlarını azad edən Böyük Xalq yaxın 500 ilin qürur səhifəsini açıb. İslam və Türk aləminə məhz bu şücaəti ilə şərəf gətirən Azərbaycanın yaratdığı qalib ölkə fenomeni artıq yaxın-uzaq coğrafiyalarda əfsanəyə çevrilib. Müasir hərb sənətini uğurlu siyasi gedişlərin gücünə çevirməyi bacaran ölkəmiz indi örnəkdir. Nüfuzlu, müzəffər və hər cür rəğbətə layiq. Bu uğur formulasının memarı isə İlham Əliyevdir. O təkcə dövrünün ustad siyasətçisi deyil, həm də döyüşkən xalqın Lideridir.
Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başlayan Azərbaycan Ordusu dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın azadlığı tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. Ali Baş Komandan olaraq o, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu.
Prezident İlham Əliyevin şəxsi nüfuzu ölkəmizin bütün beynəlxalq arenalarda mövqeyini daha da möhkəmləndirib, Azərbaycanın millli maraqlarının müdafiə olunmasını mümkün edib. Xüsusi qeyd edilməlidir ki, müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə verdiyi 30-dan çox müsahibə münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Ədalətin bərpa edilməsindən sonra Azərbaycan dövlətinin qarşısında yeni çağırışlar dayanırdı. 2023-cü il Sentyabrinda aparılan uğurlu 24 saatlıq anti-terror tədbirləri tarixi qələbəmizi məntiqi sonuna çatdırdı. Azərbaycan torpaqlarında separitzmin kökü kəsildi və süverenliyimiz təmin edildi. İndi isə bir zamanlar xalqımıza qarşı qatı cinayətlər törətmiş canilərin bir-bir cinayət məsuliyyətinə cəlb olunduqlarının şahidi oluruq. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslər cəzasız qalmayacaqlar və qalmırlar.
Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Qazanılmış Qələbə həm də ötən dövrdə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Azərbaycan Prezidenti xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymət idi.
Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, həssas və mürəkkəb bölgədə yerləşməsinə baxmayaraq həm region həm də dünya ölkələri ilə yüksək səviyyəli əlaqələrə malikdir.
Serbiya Prezidenti Vuçiç haqlı olaraq deyir: "Bu gün Prezident İlham Əliyev dünyanın ən arzuolunan və rəğbət bəslənilən liderlərindən biridir. Müasir dövrdə Prezident İlham Əliyev bütün paltformalarda Azərbaycanın haqq mövqeyini uğurla müdafiə edir."
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
Bu gün Prezident İlham Əliyevin nəzarəti ilə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Ermənistan tərəfindən viran qoyulmuş ərazilərin abadlaşıdırılması və aparılan nəhəng prosesin sürəti beynəlxalq ictimaiyyət tərəfindən də müsbət anlamda heyrətlə qarşılanır. Bütün sahələrdə olduğu kimi bu istiqamətdə də Azərbaycan dünya üçün bir örnək model ortaya qoyur.
Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa-dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır.
Zəfər, qalibiyyət, milli birlik, güclü iradə və güclü xalq. Yüzilliklər boyu davam edən dövlətçilik salnaməsinin bu epoxasını yaradan Azərbaycan Prezidenti İlham Əliyev tarixi şəxsiyyət kimi xalqımızın yaddaşına əbədi həkk olacaq - Xilaskar və Böyük Lider.

16-10-2023, 07:48 | Xankəndiyə komendant təyin edilən general kimdir? – Dosye

Xankəndiyə komendant təyin edilən general kimdir? – Dosye


Polis general-mayoru Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib.

Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

S.Səfərov 2022-ci ildə Prezidentin sərəncamı ilə general-mayir rütbəsinə layiq görülüb.

"Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.//
axar.az//
Respublica.Az


15-10-2023, 22:44 | Həmin tarixi an... - VİDEO

Həmin tarixi an... - VİDEO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Respublica.Az musavat.com-a istinadən həmin anın görüntülərini təqdim edir:
Ətraflı

Respublica.Az



[media=https://nyus.az/son-xeber/20751-h%C9%99min-tarixi-an-vi%CC%87deo.html]

15-10-2023, 20:23 | İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət edib

İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət edib


Prezident İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət edib.

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, müraciətdə deyilir:

Hörmətli xanımlar və cənablar!

Sizi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə ürəkdən salamlayıram.

Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsusluğu qoruyub saxlamışlar. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi ötən müddətdə təqdirəlayiq xidmətlər göstərmişdir.

Məhz TÜRKSOY-un təşkilatçılığı və bilavasitə iştirakı ilə ənənəvi şəkil alan layihələr, müntəzəm keçirilən mədəniyyət günləri, incəsənət festivalları, həmçinin türk dünyasının şah əsərlərinin, əlamətdar tarixi-mədəni hadisələrinin və görkəmli şəxsiyyətlərinin təntənə ilə qeyd olunan yubileyləri türk xalqları arasında qarşılıqlı əlaqələri dərinləşdirmiş və möhkəmlətmişdir. Təşkilat üzv ölkələrin mədəniyyət və incəsənət xadimlərinin yaxınlaşması üçün bu gün də var qüvvəsini əsirgəmir. Onun fəaliyyəti türk dövlətləri rəhbərlərinin bütün zirvə toplantılarında, dövlət və hökumət başçılarının birgə bəyannamələrində həmişə yüksək qiymətləndirilmişdir.

Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə etmiş, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışmışdır. Təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir. Şuşa şəhərinin 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və "TÜRKSOY Mədəniyyət Günləri"nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir.

Türk dünyası birliyinin daha da möhkəmləndirilməsi və müştərək mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub yaşadılması yolunda hər birinizə yeni-yeni uğurlar arzulayıram.

Respublica.Az



15-10-2023, 18:57 | "Rossiyskaya qazeta" İlham Əliyevdən yazdı

"Rossiyskaya qazeta" İlham Əliyevdən yazdı


"Rossiyskaya qazeta" nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə "Son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda nüfuzunu xeyli gücləndirib" sərlövhəli məqalə dərc edilib.

Respublica.Az report-a istinadən xəbər verir ki, məqalədə deyilir ki, İlham Əliyevin hakimiyyəti Azərbaycanda daxili-siyasi sabitliyin simvolu olmaqla yanaşı, eləcə də ölkənin beynəlxalq nüfuzunu necə gücləndirə biləcəyinin nümunəsinə çevrilib.

"Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində səmərəli və balanslaşdırılmış idarəetmə üçün sarsılmaz zəmin yarada bilib. Bu gün Azərbaycanın siyasi sistemi faktiki olaraq heç bir daxili çağırışla üzləşmir və genişspektrli risklərə müqavimət göstərir. Bütün bunlar İlham Əliyevin idarəçilik keyfiyyətlərinin nəticəsidir", - məqalədə qeyd edilir.

Bildirilir ki, İlham Əliyev milli iqtisadiyyatın şaxələndirilməsinə və ixracdan asılılığın azaldılmasına birmənalı önəm verir, çünki vətəndaşların rifahını özünün prioriteti hesab edir.

"Dövlətin iqtisadi dayanıqlığı Azərbaycanın beynəlxalq münasibətlərdə strategiyasının müəyyənedici xüsusiyyətinə çevrilib. İnvestisiya sahəsində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaratmaq məqsədilə ilkin mərhələdə Bakı münaqişələrin azaldılmasına və böhranların qarşısının alınmasına diqqət yetirib.

İlham Əliyevin hakimiyyəti illərində ölkə əsas maraqlarının perimetri boyu riskləri minimuma endirməyə nail olub. O, onilliklər ərzində Azərbaycanda gündəmi zəbt edən problemi həll etdi, Qarabağ bölgəsinə nəzarəti bərpa edə bildi. Hazırkı prezidentin rəhbərliyi altında ölkə faktiki olaraq bir vaxtlar işğal olunmuş region ətrafında yerli erməni əhalisinin maraqlarını hərtərəfli nəzərə alaraq total reinteqrasiya üçün şərait yaradıb.

İyirmi il ərzində Prezident bütün seçki vədlərini praktiki olaraq yerinə yetirib: genişmiqyaslı regional layihələr həyata keçirilib, dövlətin gəlirləri artır, yeni iş yerləri açılır, sosial problemlər həllini tapır. Azərbaycan regionda faktiki və şəksiz liderə çevrilib", - məqalədə vurğulanıb.

Respublica.Az



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.