28-05-2021, 13:52 | Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Xəbər yenilənəcək AZƏRTAC

28-05-2021, 13:50 | Estoniya və Kamerun dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib

Estoniya və Kamerun dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib


Kamerun Prezidenti Pol Biyadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AZƏRTAC bildirir ki, təbrikdə deyilir:

"Cənab Prezident. Ölkənizin milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizə səmimi və xoş təbriklərimi çatdırır, Azərbaycan xalqına sağlamlıq və firavanlıq arzulayıram.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

x x x

Estoniya Prezidenti Kersti Kalyulayddan:

"Zati-aliləri. 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, biz dünyamızdakı bütün cəmiyyətlərə böyük təsir göstərmiş qlobal çağırışa qalib gəldikdən sonra ölkələr arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq daha da genişlənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı, həmçinin Azərbaycan Respublikasına və onun xalqına əmin-amanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

20-05-2021, 05:58 | Prezident İlham Əliyev ilə Vladimir Putinin telefon söhbəti olub

Prezident İlham Əliyev ilə Vladimir Putinin telefon söhbəti olub

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefon söhbəti olub.

AZƏRTAC bildirir ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.

İkitərəfli gündəliyin mühüm aspektlərinə dair fikir mübadiləsi də aparılıb. Prezident İlham Əliyev Rusiya vaksinlərinin göndərilməsinə görə səmimi minnətdarlığını ifadə edib. Bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Hökumətlər, müvafiq nazirliklər və idarələr xətti ilə intensiv təmaslar buna yönəldiləcək.

13-05-2021, 08:49 | Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan rəsmi "İnstagram" hesabında bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Trend bildirir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!
Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"


13-05-2021, 07:58 | Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Ramazan Bayramı münasibətilə paylaşım edilib - FOTO

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Ramazan Bayramı münasibətilə paylaşım edilib - FOTO

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Ramazan Bayramı münasibətilə paylaşım edilib.

Paylaşımı təqdim edir.

12-05-2021, 06:56 | Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır

Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır

Prezident İlham Əliyevin hər hansı bir bölgəyə səfəri həmin yerin inkişafına və bölgənin gələcək perspektivləri ilə bağlı əlavə qapıların açılmasına xidmət edir. Dövlət başçısının belə səfərlərindən biri də mayın 10-da Naxçıvan Muxtar Respublikasına reallaşdı. Hər dəfə olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də bir çox mühüm açılışlarda iştirak etdi.

Dövlət başçısı ilk olaraq Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak elədi, daha sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışını etdi. Bu da təsadüfi deyildi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi aerodromu və digər infrastrukturlar Zəngəzur dəhlizinin o biri başında hərbi-iqtisadi cəhətdən çox güclü bir qüvvənin dayandığını göstərdi. Prezident İlham Əliyev bu açılışla Zəngəzur dəhlizinin hər iki ucunda iki böyük qüvvənin olduğunu misilsiz ustalıqla nümayiş etdirdi.

Ali Baş Komandan burada Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etdi. Bilirsiniz ki, Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq "dəmir yumruğ"un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu, Vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi. Ordumuzun igidliyi sayəsində Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi və bu savaşda biz bir xalq olaraq birləşdik, bizim igid övladlarımız vahid milli ideya uğrunda canlarından keçdi. Xalqımız şəhidlər versə də ruhdan düşmədi, böyük Qələbənin timsalında həmrəyliyimiz, Vətən eşqimiz qalib gəldi.

Səfər çərçivəsində dövlət başçısı Naxçıvan şəhərində "ASAN xidmət" Mərkəzinin binasının tikintisi ilə də tanış oldu. Bu arada qeyd edək ki, hazırda ölkədə 20 "ASAN xidmət" Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır.

Prezident İlham Əliyev, həmçinin "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun və "Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin açılışını etdi, eyni zamanda Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu.

Dövlətimizin başçısının səfər çərçivəsində Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olması da təsadüfi deyildi. Ona görə də bu məsələnin üzərindəbir qədər dayanmaq istərdik. Bilirsiniz ki, Azərbaycan Prezidenti mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həmin müsahibədə bəzi beynəlxalq ünvanlara münaqişənin artıq həll edildiyi barədə daha qəti mesajlarını verdi. İlham Əliyev Naxçıvanda 10 noyabr sənədinin ilk dəfə olaraq yeni strateji keyfiyyətini açdı. 10 noyabr sənədinin tək barışıq yox, daha geniş mənada münaqişənin həll sənədi olduğu bir daha bəyan edildi. Prezidentimiz Naxçıvanın blokadadan çıxışına nəyin bahasına olsa da nail olunacağını ciddi inamla nümayiş etdirdi. Xüsusilə də Naxçıvanın inkişaf və güc göstəricilərinin qabardılması təsadüfi xarakter daşımır.

Naxçıvanın böyük iqtisadi-sosial inkişafı, Ordubada qədərki avtomobil və dəmir yolunun yüksək vəziyyətdə olması barədə Prezidentin bəyanatları Zəngəzur dəhlizi ilə bağlı heç bir güzəştin olmayacağını göstərir. Bütün dünyaya nümayiş etdirildi ki, Horadizdən Ağbəndə, Mehridən Naxçıvana qədərki Zəngəzur dəhlizinin iki mühüm hissəsi artıq hazırlanıb və bunu Azərbaycan Prezidenti hazırlayıb. Dəhlizin işləməsi üçün qalan cəmi 40 kilometrlik hissənin hazırlanması birmənalı olaraq Ermənistanın məsuliyyətinə daxildir.
Heç şübhəsiz ki, Prezident Naxçıvana bu gedişi ilə Zəngəzur dəhlizinin Naxçıvanın inkişafında yeni mərhələ açacağını göstərmiş oldu.

Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsindən bir parçaya diqqət edək: "Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.

Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır".

Azərbaycan Prezidenti Ermənistan ərazisində olan hissənin taleyinə də aydınlıq gətirdi. Bildirdi ki, Ermənistanda dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur: "Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın".

Göründüyü kimi, Zəngilan dəhlizinin tezliklə istifadəyə verilməsi istiqamətində Azərbaycan üzərinə düşən bütün işləri layiqincə həyata keçirir. Xoşbəxtlikdən Ermənistanın dəmir yollarına hakim olan Rusiya da bu məsələdə Azərbaycanla həmfikirdir. Ona görə də əminliklə söyləyə bilərik ki, Zəngəzur dəhlizi, digər adı ilə Naxçıvan dəhlizi çox yaxında istifadəyə veriləcək. Beləliklə, bu dəhliz Ermənistanın özü də daxil olmaqla bölgənin iqtisadi inkişafına yeni təkan verəcək.

Belkəliklə, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının timsalında bölgələrə səfəri regionların, ümumilikdə cəmiyyət həyatının yeniləşməsi və müasirləşməsi, müxtəlif sahələrin inkişafı, əhalinin rifah halının yüksəlişi kimi ali məramlara xidmət edir. Bütün bunlar isə əminlik yaradır ki, Azərbaycan sürətli inkişaf tempini bundan sonra da qoruyub saxlayacaq. Trend

10-05-2021, 10:31 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb. Dahi Liderin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli lider Heydər Əliyev öz fəaliyyəti ilə vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edib, xalqımız tarixi hədəflərinə qovuşub, Vətənimiz bütövləşib. Bununla da "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!" deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Xalqımız böyük dövlət xadimi, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin doğurduğu sevinc hissi ilə qeyd edir.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular, Ulu Öndərin xatirəsini ehtiramla andılar.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.

Azərbaycan tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbətdir. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev xalqımızın qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qalib dövlətdir və bu dövlətin dəmir yumruğu yeni reallıqlar yaradıb. AZƏRTAC

10-05-2021, 09:15 | Azərbaycanı yenidən bəşəriyyətə bəxş edən DAHİ

Azərbaycanı yenidən bəşəriyyətə bəxş edən DAHİ


Bugün Azərbaycan regionun ən qüdrətli dövləti, keçmiş Sovet İttifaqı respublikaları içərisində istər iqtisadi inkişaf tempinə, istərsə də beynəlxalq arenadakı nüfuzuna görə 3 ölkədən biridir. Üstəlik Azərbaycan həlli mümkünsüz kimi görünən, artıq az qala unudularaq tarixin yaddaşına köçmək üzrə olduğu fikirləri dolaşan, 30 illik uzun bir dövrü əhatə edən Qarabağ münaqişəsinə son qoymağı bacardı, öz doğma yurd-yuvasına sahib çıxdı. Lakin bunlar bir günün, bir ilin, 10 ilin işi deyil.

Ermənilər uzun illər Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi üçün mübarizə aparıblar. Bu mübarizəni Sovet İttifaqı zamanı da güclü şəkildə davam etdiriblər. Lakin onların bu çirkin niyyətlərini həyata keçirməyə mane olan əsas amil - Heydər Əliyev amili idi. Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdi. Yalnız onun Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Və nəticəsi hər kəsə məlumdur.



Dünya tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici amillər sırasında lider faktorunun rolu xüsusidir. 1990-cı illlərin əvvəllərində talehin ümidinə qalan Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə olduğu dönəmdə meydana lider faktoru çıxdı - Azərbaycan xalqının xilaskarı Heydər Əliyev! Məhz, o, 20%-dən çox ərzilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə, ölkədə bütün sahələr üzrə xaos durumun hökm sürməsinə baxmayaraq bütün yükü təkbaşına çiyinlərinə götürdü.

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı, beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O, xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər gördü. Bu işlərin əsas məğzi isə işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi konsepsiyası təşkil edirdi. Bu konsepsiyanın bir hissəsi iqtisadi Azərbaycan iqtisadiyyatını iqtisadi xaos və tənəzzül dövründən çıxarmaq təşkil edirdisə, ikinci hissə milli mənəviyyatımızı, kimliyimizi, keçmişimizi unutmamaq üçün tədbirlər planından ibarət idi.




Bunun təsdiqi kimi 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması qərarını göstərə bilərik. Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini almaqla həmən tarixdən etibarən mütəmadi olaraq hər il fevralın 26-sı erməni vəhşiliyi, amansızlığı Xocalı soyqırımı qurbanlarının anım günü kimi vasitəsi ilə istər yeni yetişən nəsillərə aşılanmağa başlanıldı.

Bununla pararalel olaraq dünya miqyaslı iqtisadi layihələrə start verildi ki, onların başlanğıcı kimi Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri kimi səciyyələndirilən Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək mümkün olmağa başladı. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi müqavilə imzalandı. Bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandı.



Güclü ordu qurmaq üçün güclü iqtisadiyyatın nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayan Heydər Əliyev Azərbaycan xalqının XX əsrin sonlarında ard-arda yaşadığı ağır faciələrin girdabından xilas olmaq üçün həm milli mənəvi ruhun yüksəldilməsini, həm də yaşayış səviyyəsini qaldırmağın vacibliyini yaxşı anlayırdı. Heydər Əliyevin ən güclü silahlarından biri söz idi. O, böyük xalq kütlələrini öz arxasınca aparmaq lazım gələndə də, sözdən ustalıqla istifadə edirdi. Natiqlik ona Allah vergisi idi. Onun natiqlik məharəti incəliklərinə qədər cilalanmışdı. Heydər Əliyev bu məharətindən həm natiq, həm diplomat, həm də həssas bir psixoloq kimi istifadə edirdi. O, xalqla elə danışırdı ki, ölkənin hər bir vətəndaşı hamıya deyilən sözləri şəxsən ona ünvanlanmış kimi qəbul edirdi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 17 illik hakimiyyəti dövründə ölkənin müxtəlif sahələri üzrə həyata keçirdiyi islahatlar, verdiyi qərarlar, beynəlxalq arenada ölkənin adından sərgilədiyi mövqe Qarabağın və ətraf rayonların 30 illik işğalına birdəfəlik son qoyması ilə nəticələndi.



Heydər Əliyevin ölkədə qurub yaratdığı siyasi mühitin uğurla önündə dayanan Prezident İlham Əliyev bu ənənəni ağsatmadı, əksinə daha da inkiaş etdirdi. Təxminən 30 il sonra Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandanının siyasi iradəsi və qətiyyəti ilə sonra bütövlüyümüzün təmin olunması, dövlətimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsi, milli kimliyimizin özümüzə qayıtması kimi faktorlar məhz Heydər Əliyevin yaratdığı ictimai-siyasi sabitlik və müstəqil siyasətin davamı kontekstində baş tutdu.

Məhz 2020-ci il 8 noyabrda Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edildiyini elan edərkən dediyi "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" sözləri onun Heydər Əliyev siyasi kursuna sadiqliyini, Azərbaycan dövlətinin nə qədər etibarlı əllərdə olduğunu bütün dünyaya nümayiş etdirdi.

Təhməz Əsədov

Milli.Az

9-05-2021, 11:48 | Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!"(milli.az)

8-05-2021, 08:05 | Azərbaycanın uğurları Heydər Əliyev strategiyasının təntənəsidir

Azərbaycanın uğurları Heydər Əliyev strategiyasının təntənəsidir


Azərbaycan xalqının çoxəsrlik tarixində hər birinin öz yeri olan dahi şəxsiyyətlərimiz dövlətçilik ənənələrimizin yaşamasında və inkişafında böyük xidmətlər göstərmişlər. Ancaq bu sırada ümummilli liderlik zirvəsinə ucalan yalnız Heydər Əliyev olmuşdur. Qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınaqlarından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən canlı təcəssümüdür. Qələbə çaldığımız bu tarixi zəfər günlərində müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf və yenilməz ordu quruculuğundakı xidmətlərini bir daha böyük ehtiramla xatırlayırıq. 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.


Ulu öndərimiz Heydər Əliyev öz fitri istedadı, dərin zəkası, bilik və bacarığını Azərbaycan xalqının firavan yaşamasına həsr etmiş, öz dövlətini və xalqını zamanın ən çətin sınaqlarından uğurla çıxarmışdır. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. Heydər Əliyev istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqilliyimiz illərində daim öz doğma xalqına və ölkəsinə ləyaqətlə xidmət edib. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Sosial ədalət, milli həmrəylik təmin edildi. Beləliklə, Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı, qarşısının alınmasının qeyri-mümkün olduğu bir dönəmdə öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edir və ən ağır günlərində ona pənah aparmışdı. Dahi öndərimiz də ən böhranlı məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyub, xilas edərək inkişaf və tərəqqi yoluna çıxarmışdır. Heydər Əliyev sanki bu dünyaya elə öz xalqı üçün, onun xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Həqiqətən, ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki onun tale, ömür yolu olmuşdur. Qısa bir zaman kəsiyində ulu öndər respublikamızın iqtisadi yüksəlişinə nail olmuş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. O, ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynayıb ki, xalq da onu əsrlər boyu unutmayacaq. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanmışdı. O, bu barədə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. “İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir” deyən ulu öndərin rəhbərliyi ilə ölkəmizin iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsası qoyuldu, iqtisadiyyatımızın yüksəlişi üçün tədbirlər görülməyə başladı. Qısa bir müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli Dövlət proqramları qəbul edildi, islahatlar aparıldı. Çünki dahi siyasətçi tərəfindən müəyyəndirilmiş strategiyanın əsanını vətəndaşların rifah halının yüksəldiməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Böyük siyasətçinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi 1994-cü ilin sentyabr ayının 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə bütün təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”ni imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Bununla da ölkədə makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunda əsas istiqamətlərdən biri milli mənafelərə əsaslanan xarici siyasətin müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağın yolu xarici dövlətlərlə bərabərhüquqlu, ikitərəfli səmərəli əlaqələr qurmaq idi. Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini ölkənin strateji maraqlarına uyğun yeniləşdirdi. Balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi. Ümummilli liderin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə səbəb oldu. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratmaq cəhdlərinin təsdiqlənməsi bu məsələlərin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul olundu. Bu Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyət idi.

Dahi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş Azərbaycanın ilk Milli Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyən etmişdir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin demokratik inkişaf yolunda əldə etdiyi ən böyük dəyərlərdəndir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, tarixi irsimizə hörmət dövlət səviyyəsinə qaldırıldı. Bununla da milli dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni bir ideologiyanın əsası qoyuldu.

Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müəyyənləşdirdiyi inkişaf kursunu özündən sonra davam etdirə biləcək siyasi varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə qeyd edirik ki, cənab Prezident İlham Əliyev ona olan bu ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Ölkə başçısı İlham Əliyev fəxrlə qeyd edib ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Son illərdə ölkəmizin vahid bir siyasi xətt üzrə irəliyə aparılması, inkişaf istiqamətlərinin bir-biri ilə sıx bağlı olması və digər amillər Azərbaycanın dünyada yeri və rolunu müəyyənləşdirib. Azərbaycan dünya miqyasında yüksək inkişaf yoluna çıxmış ölkə, beynəlxalq münasibətlərdə güclü və etibarlı tərəfdaş imici qazanmışdır. Artıq Qərb siyasi dairələri də etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkün deyil.

Son dövrdə bütün sahələrlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət göstərilib. Cənab Prezidentimiz İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ kimi elan edərək ordumuzun gücləndirilməsi, ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bu gün Azərbaycan Ordusu öz təchizatı baxımından dünyanın ən güclü orduları sırasındadır və ölkənin qarşısında duran bütün məsələləri həll etməyə qadirdir. Ordu quruculuğu haqqında cənab Prezident deyib: - Ordu quruculuğu 17 il ərzində mənim işimin əsas hissəsi olub. Biz həmişə ordumuzun necə gücləndirilməsi haqda düşünmüşük. Ən müasir silahlar almaq üçün təkcə maddi vəsait kifayət etmir, eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir ki, biz buna nail olduq. Mənim təşəbbüsümlə müdafiə sənayesi yaradıldı və bu gün biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Bu gün öz təchizatına görə hərbi bazalarımız ən yüksək standartlara cavab verir və Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bütün dünyaya göstərdi.

Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu günləri bizə və bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Möhkəm xalq-iqtidar birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə - xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət son qoyuldu. Bununla da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz böyük zəfərlə bitdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanda və şəhidlər xiyabanında olmuşlar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciət edib:- Əziz həmvətənlərimiz, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Biz bu qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq. Və bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.

Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama hərəkatının qətnamələri İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi.

Xalqa müraciətində Ali Baş Komandan böyük qürur və fəxarətlə deyib: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad edirik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin siyasi kursu, inkişaf strategiyası dayanır. Və bu siyasət Azərbaycanımızı daha böyük uğurlara aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır...

Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi. Professor.




������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.