24-06-2022, 13:03 | Gəncədə məktəb direktoru “şef”inə qarşı “ üsyana etdi”-RƏZALƏT

Gəncədə məktəb direktoru “şef”inə qarşı “ üsyana etdi”-RƏZALƏT


Məlumdur ki, hər bir ölkənin təhsil sahəsinin inkişaf etdirilməsi həmin dövlətin inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə bir səbəbdən də, bugünə kimi Prezident İlham Əliyevin atdığı addımlar onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir. Bir xatırlamanı yada salaq ki ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində ölkəmizdə elm və təhsilin inkişafını heç zaman diqqətdən kənarda qoymamış və bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır. Ulu Öndər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının Azərbaycanda həyata keçirilməsi üçün ciddi tədbirlərini həyata keçirmiş və bir neçə fərman və sərəncamlar da imzalamışdır. Məsələn, 2002-ci il oktyabrın 4-də ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı, məhz milli elm və təhsil sahəsinin inkişafında vacib amillərdən biri olaraq, bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Bütün bunlara baxmayaraq, son vaxtlar Gəncə şəhərinin təhsil sahəsində baş alıb gedən qanunsuzluqların varlığı “pik nöqtə”yə çatdığından, vaxtilə həqiqi hərbi xidmətdən yayınmaqla özü üçün “FƏRARİ” adını qazanan Qədiməliyev Anar Yusif oğlunun “nataraz idarəçiliyi”, hal-hazırda əksər media qurumları tərəfindən kəskin tənqid atəşinə tutulur. Hətta, Gəncənin təhsil sahəsində yaşanan dözülməz vəziyyəti Azərbaycan təhsilinin “üzqarası” da hesab edirlər.

Əldə etdiyimiz məlumatlardan, media üzərindən apardığımız müəyyən araşdırmalardan aydın olur ki, 20 iyul 2020-ci il tarixdə Gəncə Şəhər Təhsil İdarəsinin rəisi vəzifəsinə təyin olunan Anar Qədiməliyev ixtisasca iqtisadçıdır və bu şəxs bir gün olsun belə hansısa təhsil ocağında müəllim vəzifəsində çalışmayıb. Yəni, idarə rəisi vəzifəsini daşıyan bu şəxsin pedaqoji sahədən məlumatı yoxdur. Amma, onun Təhsil Nazirliyində güclü “arxa-dayağı”nın olduğu bildirilir. Çünki, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi ilə bağlı yayılan məlumatların birində vurğulanır ki, bu şəxsin özü müəyyən çevrələrdə “Təhsil naziri yaxın dostumdur, qaynanamı Gəncə İcra Hakimiyyətinin başcısı tanıyır” deməyi də unutmur. Bütün bunlar həm gülməlidir, həm də faciədir. Bəlkə də, Gəncə şəhərinin təhsil sahəsində çalışanlardan bəziləri Anar Qədiməliyevin təyinatı baş tutan vaxtlarda nələrinsə dəyişəcəyi, yaxşılığa doğru hansısa addımların atılacağı qənaətində idilər. Təəssüflər olsun ki, bütün bu kimi gözləntilər heç də özünü doğrultmadı və hər biri “vozdux çıxdı”. Yəni, çox keçmədi ki, Anar Qədiməliyevin yarıtmaz idarəçiliyi özünü göstərməyə başladı. O halda sual oluna bilər ki, görəsən Gəncə şəhərinin təhsil sahəsində çalışan müəllimlərdən bir nəfər layiqli, peşəkar şəxs tapılmadı ki, ölkəmizin ikinci böyük şəhərinin təhsil sahəsinə belə bir qeyri-peşəkar, pedaqoji təhsili olmayan, təcrübəsiz bir adamı təyin etdilər? Bütün bunların nəticəsidir ki, hal-hazırda Gəncə şəhərinin təhsil sistemində dözülməz vəziyyət yaşanmaqda davam edir. Məsələn, xeberfakt.az xəbər portalının redaksiyasına məlumat daxil olub ki, Anar Qədiməliyev Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevaya elə bir təzyiqlərini göstərir ki, son anda xanım direktor dərman içib özünə qəsd etmək zorunda qalır. Vəziyyəti kritik duruma düşən Mətanət Qarayeva dərhal təcili tibbi yardımla Göygöl rayonundakı xəstəxanaya çatdırılsa da, onun son durumunun necə olması haqda heç bir məlumata malik deyilik. Onu da qeyd etmək yerinə düşər ki, xanım direktor dəfələrlə Anar Qədiməliyevin yarıtmaz idarəçiliyinə qarşı “üsyan”a qalxır, hətta son anda o, vəziyyətdən çıxış yolunu möhtərəm Prezidentə teleqramma vurmaqda görür. Bütün bunlar onu sübut edir ki, hal-hazırda ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində lazımi addımlar atılsa da, Gəncə şəhərinin təhsil sahəsində hər cür anarxiya, hər cür hərcmərcliklər, hər cür qarşıdurmalar baş alıb getməkdədir. Yəni, Gəncə Şəhər Təhsil İdarəsi rəisinin həyata keçirdiyi idarəçiliklə bağlı daxil olan məlumatlarda vurğulanır ki, hal-hazırda bu şəhərin təhsil müəssisələrində elə bir hoqqalar, elə bir həngamələr yaşanır ki, sanki yaşananları məşhur filmlərdə oynanılan rollarla eyniləşdirmək olar.

Media üzərindən apardığımız araşdırmalardan bəlli olur ki, Anar Qədiməliyev heç də xaricdə təhsil almıyıb, sadəcə olaraq bu şəxs SOROS-un təlimatını keçib. Belə bir səbəbdəndir ki, bu gün o, nəyə qabil olduğunu açıq-aydın şəkildə hər kəsə nümayiş etdirir. Bir xatırlamanı yada salaq ki, möhtərəm Prezident 02 fevral 2022-ci il tarixdə gənclər ilə keçirilən görüşdə bildirdi ki, “SOROS Azərbaycanın böyük bir bəlasıdır, bu təşkilatın nümayəndələri gəncləri yoldan çıxarırlar. Onsuz da xaricdən bizim ölkəmizə çoxsaylı təziqlər olur, bu təzyiqlərin çox hissəsini SOROS yaradır, gəncləri yoldan çıxardıb xaricə işləməsinə yönəldir”.
Bəli, bu təşkilat Azərbaycan üçün arzu olunmayan bir təşkilatdır. Yəqin ki, həmin təşkilat Anar Qədiməliyev kimlərin vasitəsilə təhsilimizi məhv edir.

Onu da qeyd edək ki, hər kəs atdığı addımları ilə yaşadığı həyat yollarında müəyyən iz buraxır. Bəli, qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən savaşında işğalçı düşmən qüvvələrini məhv etdi və şanlı tariximizdə qəhrəmanlıq səlnamələri yaratdı. Gəncə Şəhər Təhsil İdarəsi rəisi Anar Qədiməliyev isə, müasir tariximizə “intriqalar müəllifi”, yaxud da “rüşvətxor idarə rəisi” adı ilə həkk olunacaq. Əslində Gəncənin təhsilində yaşananlar biabırçılıqdır, Azərbaycan təhsilinin “üzqarası”dır. Ona görə də biz belə bir qənaətdəyik ki, çox yaxın vaxtlarda təhsil naziri cənab Emin Əmrullayev bu ləkəni Azərbaycan təhsilindən təmizləmək üçün lazımi addımını atıb müvafiq qərarını açıqlayacaq. Qarşı tərəfi də dinləyə bilərik.

P.S. Hörmətli oxucular! Bu yöndə araşdırmalarımızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Xeberfakt.az


23-06-2022, 14:35 | Ərzaq qiymətlərinin süni artımının qarşısı alnacaq - Nazir

Ərzaq qiymətlərinin süni artımının qarşısı alnacaq - Nazir


Azərbaycanda ərzaq qiymətlərinin süni artımının qarşısının alınması üzrə tədbirlər görülür.

Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Müvafiq dövlət orqanlarına bu məsələnin həlli üçün tapşırıqlar verilib", - nazir deyib.

Onun sözlərinə görə, sahibkarlarla da müvafiq işlər aparılır.

"Sahibkarların öz məsuliyyətlərini başa düşməsi, vəziyyətdən sui-istifadə etməməsi lazımdır", - S.Şərifov bildirib.

23-06-2022, 14:06 | Azərbaycanda yeni layihə və xidmətlər işə salınacaq - Dmitri Pankin

Azərbaycanda yeni layihə və xidmətlər işə salınacaq - Dmitri Pankin


Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda yeni layihə və xidmətlərin işə salınmasını planlaşdırır.

Bunu bankın prezidenti Dmitri Pankin Trend-in sualını cavablandırarkən deyib.

"Sabahkı forumdan sonra biz QDTİB-nin Azərbaycanın özəl sektoruna təqdim edə biləcəyi yeni layihə və xidmətlərin işə salınmasını gözləyirik", - deyə o bildirib.
Ətraflı

O qeyd edib ki, QDTİB Azərbaycanla əməkdaşlığın yeni potensial sahələrini və imkanlarını nəzərdən keçirir.

"Biz Azərbaycanın maliyyə sektoru ilə əməkdaşlıqdan qürur duyuruq. Biz maliyyə alətlərimizi manatla təqdim edirik. QDTİB bərpa olunan enerji layihələrinin inkişafında maraqlıdır", - D.Pankin deyib.

Nyus.Az



22-06-2022, 12:24 | Daşkənddə Özbəkistan və Azərbaycanın qurumları arasında bir sıra sənədlər imzalanıb -

Daşkənddə Özbəkistan və Azərbaycanın qurumları arasında bir sıra sənədlər imzalanıb -


Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib. S.Umurzakov qeyd edib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal müəssisələri yaratmaqla məhsullarını üçüncü ölkələrə tədarük edə bilər. Biznes forumun əhəmiyyətindən danışan nazir tədbirin yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və sair sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına dəvət edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, "Uzkimyosanoat" ASC-nin İdarə Heyətinin sədri Jurabek Mirzamaxmudov, "Uzeltexsanoat" Assosiasiyasının sədri Mirziyod Yunusov, "Uztekstilprom" Assosiasiyasının sədri İlxom Haydarov və Azərbaycan Zərgərlik Assosiasiyasının sədri Toğrul Abbasquliyev iqtisadiyyatın aidiyyəti sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.

"Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Memorandum"u agentliyin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında 2022-ci il üçün turizm sahəsi üzrə əməkdaşlıq Proqramı"nı Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın turizm və mədəni irs nazirinin müavini Baxtiyor İbrahimov, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu"nu ölkəmizin energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedxacayev imzalayıblar.

Həmçinin "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının "Özarxiv" Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"i Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın "Özarxiv" Agentliyinin sədri Uluqbek Yusubov, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu"nu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO" ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistanın İxracın Təşviqi Agentliyinin direktoru Uluqbek Muradov, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu agentliyin rəhbəri Yusif Abdullayev və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin direktoru Uluqbek Kasimxocayev imzalayıblar.

Bundan əlavə imzalanan sənədlər arasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov tərəfindən imzalanan "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərmaş"ın İdarə Heyətinin sədri Emin Axundov və "Uzavtosanoat"ın sədrinin müavini Sardor Taciyev tərəfindən imzalanan "Azərmaş" ASC ilə "Uzavtosanoat" SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandum", "NərgizMED"in direktoru Məlahət Şahramanova və "Meri Naturel"in direktoru Miravzal Mirsadikov tərəfindən imzalanan "Azərbaycanın "NərgizMED" şirkəti ilə Özbəkistanın "Meri Naturel" şirkəti arasında məhsulların Özbəkistana ixracına dair Memorandum" da var.

"Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə "Uztekstilprom" Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədrinin müavini Səkinə Babayeva və "Uztekstilprom" Assosiasiyasının sədrinin müavini Mirmuxsin Sultanov, "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ilə "Uzpromstroymaterialı" Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Tikintin Materialları İstehsalçıları Assosiasiyasının sədrinin müavini Mayis Qasımov və "Uzpromstroymaterialı" Assosiasiyasının sədrinin birinci müavini Azizbek Baxodırov imzalayıblar.

Həmçinin Forum çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar.

Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistan Milli Elmlər Akademiyası adından akademik Yuldaşev Bexzod imzalayıb.

Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib.

20-06-2022, 07:05 | Allahın varlığının bir neçə dəqiqəyə sübutu

Allahın varlığının bir neçə dəqiqəyə sübutu


Nəql edilir ki, İmam Sadiq (ə) təvaf edən zaman Əbdülməlik adlı bir nəfər ona yaxınlaşır və onunla münazirə etmək istəyini bildirir. İmam (ə) da ona buyurur ki, təvafı bitirim, sonra gələrəm.

İmam (ə) təvafı bitirəndən sonra həmin şəxs İmamın (ə) yanına gəlir və yanında əyləşir. İmamın (ə) səhabələri və şagirdləri də orada əyləşmişdilər.

İmam (ə) həmin şəxsə buyurur: "Bilirsənmi ki, yerin üstü və altı vardır?".

Deyir: "Bəli".

Buyurur: "Onun altına getmisən?".

Deyir: "Xeyr".

Buyurur: "Bilirsənmi ki, yerin altında nə vardır?".

Deyir: "Xeyr, ancaq güman edirəm ki, heç nə yoxdur".

Buyurur: "O zamana qədər ki, yəqininin yoxdur, güman gücsüzdür. Səmaya qalxmısanmı?".

Deyir: "Xeyr".

Buyurur: "Bilirsənmi ki, səmanın üstündə nə vardır?".

Deyir: "Xeyr".

Buyurur: "Şərqə və qərbə getmisən?".

Deyir: "Xeyr".

Buyurur: "Sənə görə təəccüb edirəm. Nə şərqə getmisən, nə də qərbə. Nə yerin altına getmisən, nə də səmanın üstünə uçmusan. Oradan xəbərin yoxdur ki, arxasında nə vardır. Halbuki, onların arasında olan şeyi inkar edirsən. Məgər aqil bilmədiyi şeyi inkar edərmi?".

Deyir: "Heç kəs mənə bu sözləri deməmişdi, Sizdən başqa!".

Buyurur: "Sənin (Allahın varlığına) görə şəkkin vardır ki, görəsən doğrudur, yoxsa doğru deyildir?".

Deyir: "Yəqin ki, belədir".

Buyurur: "O kəs ki, bilmir, bilən kəsin üzərində hüccəti olmaz. Ona görə də cahilin alimin üzərində hüccəti yoxdur.

Ey misirli qardaş! Sözlərimi eşit! Biz Allah barəsində heç bir zaman şübhə etmirik. Məgər görmürsənmi ki, Günəş və Ay, gecə və gündüz olur və səhv etmirlər. Gedirlər və geri qayıdırlar. Çarəsizdirlər və məkanlarından başqa məkanları yoxdur. Əgər bacarsaydılar ki, getsinlər və geri qayıtmasınlar, bəs niyə geri qayıdırlar? Əgər çarəsiz deyildirlərsə, niyə gecə gündüz olmur? Gündüz isə gecə olmur?

Ey misirli qardaş! O zamana qədər ki, yerlərindədirlər və çarəsizdirlər və o Kəs ki, onları çarəsiz edibdir, onların özündən də böyük və möhkəmdir".

Deyir: "Düz deyirsiniz".

Buyurur: "Ey misirli qardaş! Səma göydədir və yer altdadır. Niyə səma yerə süqut etmir ki? Niyə torpaq dağılıb tökülmür ki, nə özünü saxlaya bilsin, nə də üzərində olanların hamısını?".

Deyir: "Allaha and olsun ki, Allah onları saxlayır".

Bu yolla həmin şəxs bu dəqiq məntiqi anlayır və dərk edir ki, hər saniyə kainatda baş verən milyardlarla prosesi idarə edən, tənzimləyən var və bu tənzimləyənin qüdrəti o dərəcədədir ki, bir anlıq da olsun proseslər tərs düşmür və qarışmır. O, iman gətirir və İmamın (ə) tələbələrindən olur. Sonra Misirdə və Şamda dərslər deməyə başlayır və tanınmış müəllim olur.

19-06-2022, 13:47 | Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr məhv edilib - Aydın Kərimov

Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr məhv edilib - Aydın Kərimov



Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr dağıdılaraq məhv edilib.

Trend-ə istinadən bildirir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının yenidənqurulması və inkişafına baxış" mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra Şuşada dərhal yenidən-qurma bərpa işlərinə başlanıldı.

"Tapşırıqlara uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması istiqamətində 7 qazanxana təchiz edildi. Müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib. Hazırda məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir",- deyə o əlavə edib.

19-06-2022, 13:46 | IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələr aparırlar - YENİLƏNİB - FOTOlar

IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələr aparırlar - YENİLƏNİB - FOTOlar


Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

Trend-ə istinadən bildirir ki, IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələri başlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.

---------

12:58

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

Trend-ə istinadən bildirir ki, qonaqları yerli və xarici media nümayəndələri müşahidə edirlər.

Şuşada IX Qlobal Bakı Forumunun iştirakçıları panel müzakirələr aparacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.


19-06-2022, 13:41 | "Azərbaycan qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir" - Mladen İvaniç

"Azərbaycan qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir" - Mladen İvaniç


Qlobal Bakı Forumu qlobal miqyaslı tədbir olmağa başlayır.

Bu barədə Trend-ə Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu kuluarında deyib.

"Mən artıq yeddinci dəfədir ki, Qlobal Bakı Forumunda iştirak edirəm və deyə bilərəm ki, onun əhəmiyyəti ildən-ilə artır. Forum təkcə regionda deyil, bütün dünyada ən mühüm platformalardan birinə çevrilir. Bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan qürur duyuram", deyə M.İvaniç bildirib.


O qeyd edib ki, Qlobal Bakı Forumu kimi platforma dünya birliyinin aktual problemlərindən dürüst danışmaq, müxtəlif fikirlər söyləmək imkanı verir ki, bu, sabiq prezidentin sözkərinə görə, bu gün üçün nadir fürsətdir:

"Azərbaycanın özü qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir".

19-06-2022, 13:31 | Mövlanənin boyu və çəkisi məlum oldu

Mövlanənin boyu və çəkisi məlum oldu



Mövlanə Cəlaləddin Ruminin Konyadakı muzeyində saxlanılan geyimlərinin bərpası işlərinə başlanılıb.

Muzeyin direktoru Naci Bakırcı bildirib ki, bu geyimlər Mövlananın boyu və çəkisi haqqında təsəvvür yaradır.

Onun sözlərinə görə, dahi Şərq mütəfəkkirinin boyu 160-165 sm, çəkisi isə 60-63 kq olub.

Qeyd edək ki, muzeyin kolleksiyasında Rumiyə məxsus 22 geyim var.

19-06-2022, 13:11 | Bakının gecə həyatından şok görüntülər - Gizli çəkiliş - FOTOlar

Bakının gecə həyatından şok görüntülər - Gizli çəkiliş - FOTOlar


Bakının gecə həyatı bir başqa dünyadır. Xüsusən də mərkəzi küçələr, ordakı əyləncə məkanları... Gecə 12-dən sonra ora çıxmısansa, özünü fərqli şəhərdə, əsrarəngiz dünyada hiss edirsən... Ətrafdan eşidilən əcnəbi səslər, ərəb, pakistanlı turistlərin üstünlük təşkil etdiyi gecə klubları, diskotekalar. İşbazlar da sanki bütün gecə həyatını və ümumən şəhərin mərkəzini bu kontingentə uyğunlaşdırıblar, onlar üçün dizayn ediblər. Ərəb dilində mahnılar, obyektlərin üzərindən asılan ərəb əlifbası ilə yazılan adlar... Hətta bərbərxanalar da xarici turistlərə hesablanıb: hər şey turist üçün, hər yer turist ümçün..

musavat.com-a istinadən bildirir ki, Gecə "Tarqovu"da xaricilərin kef məclisləri başlayır. Açıq və qapalı məkanlarda spirtli içkidən içib, bir-biriləri ilə sarmaş-dolaş olan xarici cütlüklər yalnız özlərini görürlər. Ətrafda baş verənlər və dolaşanlar onlar üçün maraqlı deyil. Ətrafda isə neft ölkəsinin ac sakinlərinə rast gəlirik. Bəli, evsiz və pulsuz sakinlər...

Bakı gecələri bir neçə hissəyə bölünür: gecə saat 12-yə, yəni, ictimai nəqliyyatın işlədiyi vaxta qədər Bakıda bir ayrı dünya olur. Gecə 12-dən sonra isə paytaxt sizə başqa üzünü göstərir: daha azad, daha komplekssiz, bəlkə də bir qədər ədəbsiz üzünü. Hər saatın ayrı müştərisi var. Turistlər üçünsə gecənin bütün saatları cənnətdir: təbii, ciblərində yetərli qədər pulları varsa...

Amma nəzərə alaq ki, turistlər və onların əyləncə anlayışları da bir-birindən kəskin fərqlənir. Məsələn, avropalı, eləcə də ingilis turistlərin yığışdığı publarla, ərəblərin yığışdığı publar arasında səviyyə fərqi var. İngilis turistlər açıq publarda oturmağa, orada dostları ilə yüksək səslə gülüb-əylənməyə üstünlük verirlər. Ərəb turistlər isə lüks, amma qapalı məkanları tərcih edir. Ərəb turistin əyləncədən anladığı intim xarakterli olandır - həyat qadınları, içki, xəlvət köşələr...

Ərəb turislərə, eləcə də yerli əyləncə sevərlərə intim göstərənlər isə sayca az deyil. Amma əvvəlki illərdən fərqli olaraq, artıq Bakının mərkəzi küçələrində "can bazarı", açıq alver getmir. Çünki mülki geyimli polislər şəhərin hər yerində monitorinq aparırlar. Əxlaqsızlıqla məşğul olan qadınlar əvvəlki kimi ərəblərə rahat şəkildə yaxınlaşa bilmir, çünki dərhal saxlanılırlar. Amma onlar burdan da çıxış yolu tapıblar: turistlərə telefonlarını verib, özlərinin şəklini çəkdirir, telefonu geri alanda isə nömrələrini verirlər. Beləcə, ilkin sövdələşmə baş tutur.
Ətraflı

Və bir də Bakı gecələrində fahişəliyin 21-ci əsr modeli var. Məşhur məkanların qapısı önündə 20-21 yaşlı iki qız dayanır. Onlar xarici turistləri məkana dəvət etmək, dilxoşluq edərək, yoldan çıxarmaq missiyasını həyata keçirirlər. Əsl alver isə içəridə başlanır: müştəriyə 5 manatlıq malı 25, 25 manatlıq malı isə 50 manata satırlar. Bunu fahişəliyin daha mədəni forması adlandıranlar da var.

Elə düşünməyin ki, Bakının gecə həyatı yalnız əcnəbilər üçündür. "Torqovı"nın arxa küçələrindəki publara daha çox azərbaycanlı gənclər gəlir. Buralar balaca, ucuz, xudmani və az müştərisi ilə seçilən məkanlardır. Torqovının sol tərəfi isə əyləncə küçəsidir - orda ancaq gecə klubları yerləşir. Yeni gecə klubları daha çox şüşəli olaraq dizayn edilib. İçəridə rəqs edənlər yoldan keçən müştəriləri daha çox cəlb etsin deyə.

Amma gecənin yazılmamış qanunları da var. Bəzi məkanlara kişilər yanlarında qadın olmadan daxil ola bilmirlər. Yox, əgər tək əylənmək istəyirsizsə, mütləq lüks maşınınız olmalıdır. Çünki gecə klubunun qarşısında lüks maşından düşmək avtomatik bütün bağlı qapıları insanın üzünə açır.

Əsrarəngiz Bakının əməkçiləri, zəhmətkeşlərini də unutmaq olmaz. Gecənin dönərçisi, süpürgəçisi, salfetka satan uşağı.. Və bir də olmazsa olmaz dilənçiləri.

Gecəsi, qaranlığı, sirləri ilə Bakı bir başqa aləmdir. Bu dünyanın qaranlığında boğulmaq da olar, o zülmətdən aydınlığa çıxmaq da. Seçim sizindir...








������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.