26-08-2021, 10:36 | Xalqa, dövlətə sadiqlik və sevgi nümunəsi

Xalqa, dövlətə sadiqlik və sevgi nümunəsi

Azərbaycan dövlətinin çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir. Bu qürurun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu ictimai və dövlət xadimidir. Təşəbbüskarlığı və yüksək təşkilatçılıq bacarığı ilə Azərbaycanın bir çox uğurlarına imza atan Mehriban Əliyeva Azərbaycan qadınlarının ən parlaq nümayəndəsidir.

Mehriban Əliyeva işgüzarlığı, vətəndaş mövqeyi, humanizmi, insanların problemlərinə həssas münasibəti, qayğıkeşliyi, həlli vacib məsələlərdə prinsipiallığı ilə həm də bir vətəndaş modeli yaradır. Mehriban Əliyevanın Vətənə xidmət amalı isə bütün fəaliyyətinin fövqündə dayanır. Məhz bu yüksək dəyərlər Mehriban xanımı əksəriyytin nümunəvi insan idealına çevirib. Ali dəyərləri özündə birləşdirən şəxsiyyət kimi Mehriban xanım hazırda cəmiyyətin tərəqqisində göstərdiyi səyləri ilə də intellektual qadının çağdaş nümunəsini canlandırır.

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Əminliklə söyləyə bilərik ki, Mehriban xanım çoxşaxəli fəaliyyəti ilə cəmiyyətin inklüziv inkişafını təmin etmiş, öz dərin biliyinə əsaslanaraq mədəniyyət, təhsil, səhiyyə, idman sahəsində misilsiz irəliləyişə müvəffəq olmuşdur.

Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər və layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual istiqamətləri də əhatə edir.

Azərbaycan xalqına məxsus milli mədəniyyət və incəsənət nümunələrinin qorunması, bərpası, dünyada tanıdılması da Mehriban xanımın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Mehriban xanım Əliyeva cəmiyyətimizə xas olan multikultural dəyərləri və tolerant mühiti bütün dünyada layiqincə təbliğ edir.

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar fəaliyyəti heyranlıq doğurur. İnsanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı ən vacib missiya kimi həyata keçirilməkdədir.

Xüsusi qayğıya ehtiyacı olanlara ana nəvazişi ilə yanaşan Mehriban xanım Əliyeva cəmiyyətin bu həssas təbəqəsinin təhlükəsiz və sağlam həyatının təmin olunmasında yorulmaz fəaliyyət göstərir, onların sosial inteqrasiyası və keyfiyyətli yaşamı üçün bütün lazımı addımları atır.

Azərbaycanda təhsilin inkişafını, təhsil şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayan Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə yeni məktəb binaları tikilib, yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib.

2020-ci il bütün dünyada ağır və məsuliyyətli bir dövr oldu. COVİD-19 pandemiyası həm sosial, həm də iqtisadi problemlərlə ölkələri qayğılandırdı. Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizi bu bəladan az itki ilə qurtarmağa, xəstəliyin miqyasını kiçiltməyə imkan verdi. Ağır dönəmdə Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində pandemiya səbəbindən yaranan böhranın dərinləşməməsi və fəsadlarının qarşısının alınması üçün idarəetmədə güc birliyi təmin olundu. "Vətənimizə, bizim ümumi evimizə bəla gəlib" - deyə, xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.

Mehriban xanımın çevik qərarları ilə Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilir.

2020-ci ildə ölkəmizin tarixinin qızıl səhifəsi yazıldı - Azərbaycan qələbə nuruna boyandı. Vətən torpaqları işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi qarşısında düşmən diz çökdü, düz sərhədinə qədər qovuldu. Müqəddəs bayrağımız 30 il həsrət qaldığımız ərazilərdə - doğma Qarabağımızda və Şərqi Zəngəzurda dalğalandı. Bu, ləyaqət tarixi, şərəf salnaməsidir. Bu möhtəşəm səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu yazdı.

Öz canı-qanı bahasına Vətən torpaqlarını düşmən tapdağından azad edən igid oğullarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər daim Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir, onlar lazımı dövlət qayğısı ilə əhatə olunublar.

Ölkəmizin həyatında yeni dövr başlayır - işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri, maddi-mənəvi dəyərlərimizə sahiblənmək. Xalqımız səbirsizliklə Böyük Qayıdışı gözləyir. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə ürəkdən təbrik edir, ailə səadəti, can sağlığı, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətində uğurlar və tükənməz xalq sevgisi arzu edirəm.

Oktay Abdullayev,
Xızı Rayon Təhsil Şöbəsinin müdiri.
Əməkdar müəllim.

26-08-2021, 06:30 | Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Bu layihələr təkcə Azərbaycanla məhdudlaşmır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Onun təşəbbüsü ilə Pakistanda qızlar üçün yeni məktəb tikilib, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar keçirilib. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işləri sırasındadır.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.

2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.

2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

2013-cü il dekabrın 27-də Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

Rusiya Prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.

Bundan başqa, Mehriban Əliyeva Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Rusiyanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.

Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.

Yeni Azərbaycan Partiyasının sədr müavinidir.

Ailəlidir, iki qızı, bir oğlu var.

Bizdə kollektivimiz adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!



16-06-2021, 07:29 | Azərbaycan və Türkiyə Prezidentləri Şuşada birgə nahar ediblər

Azərbaycan və Türkiyə Prezidentləri Şuşada birgə nahar ediblər


İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə nahar ediblər.

AZƏRTAC

15-06-2021, 15:33 | Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir.

Trend xəbər verir ki, səfər zamanı Rəcəb Tayyib Ərdoğanı xanımı Əminə Ərdoğan, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və digər rəsmi şəxslər müşayiət edir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


15-06-2021, 13:33 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

Xəbər yenilənəcək


15-06-2021, 10:45 | Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!"


15-06-2021, 09:31 | "İnkişaf siyasəti Azərbaycan dövlətinin daimi prioritetidir"

"İnkişaf siyasəti Azərbaycan dövlətinin daimi prioritetidir"

Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkə səfirlərinin etimadnaməsini qəbul etdiyi tədbirdə çıxışı zamanı bir sıra aktual mövzulara toxundu və öz mükəmməl nitqi üzərindən bütün dünyaya növbəti mesajlarını verdi. Dövlət başçısı dəqiq təhlillərə əsaslanaraq qeyd etdi ki, 2-ci Qarabağ savaşındakı qələbədən sonra Azərbaycanın yeni inkişaf mərhələsi başlayıb və həmin mərhələdə ölkəmiz daha böyük uğurlara imza atacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, bizim bu günə qədər ən böyük problemimiz torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması idi: "İndi isə Azərbaycanın suverenliyi tam bərpa olub, doğma Qarabağımız müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman əsgərlərimizin sayəsində işğaldan azad olub. Demək ki, artıq qarşımızda maneə yoxdur, iqtisadi resurslarımız, gücümüz bundan sonra daha da artacaq, mövqeyimiz daha da güclənəcək.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi dövlətimiz üçün həm də yeni stimul, mənəvi rahatlıq anlamını daşıyır. Bu stimul, rahatlıq isə işıqlı gələcəyin növbəti müjdəçisidir. Artıq işğaldan azad olunan torpaqlarda yenidənqurma, bərpa işləri gedir. Dövlətimiz bütün gücünü səfərbər edib ki, həmin torpaqlar yenidən dirçəlsin, insanlar tezliklə öz doğma yurd-yuvalarına qayıtsın. Üstəlik, bu planlı işlər olduqca sürətlə gedir. Həm də inanılmaz sürətlə. Ağıllı şəhər və kənd ideyası ilk gündən öz realizəsinə başlayıb, infrastrukrurun qurulması prosesi günbəgün irəliləyir, regiona böyük dövlət sərmayəsi cəlb edilib, yollar çəkilir, elektrik stansiyaları tikilir. Bir azdan Qarabağ çox dəyişəcək, çox gözəlləşəcək. Çünki artıq azaddır, çünki artıq rahat nəfəs alır, çünki artıq onun qeydinə qalan, onun qayğısını çəkən var".

E.Musayev əlavə edib ki, inkişaf siyasəti Azərbaycan dövlətinin daimi prioritetidir: "Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həmin inkişaf daim hiss edilib, Azərbaycan yalnız irəli gedib, uğurlara imza atıb, zəfər qazanıb. Heç şübhəsiz ki, məlum siyasət bundan sonra da ölkəmizi daha böyük inkişafa doğru aparacaq".

15-06-2021, 06:49 | Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev rəsmi "Tvitter" səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

AZƏRTAC bildirir ki, paylaşımda Ümummilli lider Heydər Əliyevin "Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir", - şüarı yer alıb.




15-06-2021, 06:43 | Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Düz 28 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Bu il ilk dəfədir ki, Azərbaycan xalqı Milli Qurtuluş Gününü ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.

2-06-2021, 20:14 | Cavid Qurbanov NƏDƏN ƏMLAKINI SATIR? - İDDİA

Cavid Qurbanov NƏDƏN ƏMLAKINI SATIR? - İDDİA


“Azərbaycan Dəmir Yolları“ QSC sədri Cavid Qurbanovun əmlaklarını satışa çıxarmasının səbəbləri məlum olub.
TİA.Az-a verilən xəbərə görə, C.Qurbanov dəyər-dəyməz qiymətinə satışa çıxardığı obyektlərin vəsaiti ilə kəsirləri kompensasiya etməyə hazırlaşır.
Baş dəmiryolçunun ayağında külli miqdarda yeyinti olduğu və maliyyə yoxlamaları zamanı aşkarlandığı üzə çıxıb. Bu mənimsəmələrin bədəlini ödəmək tələbi ilə sərt şəkildə qarşılaşan C.Qurbanov əmlaklarını satmağa məcbur olub.
Xatırladaq ki, C. Qurbanov “Azərreyl” voleybol klubuna aid Biləcəridə yerləşən təlim-məşq bazasını satışa çıxarıb.
Həmin bazanın milyonlarla dəyəri olduğu deyilir. Onun “Topaz” bukmeyker bazarından da əlini çəkdiyi bildirilir.
Yeni yaranan “Azərlotoreya” bukmeyker oyunları türklərə verildikdən sonra “Topaz” bu bazarda mövqelərini itirib.

C.Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” ASC-dir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.
Nizamnamə kapitalı 1,4 milyon manat olan LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.

“Süsən Aqro” MMC 2011-ci ildə “Baltech İnvestments” MMC, “S+S Qrup” MMC və Türkiyə vətəndaşı Abdurəhman Şəhtürk Kiyasi tərəfindən yaradılıb. Bu şirkət Ağsu rayonunda 2016 hektar sahədə əkinçilik və toxumçuluqla məşğuldur.
C.Qurbanovun biznes səltənətində 2014-cü ilin sentyabrında “Baltech Group JLT” və Hamit Karani 10%/90% nisbətində pay bölgüsü ilə “Baltech Makina Pazarlama Sanayi ve Ticaret A.Ş.” şirkətini yaradılması dayanır. 2016-ci ildə 28.400.000 lirə sərmayə qoyulmaqla sirkətin kapitalı 28.500.000 lirəyə qaldırılıb və H.Karanı şirkəti tərk edib. Həmin ilin dekabr ayında baş tutan növbəti yığıncaqda BƏƏ-dəki yeganə payçının adından Vüsal Aslanov iştirak edib. O zaman V.Aslanov artıq ADY-nin İH sədrinin müavini idi. Şirkətin 2017-ci ilin oktyabr ayında İstanbulda keçirilmiş son yığıncağında isə “Baltech Group DMCC” şirkətini ADY-nin digər rəsmisi – Fuad Səfərov təmsil edib

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.