9-10-2021, 08:43 | 44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev xalqa müraciət edib. Ali Baş Komandan Azərbaycan Ordusunun Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad etdiyini və düşmənin məhv edilən, ələ keçirilən texnikalarının sayını açıqlayıb.

- Prezident İlham Əliyevin "CNN International" televiziya kanalının "Connect the World" verlişinə və "Sky News" televiziya kanalına müsahibə verib.

- Ermənistan ordusunun daha bir qərargahı dağıdılıb, artilleriya rəisi məhv edilib. Müdafiə Nazirliyi dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.

- Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonunun videogörüntülərini paylaşıb.

- Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunu raket və artilleriya atəşinə tutub, 3 nəfər yaralanıb. Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb.

- Ermənistanın xeyli sayda hərbi texnikasının məhv edildiyi videogörüntülər yayılıb.

- Ermənistan Silahlı Qüvvələri Mingəçevir şəhərini, Bərdə, Ağcabədi və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutub.

- Azərbaycan Ordusu düşmənin daha bir neçə hərbi texnikasını ələ keçirib. Düşmənin atıb getdiyi hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənib.

- Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

- Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə məhv edilib.

- Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan və Talış kəndinin videogörüntüsünü yayıb.

- Baş Prokurorluğun məlumata görə, Ermənilərin Ağdama raket atması nəticəsində 4 mülki şəxs yaralanıb.

- Düşmənin Prima yaylım atəş sisteminin, 25 nəfər əsgər və zabitini döyüş bölgəsinə gətirən hərbi maşın hərəkətdə məhv edilməsinin videogörüntüləri yayılıb

- Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.


8-10-2021, 05:50 | 44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edir.

- Müdafiə Nazirliyi bildirib ki, səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur, ölən və yaralananlar var. Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.

- Sosial şəbəkədə azərbaycanlı əsir kimi təqdim olunan şəxsin erməni olduğu müəyyən olunub.

- Müdafiə Nazirliyi Ermənilərin Horadizdə atıb qaçdıqları hərbi texnikaların görüntülərini yayıb. Düşmənin atıb qaçdığı növbəti hərbi texnikaların görüntüləri yayılıb.

- Bərdə "Toçka-U" kompleksindən atəşə tutulub, Ermənilərin atdığı raket Bərdədə restorana və məktəbin yaxınlığına düşüb, 7 nəfər yaralanıb. Düşmənin Bərdə və Tərtəri atəşə tutan "Qrad"ı məhv edilib

- Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edilməsi görüntülərini yayıb.

- Goranboyda ermənilər tərəfindən atılmış 10 ədəd raket aşkarlanıb

Trend

5-10-2021, 15:16 | Zakir Həsənov Hulusi Akarla görüşdü - FOTO


Zakir Həsənov Hulusi Akarla görüşdü - FOTO

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

İkitərəfli görüşdə hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub.

Sonda Müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.


4-10-2021, 12:02 | Ombudsman erməni terroru ilə bağlı bəyanat yaydı

Ombudsman erməni terroru ilə bağlı bəyanat yaydı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Dünya ictimaiyyətinə məlumdur ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti dəfə işğalçılıq siyasəti həyata keçirmək niyyəti ilə mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və sosial obyektləri ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə etməklə intensiv şəkildə atəşə tutmuş, nəticədə günahsız insanlar qətlə yetirilmişdir. Ötən ilin bu günü - 04.10.2020-ci il tarixində səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri münaqişə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, turizm mərkəzi və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə qadağan olunmuş silahlardan istifadə etməklə raket zərbələri endirmişdir.
Həmin gün Ermənistan tərəfindən Cənubi Qafqazın ən böyük su elektrik stansiyası və su anbarının yerləşdiyi Mingəçevir şəhəri də raketlərlə hədəfə alınmışdır. Hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Xızı və Abşeron da eyni gündə Ermənistan tərəfindən hədəf seçilmişdir.

Ermənistan silahlı qüvvələri həmçinin qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərlərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcəbədi, Cəbrayıl, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutmuşdur.

Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar olmuş, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəymişdir.

Tərəfimizdən həmin hücumlardan sonra yerində araşdırmalar aparılmış, əldə edilmiş nəticələr sənədləşdirilərək hesabat formasında beynəlxalq ictimaiyyətə ünvanlanmışdır.

Beynəlxalq humanitar hüquq normaları hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb etdiyi halda Ermənistan növbəti dəfə beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək müharibə cinayətlərinə yol vermişdir.
Təəssüflə qeyd etmək istərdim ki, BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, Cenevrə Konvensiyalarının, xüsusilə "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Konvensiyanın, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də ədalət mühakiməsi qarşısında cavab verməmiş, ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb edilməmişdir.

Təcavüzkar Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qarşısının alınması və cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tərəfindən ciddi tədbirlərin görülməməsi həmin şəxslərin insanlıq əleyhinə yeni cinayət əməlləri törətməsinə zəmin yaratmışdır.

Çoxsaylı insan tələfatı ilə nəticələnən və yalnız Azərbaycan xalqı üçün deyil, bəşəriyyət üçün faciəvi hadisələrin ildönümü ərəfəsində bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə müşaiyət olunan və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini qəti şəkildə qınamağa və Ermənistanın hərbi-siyasi rəhbərliyinin hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıram".

4-10-2021, 11:52 | Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi - VİDEO - FOTO

Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi - VİDEO - FOTO


44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu yalnız irəliyə gedərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov və hərbi ekspert Ruslan İmanquliyev Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibələri zamanı 44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi qələbəsini şərh ediblər.

Ş.Ramaldanov qeyd edib ki, Vətən Müharibəsindəki hərbi əməliyyatlar əvvəlcədən hazırlanan plan üzrə gedirdi:

"Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi. Həmin ərazi strateji cəhətdən çox əhəmiyyətli idi. Ordumuzun cənub istiqamətində əməliyyat aparması düşmən üçün gözlənilməz oldu. Çünki onlar bizi Ağdam-Xankəndi istiqamətində gözləyirdilər."

Ehtiyatda olan polkovnikin sözlərinə görə, döyüşlərin vahid mərkəzdən idarə olunması çox vacib amil idi. Ali Baş Komandan Prezident İlham Əliyev bütün döyüşlərə bilavasitə özü rəhbərlik edib qərarları təsdiq edirdi:

"İkinci Qarabağ müharibəsi 21-ci əsrin tələblərinə cavab verən müasir tipli müharibə idi. Birinci Qarabağ müharibəsini görmüş biri kimi hazırkı inkişaf etmiş ordumuzla qürur duyuruq. Bütün inkişaf qələbə üçün idi və biz bu qələbəyə nail olduq"

Hərbi ekspert Ruslan İmanquliyev həmçinin Cəbrayıl istiqamətindəki döyüşlərin çox təhlükəli olduğunu bildirib:

"Xüsusi Təyinatlı Qüvvələrin, eyni zamanda hərbi hava qüvvələrinin, raket artilleriya qoşunlarının dəstəyi ilə bu çətin əməliyyat uğurla başa çatdı.

Düşmən sadəcə bizim ordunun tərkibindəki "YAŞMA" adlandırılan, onların qorxulu yuxusuna çevrilən xüsusi təyinatlılarımız haqda bilirdi. Digər qurumlardakı xüsusi təyinatlılardan xəbərdar deyildilər. Dərinliklərdə bütün xüsusi təyinatlı qüvvələrin, eyni zamanda havadan piltosuz uçuş aparatlarının tətbiq olunması düşməni bir anda şok vəziyyətinə saldı."





30-09-2021, 10:29 | Bu gün Milli Məclisin payız sessiyası başlayır

Bu gün Milli Məclisin payız sessiyası başlayır



Bu gün Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır.

Milli Məclisin payız sessiyasının ilk plenar iclası bu gün saat 11:00-da keçiriləcək.

Parlamentin payız sessiyasının ilk plenar iclasında Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisinin Bəyanatı qəbul ediləcək.

Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planına 12 məsələnin daxil olacağı gözlənilir.

Qanunvericilik işləri planına aşağıdakılar daxildir:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

4. "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi;

5. "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi;

6. "Lombardlar haqqında" qanun layihəsi;

7. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi;

8. "Ali təhsil haqqında" qanun layihəsi;

9. "Turizm haqqında" qanun layihəsi;

10. "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsi;

11. "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi;

12. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

30-09-2021, 07:42 | Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir

Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir



Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Mirzəcanzadə Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. O, ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb.

Görkəmli alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlayıb. 1948-1958-ci illərdə AEA-nın Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub. O, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləyib.

Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib. Azərbaycan iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib.

Alim 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət neft və Sənaye Universiteti) kafedra müdiri işləyib. O, orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.

Azad Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.

Görkəmli alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri həllini tapıb. 400-dək elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.

A.Mirzəcanzadə həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak edib. O, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. Dünya şöhrətli akademikin elmi kadrların və yüksəkixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında əvəzsiz rolu olub, onun elmi məktəbinin davamçıları nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərdə və istehsalat müəssisələrində çalışırlar.

Azad Mirzəcanzadə 2006-cı il iyulun 17-də vəfat edib. Azərbaycanın elmi ictimaiyyəti dünya şöhrətli alim, unudulmaz şəxsiyyət Azad Mirzəcanzadənin xatirəsini daim dərin hörmətlə anır.

AZƏRTAC

24-09-2021, 06:39 | Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Bu barədə təşkilat məlumat yayıb.


24-09-2021, 06:36 | Ərdoğan: “Bizim üçün S-400 məsələsi bitib”

Ərdoğan: “Bizim üçün S-400 məsələsi bitib”


Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinə görə ABŞ-ın təzyiqlərini qəbul etməsi mümkün deyil.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində keçirdiyi mətbuat konfransı zamanı bildirib.

"Baxın, biz F-35-ləri aldıq. 1 milyard 400 milyon dollar ödədik və F-35-lər bizə verilmədi. Amerika öncə bunu həll etməlidir. S-400-ləri bəhanə edib bizə F-35-ləri verməmək nə dövlətlərarası münasibətlər, nə də diplomatiya baxımından düzgün deyil. Əlbəttə ki, biz beynəlxalq hüquq nəyi tələb edirsə, onu edəcəyik. Ancaq S-400-lərə görə davamlı təzyiqləri qəbul etməyimiz mümkün deyil. Bizim üçün S-400 məsələsi bitib. Burada geri addım atmağımız da mümkün deyil. Amerikanın bu faktı ikitərəfli və beynəlxalq münasibətlərdə doğru şəkildə nəzərə alması lazımdır", - deyə Ərdoğan bəyan edib.

O, Türkiyənin özünü qorumaq üçün lazım olanı alacağını da bildirib.

"Sən bizə "Patriot" verməyəcək, sonra da "Niyə S-400 aldın" deyəcəksən? Türkiyə özünü qorumaq üçün lazım olanı alacaq. Gərəkərsə, onları istehsal da edəcək, artıq başladıq da", - deyə əlavə edib.

24-09-2021, 06:26 | Ağciyərləri siqaret zəhərlənməsindən təmizləmək üçün eliksir

Ağciyərləri siqaret zəhərlənməsindən təmizləmək üçün eliksir

Siqaret çəkənlər mütləq oxusunlar! Ağciyərləri siqaret zəhərlənməsindən təmizləmək üçün eliksir.
Siqaretin orqanizm üçün nə qədər zərərli olduğu hamıya məlumdur. Əgər siz də uzun müddətdir ki, siqaret çəkirsinizsə o zaman mütləq aşağıdakıları oxuyun.
Uzun müddət siqaret çəkmək bronxlarda patologiyaların əmələ gəlməsinə səbəb olur. Bəziləri siqaretə elə aludə olurlar ki, hətta onlara bunu tərgitmək belə mümkün olmur.
Siqaretdən asılı olmaq ağciyərlərin zədələnməsinə, bronxların tutulmasına, ağız boşluğunda və boğazda xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Bu problemi həll etmək üçün isə nəfəs yollarını və ağciyərləri təmizləmək lazımdır. Bu isə tənəffüs sistemi orqanlarında xəstəliklərin əmələ gəlməməsinə səbəb olur. Uzun müddət siqaret çəkmək tənəffüs sistemi orqanlarında infeksion xəstəliklərdən tutmuş xərçəng xəstəliyinə kimi bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bəs ağciyərləri necə təmizləmək olar? Aşağıda bu sualın cavabı verilib.
Ağciyərlərin eliksirlə təmizlənməsi
Eliksiri təmizləmək üçün 4 əsas qatqıdan istifadə edilir.
Zəncəfil ağciyərlərdə toplanmış seliyin xaric olumasına yardım edir. Zəncəfil siqaretin orqanizmdə əmələ gətirdiyi toksiki əlamətlərin də xaric olunmasına səbəb olur.
Soğan nəfəs yollarında əmələ gələn problemlərin aradan qalxmasına səbəb olur. Soğan ağciyərlərdə xərçəng xəstəliyinin əmələ gəlməsinə qarşı mübarizə aparır.
Sarıkök ən faydalı ədviyyatlardandır. Sarıkökün tərkibində omeqa3 yağ turşusu, vitaminlər və minerallar var. Sarıkök bakteriyalara, viruslara və xərçəng hüceyrələrinə qarşı mübarizə apara bilir.
Balın tərkibi vitamin və minerallarla zəngindir. Onun orqanizmin müqavimətini artırmaq qabiliyyəti var. Balın bir çox xəstəliklərin müalicəsində rolu böyükdür.
Eliksirin hazırlanması:
- soğan - 1 kq
- zəncəfil kökü - 1 kök
- sarıkök - 3 çay qaşığı
- bal - 400 qr
- su - 1 litr
Hazırlanması:
Bir litr suya bal əlavə edilib qaynamağa qoyulur. Qarışım qaynamağa başladıqda xırda üyüdülmüş soğan və zəncəfil əlavə edilir. Qarışım az miqdar qaynadıqdan sonra sarıkök də əlavə edilərək odun istiliyi azaldılır. Qarışımın həcmi tam yarıya düşənə qədər qaynadılır və qazan odun üstündən götürülür. Soyuduqdan sonra qarışım şüşə bankaya tökülür və soyuducuda saxlanılır.
Qarışımdan gündə 2 xörək qaşığı acqarına yeməkdıən 2 saat əvvəl qəbul edilir.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.