22-09-2021, 20:29 | Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək



Sentyabrın 14-də BMT Baş Assambleyasının (BA) növbəti, 76-cı sessiyası öz işinə başlayıb.

Maldiv adalarının xarici işlər naziri Abdulla Şahid BMT BA-nın 76-cı sessiyasının prezidenti seçilib. Bununla da BMT BA-nın 75-a sessiyasının prezidenti Volkan Bozkırın (Türkiyə) səlahiyyətləri başa çatıb.

Ənənəvi olaraq, sessiya çərçivəsində yüksəksəviyyəli ümumi müzakirələr keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulan ümumi müzakirələr sentyabrın 21-dən başlayıb və sentyabrın 27-dək davam edəcək.

Müzakirələrin əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş illik hesabatını təqdim edib. Hesabatda beynəlxalq sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişaf, insan hüquqlarının müdafiəsi və təşviqi, həmçinin digər önəmli məsələlərə toxunulur.

Pandemiya ilə əlaqədar bu il ümumi müzakirələr seqmentinin hibrid formada, yəni həm fiziki iştirak, həm də virtual (videomüraciət) formada olması nəzərdə tutulub. Bu ilki ümumi müzakirələrin mövzusu belədir: "Ümid vasitəsilə müqavimətin gücləndirilməsi: COVID-19-dan sonra bərpa, dayanıqlığın yenidən qurulması, planetin ehtiyaclarının cavalandırılması, insan hüquqlarına hörmət və BMT-nin canlandırılması".

Ümumi müzakirələr BMT BA-nın ən önəmli seqmentlərindən biridir. Belə ki, qlobal platforma olan BMT BA-nın bu mötəbər kürsüsündən dövlət və hökumət başçıları istər milli, istərsə də beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı öz baxışlarını, dövlətlərinin siyasətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

Müzakirələrdə Azərbaycan Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ Prezident Cozef Baydenin, Çin Xalq Respublikasının Sədri Si Cinpinin və bir çox digər dövlət və hökumət başçılarının çıxışları gözlənilir. Bu il müzakirələr zamanı dövlət və hökumət başçıları tərəfindən əsasən COVID-19 pandemiyası, beynəlxalq sülh və təhlükəsizlik, Əfqanıstanda vəziyyət, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və digər önəmli məsələlərə toxunulacağı gözlənilir.

Ümumi müzakirələr çərçivəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciət formatında çıxışı nəzərdə tutulub. BMT BA-nın bu ilki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edəcək, qalib Azərbaycan xalqını təmsil edəcək.

AZƏRTAC

21-09-2021, 15:01 | Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

AZƏRTAC

21-09-2021, 14:31 | Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda bildirildi ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin açılması və ölkəmizdə azad ticarət zonasının fəaliyyətə başlaması həm ölkələrimiz arasında, həm də regionda iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaq.

AZƏRTAC-

6-09-2021, 10:23 | Ailədaxili münaqişənin gizli saxlanılması ölümlə nəticələnir - Bahar Muradova

Ailədaxili münaqişənin gizli saxlanılması ölümlə nəticələnir - Bahar Muradova

Cəmiyyətdə ailədaxili zorakılığa, münaqişəyə dair münasibət hər ailədə eyni deyil. İnsanlar bir çox hallarda bu kimi cinayətlərə səbəb olan halları gizli saxlayırlar. İstər qonuşlar, istərsə də yaxın ailə üzvləri bu kimi hallar haqqında məlumatı yalnız çox ağır sonluqla nəticələndikdə bildirirlər.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Trend-ə açıqlamasında deyib.

B.Muradova bildirib ki, bütün dünyada pandemiya ilə əlaqədar ailədaxili zorakılıq, münaqişə halları yaranır: "Müharibənin də insanlarda yaratdığı psixoloji fəsadları görməzdən gəlməməliyik. Bu səbəblərdən qəddarlıq, şəxsiyyətə qəsdən zərərvurma, cinayət halları daha qabarıq şəkildə meydana çıxır."

O, həmçinin qeyd edib ki, istənilən halda əgər bir zorakılıq halı varsa, biz bunu cəmiyyət olaraq qəbul etməməliyik. Buna səbəb olan dəyər, mentalitet adlandırdığımız mənfi stereotipləri aradan qaldırmalıyıq: "Cəmiyyət olaraq bu sahədə şəffaflığı artırmalıyıq. Hər hansısa bir ictimai təşkilat bunu təkbaşına bacara bilməz. Xalq olaraq bu kimi hallara laqeyd, biganə yanaşmadan onların qarşısını almalıyıq".

Bu il avqustun sonuna qədər komitəyə 212 ailədaxili zorakılıq faktları haqqında məlumat daxil olduğunu vurğulayan B.Muradova hər ay bununla bağlı 12-15 məlumat daxil olduğu halda, avqust ayında bu rəqəmin 46-ya yüksəldiyini bildirib: "Bu, çox narahatedici haldır. Müraciət edənlərin böyük qismi psixoloji təzyiqdən şikayət edən qadınlardır. Bu halların aradan qaldırılması üçün beynəlxalq əlaqələrimizdən istifadə edərək müxtəlif layihələrin reallaşdırılmasına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, ən əsası isə cəmiyyəti məlumatlandırmağa üstünlük veririk".

4-09-2021, 18:40 | Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib - FOTO


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında etdiyi paylaşımda "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.

Milli.Az-ın məlumatına görə, paylaşımda deyilir:

"Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"






4-09-2021, 11:26 | Prezident İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva və Orxan Aslanovu təbrik edib.

Dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!" Milli.az.

4-09-2021, 09:14 | Prezident İlham Əliyev hərbi xidmətə çağırılma və ehtiyata buraxılma barədə Sərəncam verdi

Prezident İlham Əliyev hərbi xidmətə çağırılma və ehtiyata buraxılma barədə Sərəncam verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alınır:

1. 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

AZƏRTAC

30-08-2021, 06:39 | Prezident İlham Əliyev Füzuli aeroportunu Qarabağın hava qapısı adlandırıb

Prezident İlham Əliyev Füzuli aeroportunu Qarabağın hava qapısı adlandırıb


Füzuli aeroportu Qarabağın hava qapısıdır.


Bu fikri Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən bildirib.

Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanına gedərkən çəkdiyi videogörüntüdə dövlətimizin başçısı deyir: "Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır".

AZƏRTAC

30-08-2021, 06:35 | Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə azad olunmuş ərazilərə növbəti səfərdən görüntülər paylaşıb - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə azad olunmuş ərazilərə növbəti səfərdən görüntülər paylaşıb - VİDEO

Avqustun 29-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva azad olunmuş ərazilərə növbəti dəfə səfər edib.

Birinci vitse-prezident Mehriban Əliyeva səfərlə bağlı rəsmi "Instagram" səhifəsində görüntülər paylaşıb.

AZƏRTAC

30-08-2021, 06:33 | Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.

Dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Tokio-2020" Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri - İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!".

AZƏRTAC

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.