26-08-2022, 10:56 | İstefa verin, qoşulun müxalifətçilik edənlərə... - Qüdrət Həsənquliyev

İstefa verin, qoşulun müxalifətçilik edənlərə... - Qüdrət Həsənquliyev


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, son vaxtlar internet TV-lərdə, sosial şəbəkələrdə ünvanınıza əsassız, bəzən yumşaq desək, etik çərçivəni aşan ittihamlar səsləndirilir. Bu barədə nəsə demək istərdinizmi?

- Belələri arasında heç bir sanballı, vicdanlı və intellekt sahibinə rast gəlməmişəm. Mən həmin rəzil adamları istifadə edənlərə acıyıram. Gör kimlərin ümidinə qalıblar. İqtidarın maliyyələşdirdiyi kanallarda iqtidarın vətənpərvərliyindən danışıb məni rusiyayönümlülükdə ittiham edənlərə və onları öyrədənlərə deyirəm ki, nə 10 noyabr, nə də 22 fevral sazişini mən imzalamamışam. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. İlham Əliyev həmin sazişləri imzalamaqla mümkün olan maksimuma nail olub. Bu gün nail ola bilmədiklərimizə sabah nail olacağıq. Sadəcə səbirlə növbəti əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləməliyik. Məhz bu səbəbdən, mən həmin sazişlərin imzalanmasını doğru, iqtidarın Rusiyaya münasibətdə yürütdüyü dostluq və müttəfiqlik siyasətini, ictimai rəyin bunu birmənalı qəbul etmədiyini bilsəm də, milli maraqlara uyğun hesab etmişəm. İqtidarın internet TV-lərindən məni ittiham edənlərin kişiliyi və cəsarəti varsa, sözünü iqtidara desin. Biz Rusiyaya münasibətdə yürüdülən düzgün siyasətin, Prezidentlərin bir-birinə olan güvəninin hesabına işğal altındakı torpaqlarımızın 80%-ni işğaldan azad etdik. Vay bunu qanmayanların halına. Sosial şəbəkələrdə mənə böhtan atanlara səslənirəm, şəhid ailələrinin, qazilərin, sadə insanların sosial müdafiəsinin gücləndirilməsini, onlara diqqətin artırılmasını hökumətdən tələb edən, iqtisadi, sosial və hüquqi islahatların aparılmasının zəruriliyindən danışan və bu istiqamətdə ən çox təkliflər verən deputat və siyasətçilərdən biriyəm. Ola bilsin sizi böhtana sövq edənləri əslində narahat edən həm də budur. Qoy vicdanı olanlar mənim fəaliyyətimi araşdırsın, sonra danışsın. İntriqaçılara isə deyirəm ki, sizlər iqtidarı səviyyəli dəstəkləmək baxımından yararsız olduğunuzu bilirsiniz və bu işi daha yaxşı görənlər sizdə qıcıq doğurur, ona görə özünüz kimiləri digərlərinin üzərinə qısqırtmaqla onları nüfuzdan salacağınızı düşünürsünüz. Əslində isə iqtidarın siyasətinə qarşı çıxıb onu gözdən salırsınız. İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə, istefa verin, gedin qoşulun iqtidardan qovulub müxalifətçilik edənlərə. Öz səviyyənizdə olanların yanına gedin. Xalq hərəkatının üzə çıxardığı gerizəkalı tör-töküntülərdən, yaxud uğursuz, bir tikə çörəyə möhtac yazıq adamlardan başqalarına qarşı istifadə etməyə çalışmayın.

- Yeri gəlmişkən, iqtidarın işdən qovduğu nazirlər, səfirlər, müşavirin müşavirləri, yaxud iqtidarın deputat və ya yenidən deputat seçilməsinə dəstək vermədiyi adamlar, hökumətlə əməkdaşlıq etmiş, amma sürüşkənliklərinə görə rədd edilmiş partiya sədrləri, “siyasi fəallar”, jurnalistlər sanki yarışırmışlar kimi radikallıqları ilə fərqlənməyə, özlərini əsl müxalifət və bu iqtidarın real alternativi kimi təqdim etməyə çalışırlar. Onlar nə qədər perspektivli işlə məşğuldurlar?

- Bilirsiniz, qeyd etdiyiniz vəzifədə olmuş adamların heç biri aparılan siyasətə etiraz edib istefa verməyiblər, işdən qovulandan, yaxud deputat seçilməyəndən sonra müxalifətçilik etməyə başlayıblar. Onlar vəzifədə olanda bu iqtidarı öyüb, bu gün onların danışdıqları problemləri qaldıranları isə aşağılayıblar. Müxalifətçiliyə də işdən qovulandan dərhal sonra başlamayıblar. Hansısa möcüzənin baş verəcəyini və onlara münasibətin dəyişəcəyini xeyli gözləyiblər, bu istiqamətdə çalışıblar, amma ümidləri üzüləndən sonra başlayıblar müxalifətçiliyə. Bəzilərinin “müxalifətçiliyi”, “vicdanlılığı” isə ayrı-ayrı nazirlərin üzərinə qısqırdılmaqda ehtiva olunur. Onların “mübarizəsi” əqidə, dünyagörüş, ali dəyərlər, qanunların aliliyi uğrunda savaş, vətənpərvərlik davası deyil. Onlar vətənpərvərlik, insan haqları, demokratiya, hüquqi dövlət şüarları altında hakimiyyət uğrunda vuruşurlar, bəziləri sifariş yerinə yetirir. Bu vəzifə hərisləri istəklərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdılar. Sadə insanlar siyasi baxımdan fəal olmasa da əslində nə baş verdiyini, həmin adamların əsl simasının nə olduğunu və onların nə istədiyini yaxşı başa düşür. Onların həllini gözləyən bəzi problemlərdən danışması, rəqiblərini və onlar kimi düşünməyənləri təhqir etmələri onların kimliyini və xalqın onlara olan münasibətini dəyişmir. Ona görə həmin adamlar heç vaxt xalqdan ciddi dəstək ala və bu iqtidarın real alternativinə çevrilə bilməz. Onların ümid bəslədiyi və siyasi dəstək gözlədikləri Qərb və müxtəlif xarici dairələr də bu adamların kimliyini və hakimiyyətə gələrlərsə, Azərbaycanı necə zəlil edəcəklərini də bilirlər və hərə öz marağına uyğun onlardan istifadə edir. Həm də nə xalqımızın böyük çoxluğu, nə də dövlətimiz 30 il bundan öncəki durumda deyil. Onlar gərək bunu nəzərə alsınlar.(dia.az)

26-08-2022, 10:39 | Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? - Açıqlama

Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? - Açıqlama


Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bu artım əhali arasında bir sıra şayiələrin yayılmasına gətirib çıxarır. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksin məcburi olacaq.

Məsələ ilə bağlı Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, hazırda dördüncü doza vaksinin məcburiliyi real deyil.


"Hal-hazırda Azərbaycan COVID-19 vaksinin dördüncü dozası mümkündür. Amma bu könüllülük prinsipi əsasında olur. Əgər şəxsin ən sonuncu vaksinasiyasından 6 ay keçibsə, təkrar vaksinasiya edə bilər. Payız aylarında yoluxma sayı artsa, dördüncü doza vaksin ola bilər. Lakin bunu əvvəldən demək doğru deyil. Məcburi xarakter o zaman daşıya bilər ki, yoluxma sayı, xəstəxanalara yerləşdirmə ehtiyacı, ağır xəstə riskləri artsın. Əgər xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanaya yatış tələbi artarsa, qarşıdakı günlərdə bəzi məhdudiyyətlər tətbiq oluna bilər. Təbii ki, bu məhdudiyyətlər arasında təkrar vaksinasiya, dördüncü doza məcburi ola bilər. Amma bu gün üçün mən dördüncü dozanın məcburiliyini real hesab etmirəm",- deyə V.Əliyev bildirib.


1-07-2022, 15:46 | Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşib

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşib


"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Fərmanda dəyişiklik edilib.

AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarına uyğun olaraq qərara alıram:

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 20; 2014, № 4, maddə 366; 2017, № 8, maddə 1529) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

"1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır:

1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti);

1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti);

1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti);

1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları:

1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini;

1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini;

1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini;

1.4.4. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətini.".

2. 2.3-cü bənddən "7.2.9-cu," sözləri çıxarılsın və həmin bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

4. 2.6-cı bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tərkibində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz struktur bölmələrində və strukturuna daxil olan qurumlarda, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz struktur bölmələrində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

5. 2.7-ci bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı energetika, nəqliyyat və rabitə obyektlərində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyin təmin edilməsi və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı nəqliyyat və rabitə obyektlərində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı energetika obyektlərində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

6. 2.8-ci bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 2.8-2-ci bənd əlavə edilsin:

"2.8-2. həmin Qanunun 7.2.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həyata keçirirlər;".

8. 2.10-cu, 2.11-ci, 2.13-cü və 3.2-ci bəndlərdə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

9. 3-cü hissədə "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin".

1-07-2022, 15:29 | Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib, mədəni irsi təhqir edərək dağıdıblar - İsrailli fəal

Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib, mədəni irsi təhqir edərək dağıdıblar - İsrailli fəal


Ermənilər işğal dövründə Şuşa şəhərini talan edib və yandırıb, məscidləri, ziyarətgahları və digər mədəni irs obyektlərini təhqir edərək dağıdıblar.

Bu barədə israilli fəal və müstəqil jurnalist Nurit Qrinqerin "NewsBlaze" nəşrində dərc olunmuş məqaləsində deyilir.

N.Qrinqer məqaləni Azərbaycana səfərindən sonra yazıb. O, səfər zamanı işğaldan azad edilmiş Şuşa şəhərində olub və Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynovla söhbət edib.

"Birinci Qarabağ müharibəsi zamanı şəhər erməni qoşunları tərəfindən ələ keçirildi və əhalisinin böyük hissəsi qaçmağa məcbur oldu. Ermənilər şəhəri talan edib və yandırıb, məscidləri, ziyarətgahları və digər mədəni irs obyektlərini təhqir edərək dağıdıblar. Ermənilər şəhəri söküb Şuşa şəhərindən olan üç azərbaycanlı musiqiçi və şairin bürünc büstlərini satıblar, şəhərin kənarındakı Azərbaycan qəbiristanlığındakı məzar daşları isə sındırılıb və təhqir edilib", - N.Qrinqer yazır.
Ətraflı

Məqalədə qeyd olunur ki, 2020-ci il noyabrın 8-də Qarabağın ikinci böyük şəhəri olan Şuşa erməni işğalından azad edildikdən sonra Ermənistan təslim olmaq məcburiyyətində qalıb. Müharibə 2020-ci il noyabrın 10-da Azərbaycanın qətiyyətli qələbəsi ilə başa çatıb.

"44 günlük döyüşlər başa çatdıqdan sonra Azərbaycanın dünyaya ismarıcı belə olub: münaqişə başa çatıb, Ermənistanın işğal etdiyi torpaqlar öz qanuni sahibinə qayıdıb. Azərbaycan dərhal işğaldan azad edilmiş ərazilərini bərpa etməyə başlayıb. İki regional iqtisadi zona yaradılıb: Şərqi Zəngəzur və Qarabağ", - N.Qrinqer yazıb.

Məqalədə vurğulanır ki, Azərbaycan işğaldan azad edilmiş torpaqların bərpasına, yolların, tunellərin, elektrik stansiyalarının, sənaye parklarının və təsərrüfatların tikintisinə milyardlarla dollar sərmayə qoyub, cəmi səkkiz ay ərzində heyrətamiz Füzuli Beynəlxalq Hava Limanını, eləcə də Zəngilanın ilk yerli sakinlərinin tezliklə qayıdacağı "Ağıllı kənd"i inşa edib, mədəni irs obyektləri isə bərpa edilir.

"Əminliklə deyə bilərik ki, Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərə, bütün regiona məhəbbəti onu heç vaxt görünməmiş şəkildə çiçəkləndirəcək", - jurnalist vurğulayıb.

Trend

28-06-2022, 12:40 | Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına aydınlıq gətirdi

Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına aydınlıq gətirdi


Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib.

S.Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bu qiymət məqbul hesab edilir.
Ətraflı

"Burada təklif olundu ki, riskləri nəzərə alaraq neftin qiyməti dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilsin. Qeyd edim ki, 2022-ci ilin beş ayında "Azeri Light" markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ay üzrə daxil olacaq vəsaiti nəzərə alaraq neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur", - deyə nazir bildirib.

27-06-2022, 22:00 | Müasir, güclü, yenilməz Azərbaycan Ordusu

Müasir, güclü, yenilməz Azərbaycan Ordusu


Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir. Qalib Ordunun hərbiçilərinin qəhrəmanlıqlarının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub. Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Komando və Milli Müdafiə Universitetinin təsis olunması buna nümunədir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradıldı. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.

Hikmət Şikarov,
Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini.


27-06-2022, 21:10 | Əhaliyə sevindirici XƏBƏR


Əhaliyə sevindirici XƏBƏR


İllərdir ki, ölkə ərazisində internetlə bağlı problemlər səngimək bilmir. Qiymətin yüksək, keyfiyyətin isə aşağı olması internet istifadəçilərinin ən yaralı yeridir.

İnternetdən təkcə dərsə, işə görə istifadə edənlər deyil, habelə axşam iş yorğunluğunu kinoya baxaraq çıxaranlar da onun "güclü" sürətini görüb sağlıqlarından - əsəb sistemlərindən olurlar.

Adətən sözügedən hallarda halda interneti təmin edən firma ilə əlaqə saxladıqda təmir işlərinin aparıldığını, problemin tezliklə aradan qaldırılacağı deyilir. Amma ki, nə fayda... Həmçinin ölkədə mobil internetin də sürətində kəskin enmələr müşahidə olunur.

​​​​​​​Son statistikaya baxsaq, Azərbaycanda mobil internet zəifləyərək, 61-ci yerə geriləyib.

bizim.media-ya istinadən bildirir ki, İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bu sahədəki əngəllərdən söz açıb. Onun sözlərinə görə, internetin sürətinin aşağı düşməsi bir tərəfdən sevindirici haldır, çünki:

"İnternetin sürətinin aşağı düşməsi müəyyən mənada sevindirici olmalıdır. Bu o deməkdir ki, Azərbaycanda aktiv internet istifadəçilərinin sayı artıb. Son zamanlar mobil operatorların faktiki olaraq mobil interneti güclü şəkildə populyarlaşdırması, bu istiqamətdə kampaniyalar keçirməsi müəyyən mənada internetin sürətinə təsir göstərir.

Məndə olan məlumata görə, internet istifadəçilərinin sayının artması, mobil internet şəbəkələrinin sürətini aşağıya salır. Burada çözüm yolu yalnız mobil operatorlara düşür və onlar hər bir qurğu, antenalarında internetin tutumunu artırmalıdır.

İkinci problem isə bizim bir çox resurslarımızın yerli olmamasıdır. Bizim istifadə etdiyimiz resurslar ölkədən kənarda yerləşir və biz onlardan istifadə etmək üçün məcbur qalaraq xarici serverlərə müraciət edirik. Bu da sürətə birbaşa olaraq təsir göstərir. Əgər biz yerli aktiv resursların aktiv istifadəçisi olsaq, yerli data serverlərdə yerləşdirilsəydi biz daha sürətli şəkildə internetdən istifadə edə bilərdik".

Fərid Kazımov həmçinin bildirir ki, vətəndaşlar ödədiyi pulun əvəzində internetin keyfiyyətindən narazılığı yaranarsa, bu halda aidiyyatı qurumlara şikayətlərini bildirməlidilər:

"Əgər istifadəçi müəyyən mənada provayderlərlə müqavilə bağlayırsa, əgər provayder 50 mb/s, 100 mb/s verirsə, müqaviləyə uyğun şəkildə bunlar təqdim olunmalıdır. Amma təəssüf ki, çox vaxt deyilənlər reallıqda öz əksini tapmır. Çünki qeyd edilən sürəti biz gecə saatlarında görə bilirik. Pik saatlarda trafikin çoxluğu sürətə təsir edir və yaxşı olmur. Əgər belə hallar çox hallarda baş verərsə, aidiyyatı qurumlara və istehlakçıların hüquqlarının müdafiə edən dövlət qurumlarına müraciət olunmalıdır ki, sözügedən problemlərin qarşısı alınsın", - deyə qeyd edən

F.Kazımov həmçinin problemin həll olması istiqamətində ümidverici açıqlama da verib:

"Amma əminəm ki, yaxın 1-2 il ərzində internetin keyfiyyəti artırılacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu istiqamətdə böyük işlər aparır. Buna nümunə olaraq, bir çox regionlarda geniş zolaqlı internetin təklif olunmasını göstərə bilərik. Nazirliyin edə bilmədiyi bəzi bölgələrdə isə dövlət özəl tərəfdaşlığı vasitəsilə bu xidmətlər təşkil olunur.

Müasir trendlərə uyğun olaraq, özümüz də bu servisləri inkişaf etdirə bilərik. Əgər biz online-distant təhsildən danışırıqsa, internetin sürəti aşağıdırsa təbii ki, biz xidmətdən istifadə edə bilmirik.

Bu səbəblə sözügedən sahədə fəaliyyət göstərmək istəyən şirkətlər də xidmətlər təklif edə bilmir. 1-2 il ərzində internet sürətinin keyfiyyəti artırılarsa, bir neçə sahənin inkişafı üçün real zəminlər yaradacaq. Elektron təhsil, elektron xidmətlər, gələcəkdə telesəhiyyənin də inkişafına səbəb olacaq".

27-06-2022, 18:19 | Müzəffər Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır

Müzəffər Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır


Ordun varsa – yurdun da var. Ana dilimizin taleyüklü həqiqətini əks etdirən bu lakonik deyim bəşəri inkişafın min illərdən keçib gələn gerçəyindən xəbər verir. Dünyanın indiki siyasi xəritəsi davamlı güc dartışmalarının nəticələrinin göstəricisidir. Kim yurdunu qoruya bilibsə, o, Vətənli xalq kimi yaşayıb. Kimin ordusu güclü olubsa, o, yurduna sahib çıxmağı da bacarıb.

Bu baxımdan, Azərbaycan xalqı əzəldən yurdlu, ordulu olub. Babalarımız həmin yurdu zaman-zaman ordulaşaraq bizim günlərədək qoruyub saxlayıblar. Sevinc və təntənələri hələ də bitib-tükənməyən Qarabağ zəfəri də məhz namərd düşmənlərin ələ keçirdikləri qədim və cənnətmisal yurd yerlərimizin ordumuzun hünəri və bütövlükdə, xalqımızın ordulaşması ilə qazanıldı.

Doğrudan da, müasir dünya­da hər hansı bir ölkənin ərazicə qorunması, üstəlik, dinc həyatı və iqtisadi yüksəlişi silahlı qüvvələrin gücünə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti 104 il əvvəl itirilmiş dövlətçiliyimizin bərpası missiyası ilə tarix səhnəsinə qədəm qoyan­da onun, 23 ay olsa da mövcud­luğu məhz öz ordusunu yaratması ilə təmin olunmuşdu.

Azərbaycan peşəkar zabitlərin hazırlanması, ordu quruculuğu prosesinə o dövrdə başlanılsa da, sonrakı sovet dönəmində xalqımız məqsədyönlü şəkildə öz milli or­dusundan məhrum edilmişdi. Xal­qımızın igid oğulları min illərdən gələn hərbi-döyüş ənənəsini ittifaq ordusunun tərkibində davam etdirmiş, gələcəyə bağlı arzu­larını xəyallarında yaşatmışdı. Azərbaycanın yaxın gələcəkdə dövlətçiliyini bərpa edəcəyini uzaqgörənliklə yəqin etmiş ümummilli lider Heydər Əliyev özünəməxsus bir böyüklüklə xalqımızın yurd sevgisi və döyüş ruhunun yaşadılıb inkişaf etdirilməsi üçün zəruri hazırlıq işlərinə başlamışdı.

Siyasət və dövlət idarəçiliyi dahisi Heydər Əliyev hələ 1971-ci ildə şovinizmiə sadiq sovet rəhbərliyinin qadağa və maneələrinə baxmayaraq, böyük çətinliklərlə də olsa Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdu. Bununla Azərbaycanda hərbi biliklərin öyrənilməsinə maraq dirçəldilmiş, nəticə etibarı ilə azərbaycanlı zabit kadrların ha­zırlanmasına geniş meydan açıl­mışdı. Azərbaycan müstəqilliyini bərpa edənədək həmin hərbi məktəb ordu quruculuğunun əsas bazası, flaqmanı kimi forma­laşmışdı və zaman yetişəndə suverenliyini qazanmış ölkəmizə önəmli töhfələrini verdi.

Bundan başqa böyük dövlət qurucusu Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə uzaqgörən siyasəti sayəsində gənc soydaşlarımı­zın Bakı Ali Qoşun Komandirləri və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mahiyyət etibarilə milli hərbi-döyüş ənənələrimizin yaşadılması demək idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması birmənalı şəkildə milli ordu quruculuğu prosesinin baş­lanğıcı olaraq gələcək müstəqil Azərbaycan üçün silahlı qüvvələr rəhbərliyinin yetişdirilməsi amalına xidmət etmişdi.

Müstəqillik illərində Prezident Heydər Əliyev milli ruhlu və həqiqi ordu quruculuğu prosesini möhkəm təməllər üzərində davam etdirdi. Ulu öndər zəruri tədbirlər komp­leksini gerçəkləşdirməklə qısa müddətdə Azərbaycanda peşəkar ordunun yaradılmasına nail oldu. Bununla yanaşı, ümummilli lider müasir tələblərə cavab verən ordu quruculuğu üçün xaricdə zabit hazırlığına xüsusi diqqət yetirdi. Azərbaycan ordusunun NATO standartlarına cavab verməsinə önəm verildi. Bir sözlə, ulu öndər əsası Xalq Cumhuriyyəti dövründə qoyulmuş və yarımçıq qalmış milli ordu quruculuğunun müasir şəraitdə banisi oldu. Müstəqil dövlətin qüdrətli Ali Baş Komanda­nı Heydər Əliyev bu prosesdə tarixi ədalətə və siyasi-inzibati varisliyə sadiq qalaraq AXC ordusunun ya­radıldığı 26 iyun tarixini ölkəmizdə yenidən Silahlı Qüvvələr Günü elan etdi.

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ali Baş Ko­mandan kimi bu varisliyə sadiq qa­laraq ölkənin müdafiə qabiliyyətini müasir standartlara cavab verən nizami ordunu gücləndirməklə və hərbçilərin döyüş ruhunu yüksəldən tədbirlərlə həyata keçirdi. Ordumuz ən müasir silahlarla təmin edildi, hərbçilərin təminatı yaxşılaşdırıldı. Qarabağ münaqişəsinin sülh yolu ilə həllini əsas tutan diplomatiya­mızla bərabər, torpaqlarımızın hərb yolu ilə azad olunması da daim gündəmdə oldu. Bu şərəfli məqsəd uğrunda mübarizəni qələbə ilə başa çatdırmaq üçün peşəkar ordu quruculuğuna önəm verildi.

Ölkəmiz 20 faiz torpağı işğal altında olmasına baxmayaraq, qan tökülmədən sülh yolu ilə bu problemi həll etməyə çalışsa da, işğalçı Ermənistanın qeyri-kons­truktiv hərəkətləri, beynəlxalq hüququn norma və prinsplərinə məhəl qoymaması, islah olun­mayan cinayətkar davranışları və üstəlik, yeni torpaq iddiası ilə sərsəm bəyanatlar səsləndirməsi onu göstərdi ki, Ermənistan sülh istəmir. Bütün bunlar azmış kimi, Ermənistanın təmas xəttində gərginlik yaradaraq mövqeyimizə dogru hücuma keçməsi ölkə olaraq Azərbaycan üçün başqa seçim qoymadı. 44 gün ərzində Prezident İlham Əliyevin Ali Baş Komandan­lığı altında düşmən ordusu məhv edildi. Nəhayət, tarixi ədalət bərpa olundu, haqlı tərəf qalib gəldi, ölkə bütövləşdi.

2020-ci ilin payızında qələbə soraqlı Vətən müharibəsi za­manı müstəqil dövlətin hərbi strategiyası ölkəmizin ən ağır yarasını sağaldaraq böyük bir xalqı layiq olduğu məqamına çatdıraraq müzəffər etdi, yurd sevgili xalqımızın milli qüruru­nu özünə qaytardı. Bununla, qəhrəman Azərbaycan Ordusu­nun döyüş qabiliyyəti dünyaya səs saldı. Beynəlxalq aləm, hətta ermənilərin havadarları heyrətlə Qarabağ döyüşlərindən, silahlı qüvvələrimizdən da­nışdı. Dünya gördü ki, savaş tarixində yeni səhifə açmış Şuşa döyüşündə erməni fərari əsgər və zabitlərinin kütləvi qaçışı fonunda Azərbaycan döyüşçüləri şəhid olmuş, yaralanmış yoldaş­larını çiyinlərinə bağlayaraq qala şəhərə süngü döyüşü ilə daxil olmuşlar.

Ən şiddətli döyüşlər gedən 44 gün ərzində bir nəfər mülki erməninin belə xəsarət almaması isə məqsədinin Vətən torpaqları­nın işğaldan azad edilməsi olan Azərbaycan Ordusunun yüksək məharətinin və şərəflə döyüşməyi bacarmasının göstəricisi idi. Bu əfasanəvi döyüş bacarığı ümum­milli lider Heydər Əliyevin yarat­dığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin inamla rəhbərlik etdiyi yeni tipli modern ordu­nun dünya hərb tarixinə yazdığı nümunəvi döyüş idi.

Düşmənin dinc əhali qənimi, əliyalın insanlar qatili olan quldur bandalarından fərqli olaraq, Azərbaycan Ordusu qarşısındakı mülki şəxsləri hədəf seçmədi, müharibə cinayətləri törətmədi. Peşəkarlıq, ləyaqət və əxlaq ordumuzun döyüş üslubu oldu. Sədaqəti və hünəri ilə Vətəni şərəfləndirən ordumuz bu gün dünyanın seçilən, diqqət mərkəzində olan hərbi gücləri sırasındadır. Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin gücü dövlət müstəqilliyimizin əbədiliyinin və sarsılmazlığının mötəbər təminatıdır! Xalqımızı tarixi zəfərə qovuşdurmuş qalib Azərbaycan Ordusu yurdumuzun yenilməz arxa-dayağı, düşmən qarşısında aşılmaz sədd, möhtəşəm sipərdir. Azərbaycan Ordusuna eşq olsun!

Sahib Şirinov,
Şamaxı Rayon Avaxıl bələdiyyəsinin sədiri.

27-06-2022, 14:23 | Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqın qürur mənbəyidir

Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqın qürur mənbəyidir





Müstəqil respublikanın gərək güclü ordusu olsun. Bu gün torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava-su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Ona görə də ordu quruculuğu, ordu yarat­maq hər birimizin müqəddəs borcudur.

Heydər ƏLİYEV

Ümummilli lider






Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 or­dusunun siyahısına daxildir. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bizim şanlı ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti





Silahlı Qüvvələrimizin iradəsi, gücü, düşmən üzərində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin qüdrətinin təcəssümüdür. Nəyə qadir olduğumuzu, hansı məqsədlər uğrunda mübarizə apardığımızı aydın göstərir. Əlbəttə bu uğurlar illərin sınaqlarında formalaşıb, ordumuz, əsgər və zabitlərimiz çətin mübarizə yolları keçib.

Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculu­ğunu formalaşdırmaq Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdiyi ilk günlər bu vəzifə ön pla­na çəkilmiş və ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.

Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ciddi çətinliklərə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması sahəsində mühüm tədbirlər görül­müş, 1971-ci ildə Cəmşid Naxçıvans­ki adına hərbi lisey yaradılmışdır. Bu məktəbin fəaliyyətə başlaması hərb peşəsinə olan marağın artırılması, bacarıqlı hərbiçilərin hazırlanması, gələcəkdə ordu quruculuğunun inki­şaf etdirilməsi demək idi.

Ulu öndərin gərgin zəhməti sayəsində gənclərin ovaxtki ittifaqın ali hərbi məktəblərinə göndərilməsi, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, əlbəttə ki, torpaqları­mızın azğın düşməndən qorunmasın­da, 44 günlük müharibədə öz parlaq nəticələrini göstərdi.

Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına, orduda ruh yüksəkliyi yaradılmasına, əsgər və zabitlərin iş və həyat şətaitlərinin yaxşılaşdırılmasına diqqətlə yanaş­mış, hərb tariximizin öyrənilib təbliğ edilməsini, müasir silahların orduda tətbiq olunmasını tövsiyə etmiş və bu vəzifənin uğurla icra olunmasına ciddi nəzarət edmişdir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də məhz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Ko­mandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçir­diyi çox mühüm tədbirlər, ordunun moderinləşdirilməsi, maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi. O taleyüklü günlərdə Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar göstərdilər.

Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanı­mızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq. Silahlı qüvvələr günü hər birimiz üçün ol­duqca, əziz və qürurverici bir gündür.

İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru.
Professor.






27-06-2022, 11:45 | Zakir Həsənov erməni təxribatlarından danışdı - VİDEO

Zakir Həsənov erməni təxribatlarından danışdı - VİDEO



"Keçən ilin 26-dan bu ilin 26-na kimi, biz hesabat dövrü hesab edirik. Bu ərəfədə əməliyyat şəraiti çox gərgin keçib".

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL TV-yə müsahibəsində deyib.

"Bilirsiniz ki, Azərbaycan ordusu gərgin iqlim şəraitində xidmətini təşkil edir. Müharibədən sonra ilk növbədə mən qeyd etmək istəyirəm ki, Azərbaycan-Ermənistan sərhədində bilirsiniz ki, daima Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulur. Təxribata əl atırlar.

Dəfələrlə biz onların cavabını vermişik. Misal üçün, götürək, 2021-ci ilin 13, 17 noyabr aylarını, o vaxt ki, Erməni Silahlı Qüvvələri böyük bir təxribata əl atmışdılar. Azərbaycan ordusunun bir neçə postuna hücum etmişdilər.

Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Azərbaycan zabiti layiqli cavab verərək strateji yüksəklikləri azad edib və Ermənistan Silahlı Qüvvələri böyük itkilər vermişdilər. 6 nəfər məhv edilmişdi, 33 nəfər əsir götürülmüşdü", - nazir qeyd edib.

Z.Həsənovun sözlərinə görə, bu təxribatlar davam edir:

"Hər dəfə bunların təxribatının qarşısını alanda Erməni Silahlı Qüvvələri itki verir. 5-10 gün sakitçilik olur. Yenə təxribata başlayırlar. Ümumiyyətlə, son vaxtlar siz görsəniz, eyni məsələlər təkrarlanır.

İtki verəndən sonra 5-6 gün sakitçilikdir. Sonra təxribatlar yenə təkrarlanır. Biz dəfələrlə müvafiq qurumlara fikrimizi demişik. Demişik ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq və indiyə kimi də alınır".

Daha ətraflı videomüsahibədə:


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.