8-05-2021, 06:36 | Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq

8 May. Bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Hər ilin 8 mayı gələndə qaysaq bağlamış yaralar yenidən qanadı, yenidən ağrıdı. Lakin Azərbaycan insanının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Budur, Şuşa artıq azaddır. Bütün yaralar sağalıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" ifadələri xalqımızın bütün acılarını dindirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Xalqımız daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd eməyəcək. Onun 28 illik iztirabı bundan sonra bir ömürlük xoşbəxtliklə əvəzlənəcək - Qara gün kimi təqvimə düşən "8 mayı", işıqlı "8 noyabr" əvəzlədiyi kimi...
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatı
Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirdi.
Lakin Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Belə ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Bununla da Azərbaycanın, xüsusən də Qarabağın baş tacı olan Şuşa şəhəri illərin əsarətdən, ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatından xilas edildi. Azadlığının ilk günündən etibarən, şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparıldı və bərpa işlərinə başlanıldı. Hazırda Şuşanın əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər aparılır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Çünki tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daimi inkişafına şərait yaradacaqdır.
8 May günü öz mənəvi-psixoloji təsirini itirmiş olsa da...
Bütün bunları gözə alan Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bunun üçün ortada yüksək potensial və möhkəm iradə mövcuddur...
Bütün bunlarla yanaşı, xalqımız heç bir zaman öz dədə-baba yurdlarının işğal tarixlərini də unutmayacaq. Ona görə 8 May günü də öz mənəvi-psixoloji təsirini nə qədər itirmiş olsa da, tarixiliyini bir o qədər qoruyub saxlayır. Odur ki, qısa da olsa bu yaxın tarixə nəzər salmaq istərdik;
Bütün tarixi faktlar Şuşanın məhz xəyanətin qurbanı olduğunu göstərir
İşğaldan əvvəl - 1992-cil ilin may ayının əvvəlində şəhər əhalisinin əhval-rühiyyəsi yüksək olub. Onlar Şuşanı tərk etmək barədə fikirləşməyiblər belə. Ermənilər şəhərə hücum edəndə ən əsas problem silah çatışmazlığı olub. Qeyri-bərabər döyüşdə şəhəri yalnız könüllü batalyonlar mətanətlə qoruyublar. Lakin o zaman riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik və təcrübəyə malik olmayan, bacarıqsız müdafiə naziri Rəhim Qazıyevin yarıtmazlığı üzündən pərakəndə aparılan döyüşlər, daxili hərc-mərclik Şuşanın müdafiəsini olduqca çətinləşdirdi. Ermənilərin özləri də etiraf edirlər ki, Şuşanın işğalında 100-ə qədər zirehli maşın və tank, 11 min canlı qüvvə ilə birlikdə xarici dövlətlərdən gətirilmş müzdlulardan, havadarların yardımından istifadə olunub.
Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid oldu, 165 nəfər yaralandı. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. Şəhərin 58 sakini itkin düşdü. Artıq şəhər sakinləri hökumətə inanmırdı. Buna səbəb həm Şuşada, həm də az əvvəl Xocalıda baş verən soyqırımı hadisəsi idi. Bununla belə, Şuşanı tərk etmək istəməyən sakinlər məcburən şəhərdən çıxarıldı. Beləcə, əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa ermənilərin əsiri oldu. Məhz belə bir vaxtda Rəhim Qazıyevin başçılıq etdiyi Müdafiə Nazirliyindən isə bildirirdilər ki, Şuşaya hücum xəbəri yalandır. Beləliklə, bu qədim şəhər məhz xəyanətin qurbanı oldu.
AXC-Müsavat cütlüyünün çirkin niyyəti
Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bir daha bu məsələyə toxundu. Bildirdi ki, Şuşanın 1992-ci il mayın 8-də itirilməsinin günahkarları AXC-Müsavat cütlüyüdür:
"O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır".
Dövlət başçısının bu fikirlərindən sonra Şuşanın necə işğal edilməsi ilə bağlı artıq qaranlıq məqamlar qalmır. Odur ki, xalqımız bu yaxın tariximizi unutmamalı və gələcək nəsillərə də unuttdurmamalıdır. Çünki tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz fərasətinə görə pay götürür.
Elgün Mənsimov
Trend
8-05-2021, 00:00 | Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.
AZƏRTAC bildirir ki, sərəncama əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
22-04-2021, 11:51 | Saleh Məmmədovun agentliyinə tabeli qurumda “bir qızın iki adaxlısı” olur

Son vaxtlar vəzifə sahibi olan bəzi şəxslərin daşıdıqları vəzifələrindən sui-istifadə etmləri, qanunun tələblərinə əməl etmək əvəzinə həmin şəxslərin hər cür qanunsuzluqlara qol qoymaları səbəbindən və s. bu gün də ictimai həyatımızda çoxsaylı problemlər əmələ gəlməkdədir. Belə vəzifə sahibi olan şəxslərdən biri də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Şahin İbadov və ona bağlı olan ayrı-ayrı vəzifə sahiblərdirlər. Əldə etdiyimiz müəyyən məlumatlara görə həmin şəxslər hal-hazırda nə qanun sayırlar, nə də ki, mövcud qanunvericiliyin tələblərinə məhəl qoyurlar. Qeyd edək ki, Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyi dövlətimiz üçün olduqca strateji əhəmiyyət kəsb edən sahələrdən biri hesab olunur. Belə bir səbəb üzündəndir ki, bu sahədə əmələ gələn problemlərin varlığı daim hər kəsi, ələlxüsus KİV nümayəndələrini düşündürən məsələlərdən biri olur.
Onu da bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Yəni, bütün bunlar onu qeyd etməyə əsas verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və ona tabe olan struktur vahidləri olduqca strateji əhəmiyyət kəsb edən, həmçinin məsuliyyətli bir sahəyə cavabdehlik daşıyırlar. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini daşıyan, əməkdar mühəndis fəxri adına sahib olan Saleh Ərşad oğlu Məmmədovun rəhbərlik etdiyi qurumun sturuktur vahidlərində çoxsaylı biabırçılıqlar baş alıb getməkdədir. Belə ki, bir neçə gün bundan öncə redaksiyamıza Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Dadaş Vasif küçəsində yaşayan Namiq Cavad oğlu Mustafayevin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Saleh Məmmədova və digər vəzifə sahiblərinə yazmış olduğu şikayət ərizəsinin bir surəti daxil olub. Adı çəkilən bu şəxs şikayət ərizəsində qeyd edir: “Mən beton zavodu üzrə mütəxəssis olduğumdan, bir müddət bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Şahin İbadov, iş təklif etmək məqsədilə məni agentliyə dəvət etdi. Əslində bu şəxsin başlıca məqsədi məni Hacı adlı şəxsin rəis olduğu 17 saylı Yol İstismar İdarəsindən işdən çıxartmaq və kürəkəni Zamiq adlı şəxsin rəhbəri olduğu beton zavoduna müdir göndərmək idi. Elə ki, müşavir Şahin müəllimlə və onun kürəkəni Zamiq müəllimlə ayda 2 (iki) min manat əmək haqqı alacağımla bağlı razılığa gəldik və mən işə başladım, o halda bəlli oldu ki, rəhbərlik edəcəyim bu zavodun başqa müdiri var. Həmin vaxt onu da dərk etdim ki, adı çəkilən bu şəxslər məni zavoda rəhbər şəxs olaraq deyil, məhz mənim təcrübəmdən istifadə etmək məqsədilə gətirmişlər. Elə ki, belə bir oyundan xəbərdar oldum, o halda atılan addımlara qəti etirazımı bildirdim, hətta Şahin İbadovun oğlu Namiq İbadova da zəng edib, məhz ona da narazılığımı bildirdim. Belə bir vəziyyət alındıqdan sonra məni Qaradağ rayonunun Müşfiq qəsəbəsində, hansı ki, Şahin İbadovun yaxın qohumu olan Vüsal Kərimovun rəis olduğu 4 saylı Yİİ-də operator vəzifəsinə qəbul etdilər. Bu vəzifəni daşımağıma görə ayda mənə 1700 manat əmək haqqı veriləcəyinə vəd də verdilər. Qeyd edim ki, əvvvəllər 4 saylı Yİİ-də işləmişdim və bu idarədə işlədiyim vaxtlarda əmək haqqı kartım məndə qalırdı. Elə ki, bir daha 4 saylı Yİİ-də işə başladım, o halda Vüsal Kərimov ayda əmək haqqı kartıma 400 manat vurulacağını, yerdə qalan 1300 manat pulun isə paket halında çatdırılacağını bildirdi. Əldə etdiyimiz belə bir razılaşma 4 ay yerinə yetirilsə də, 4 aydan sonra 400 manat əmək haqqım verildi, 1300 manat paket pullarım isə verilmədi. Yəni, 7 ay belə vəziyyət formada davam etdi. Mən 4 saylı Yİİ-də işlədiyim vaxtlarda o halların şahidi oldum ki, bu idarədə bütün vəzifələr qohumbazlar tərəfindən ələ keçirilib, idarənin balansında işlək vəziyyətdə olan əksər texnikalar, o cümlədən bir neçə “Kon”, material yükləyən, asfalt “uklatçiki” olan maşınlar, asfalt presləyən katoklar, ekskvatorlar və s. ucuz qiymətə “spisat” olunur və müşavir Şahin İbadovun Dərnəgüldəki “qaraj”ına yığılır. Az sonra həmin texnikalar bu şəxsə bağlı olan şirkətlərə ucuz qiymətə sənədləşdirilərək satılır. Bütün bunlar büdcə vəsaitlərinin “altından girib üstündən çıxmaq” deməkdir.
Onu da qeyd edim ki, mən talış xalqının nümayəndəsiyəm və 4 saylı Yİİ-də milli ayrıseçkiliyi yol verilməsi, bu gün də özünü qabarıq şəkildə göstərir. Belə bir faktorun varlığı səbəbindən, bu gün də müşavir Şahin İbadovun “qoluzorluları” məni təhdid edirlərvə onlardan almalı olduğum pullarımı vermirlər. Bu birbaşa ərkəsöyünlükdür, ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi ölkədaxili siyasətə qarşı xəyanət deməkdir”.
Bütün bunlar onu göstərir ki, hazırda bir şəbəkə halında birləşmiş bu şəxslər büdcə vəsaitlərinə elə bir formada qənim kəsiliblər ki, bu haqda məlumatı olan hər kəs “ya kar, ya da kor olur”. Məhz, belə bir səbəblər üzündəndir ki, bu gün 4 saylı Yol İstismarı İdarəsinin rəhbəri daşıdığı vəzifəsindən “ikiəlli yapışıb” büdcə vəsaitlərini “tarmar etmək”lə, rəhbərlik etdiyi idarənin texnikalarını “viran qoymaq”la məşğuldur. Belə bir halların varlığı cinayət əməli yaradan hallar olsa da, nədənsə cənab Saleh Məmmədov hər zaman müşavir Şahin İbadovu üzləşəcəyi təhlükələrdən sovuşdura bilir. Çünki, . . .
Bu yöndə araşdırmamız davam edəcək.
22-01-2021, 13:07 | İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman

Prezident İlham Əliyev Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır.
2. Müəyyən edilsin ki:
2.1. İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra - Agentlik) sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir;
2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;
2.4. Müşahidə Şurasının 4 (dörd) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3 (üç) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
2.4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
2.4.2. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti;
2.4.3. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
2.5. Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlara dəyişiklik edilməsi;
3.1.2. Agentliyin ləğvi və yenidən təşkili.
3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. iki ay müddətində:
4.1.1. Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2. "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:
4.2.1. Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;
4.2.2. "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Aidiyyəti dövlət qurumları bu Fərmanın 2.4-cü bəndinə uyğun olaraq Agentliyin Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etsinlər.
6. Agentlik "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:
6.1. "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin;
6.2. sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı məsələlərin tənzimlənməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
7.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
7.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsini altı ay müddətində həyata keçirsin və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. AZƏRTAC
29-12-2020, 12:58 | Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram.
2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur.
Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir.
Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir.
Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.
Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir.
Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir.
Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram.
Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik.
Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.
Əziz həmvətənlər!
Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".AZƏRTAC
28-12-2020, 15:27 | Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulmuş hissəsində görülən işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.
AZƏRTAC bildirir ki, dövlətimizin başçısı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilib. Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib.
Qeyd edək ki, bundan əvvəlki körpünün texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə mane olurdu. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısının alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol oynayacaq.
Prezident İlham Əliyev "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etdi.
Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.


















24-12-2020, 13:02 | Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.AZƏRTAC
24-12-2020, 11:48 | Xilaskarlıq misiyası və bugünümüzün həqiqqətləri

Müstəqil Azərbaycan dövləti bu gün dünyada sabit və davamlı inkişaf edən bir dövlət kimi tanınır. Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan siyasi kursunu, mükəmməl siyasi, sosiai-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratik-hüquqi islahatların dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailliyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyin təminatı milli iqtisadiyyatın şaxələndirilmiş, davamlı inkişafından asılıdır. Ulu öndər Heydər Əliyevin göstərdiyi kimi, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin idarə edilməsində tutduğu istiqaməti də onun öz ifadəsi ilə yada salaq. “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”. Məhz elə həmin yolun nəticəsidir ki, ölkəmiz beynəlxalq aləmdə iqtisadiyyatı yüksək inkişaf edən, rəqabətqabiliyyətli bir dövlət kimi tanınır.
Azərbaycan Prezidenti həyata keçirdiyi çoxşaxəli, ardıcıl islahatlarla sübuta yetirir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Məhz bu islahatların nəticəsi olaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzu güclənib. Ölkəmiz dünya miqyasında daha yüksək mövqelər əldə edib. Təşəbbüskarı və əsas icraçısı olduğu qlobal layihələrlə, beynəlxalq arenada qazandığı böyük nüfuzla Azərbaycan regionda əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb. Dövlət başçısının uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirib.
Ölkəmizin uğurlarını şərtləndirən həm də o amildir ki, Azərbaycanın dövlət başçısı son 17 ildə xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Prezident İlham Əliyev bir daha qətiyyətlə vurğulayıb ki, ulu öndərin qoyduğu yol yeganə düzgün yoldur: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son illər ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Son 17 ildə ulu öndər Heydər Əliyevin parlaq ideyaları Azərbaycanın mayakı olub və xalqımızın, dövlətimizin yolunu işıqlandırıb. Bəhs olunan dövrdə ümummilli lider Heydər Əliyevin yolu ilə gedən respublikamız böyük uğurlara imza atıb, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”, - deyə dövlət başçısı bildirib.
Dövlət idarəçiliyinə müasirlik ruhu gətirmiş cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi də elə insanlara layiqli xidmətdir. Onların rifahını yaxşılaşdırmaqdır. O, lider kimi əsl siyasəti konkret işdə görür. Hər bir məsələdə vətəndaş maraqlarını önə çəkir. İnsanların rifahını, cəmiyyətin sabitliyi və inkişafını əsas məqsəd kimi müəyyənləşdirir. Ona görə də bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi ölkə prezidenti kürsüsündə görməkdən çox məmnundur. Çünki ölkənin heç bir vətəndaşı məmləkətin gələcəyindən, övladının sabahından nigaran deyil. Dövlət rəhbərimizin həyata keçirdiyi siyasət Azərbaycan insanı qarşısında aydın, firavan bir gələcək yaradır. Vətəndaşların güzəranı yaxşılaşır. Bir çox sosial problemlər həllini tapır.
Ötən illərin mənzərəsinin bəzi aspektlərinə qısaca nəzər salmaqla xalqın İlham Əliyevə verdiyi növbəti etimad mandatının əsasında hansı səbəblərin dayandığını görmək olar. Bu dövrdə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, Azərbaycanın inkişafı və güclənməsi məqsədlərinə yönəlib. Cənab İlham Əliyev bu illər ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirib.
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev öz fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə də vətəndaşların yanında olmuş, onlara diqqət və qayğısını, köməyini, mənəvi dəstəyini əsirgəməmişdir. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşmüş, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə nail olmuşdur. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırmış, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaratmışdır. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə, xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlmişdir.
Göründüyü kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yolunu davam etdirir, regionda söz sahibi olan ölkəmizin dünyada da nüfuzu getdikcə güclənir. Ötən 17 ildə əldə edilən uğurlar, başqa sözlə, dövlət başçısının “Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xəttinin müsbət nəticələri respublikamızın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır, yeni iqtisadi şəraitdə sistemli islahatların reallaşdırılmasını sürətləndirir.
27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı.
Prezident cənab İlham Əliyev zəngin idarəçilik təcrübəsinə malik, dövlət və xalq üçün aydın hədəflər müəyyən edən, o hədəflərə nail olmaq üçün ciddi siyasi iradə nümayiş etdirən, çevik qərarlar qəbul edə bilən, xalqı səfərbər edərək dinamik və ardıcıl fəaliyyət göstərən, bacarıqlı təşkilatçı, aydın təfəkkürlü rəhbər, məqsədyönlü və novator siyasətçi, uzaqgörən siyasi liderdir. Onun yüksək intellektual potensialı, geniş təfəkkürü optimal qərarlar qəbul etməyə imkan verir.
Yola salmağa sayılı günlər qalan 2020-ci il xalqımızın yaddaşından heç vaxt silinməyəcək. 44 günlük müharibədə müzəffər ordumuz 5 min kvadratkilometrə yaxın ərazini işğaldan azad etdi. Qısa müddət ərzində bu qədər ərazinin azad olunması tarixi bir qələbədir. Bu Qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi həkk etdi. Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Qazilərimizə cansağlığı, yaralılara şəfa diləyirəm. Cəbhədə olan əsgərlərimizə isə uğurlar arzulayıram.
Müzəffər Ordumuzun peşəkarlığı güclü silahlı qüvvələri malik olan bir sıra iri dövlətlərin hərbi ekspertlərinin əsas müzakirə mövzusuna çevrildi. Qeyd olundu ki, Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır. Noyabrın 8-də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Bu, Azərbaycan Ordusunun xüsusi peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur. 44 gün sürən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanatla başa çatdı. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Ali Baş Komandan xalqa sonuncu müraciətində bu məqamı xüsusi vurğuladı: “Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi mərhələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik”. Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Ermənistanın kapitulyasiyası ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Prezident cənab İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdir: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. ...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevr etmə qabiliyyəti müharibənin taleyində xüsusi rol oynamışdır. Ali Baş Komandan kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən orduda da Qələbəyə xidmət etmişdir.
Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu, qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi oldu. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu günü səbirsizliklə gözləyirdik. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi.
Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədi həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu möhtəşəm qələbə sevincini Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımız yaşatdılar. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr-Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, “Bir millət - iki dövlət” strategiyasının real təntənəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyev Zəfər paradındakı çıxışında rəşadətli ordumuzun qəhrəmanlığından geniş danışdı. Dedi ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
Dövlət başçımız çıxışını məşhur kəlamla yekunlaşdıraraq dedi: “ ... Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Biz hamımız Möhtəşəm Qələbədən bir daha ilhamlandıq, qürurlandıq, gücləndik, daha da birləşdik və öz qədrimizi, dəyərimizi, dostumuzu, düşmənimizi tanıdıq, gördük. Çox şükürlər olsun ki, biz bu günləri yaşayırıq və istədiyimiz nəticələri əldə edirik. Çox şükürlər olsun ki, bu gün bizim rəşadətli Ordumuz, onun əzmkar əsgəri, qəhrəman, dünya hərb tarixinin fatehləri olan sərkərdələrimiz, generallarımız və Azərbaycanı dünyada ucaldan, öz iradəsi, bacarığı ilə hər şeyi diktə edən və istədiyi hədəfə doğru inamla, uğurla irəliləyən və Azərbaycan xalqına hər gün sevinc bəxş edən Ali Baş Komandanımız vardır. Qoy bu birliyimiz, qürurumuz, vüqarımız əbədi olsun. Həmişə Ali Baş Komandanımızın rəhbərliyi ətrafında Allah-Təala yeni-yeni uğurları bizə nəsib etsin, Azərbaycanı, bütün Türk dünyasını uca pillədə bərqərar etsin. Yaşasın, var olsun Azərbaycan!
Əvəz Qocayev,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədrinin birinci müavini.
24-12-2020, 06:27 | Tarix yazan lider Prezident İlham Əliyev müstəqil Azərbaycanımızı bundan sonra daha böyük nailiyyətlərə və möhtəşəm qələbələrə aparacaq

2003-cü il oktyabr ayının 15-də Azərbaycan xalqı bir daha öz iradəsini nümayiş etdirərək İlham Əliyevi Ölkə Prezidenti seçməklə ilk növbədə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. Bununla, Azərbaycanı işıqlı gələcəyə aparan yeganə siyasi kursa inamını və sadiqliyini nümayiş etdirən xalqımız bugünkü uğur və zəfərlərimizin əsasını daha da gücləndirdi. Bu tarixi seçimi ilə Azərbaycan xalqı sülhün, stabilliyin, inkişafın və quruculuğun tərəfində olduğunu bir daha təsdiqlədi və ölkəmizdə bu siyasətə alternativin olmadığını göstərdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı ilə bağlı olmuşdur. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı ilk fərmanlardan biri “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman olmuşdur. Danılmaz bir həqiqətdir ki, ötən 17 il ərzində ölkəmizdə heç bir sosial layihə təxirə salınmadı, Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən, öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanan ölkəyə çevrildi. Özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq ölkəmiz Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirdi, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynadı. Bu gün isə Azərbaycan iqtisadi baxımdan tam müstəqil bir siyasət həyata keçirir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan özünün iqtisadi təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır.
Təbii ki, bütün bu nailiyyətlərin fonunda Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasəti Azərbaycanın dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul edilməsini şərtləndirdi. Təkcə 2019-cu ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bu mövqeyin getdikcə möhkəmləndiyini bir daha təsdiq etdi. Belə ki, ötən il dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, ölkədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşləri keçirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə Görüşü, UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir. Aydındır ki, belə tədbirlər birmənalı olaraq Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasına xidmət edir və bundan sonra da edəcəkdir.
Əlbəttə ki, bütün bu illər ərzində Azərbaycanın həllinə nail olmağa çalışdı ən mühüm problem ərazilərimizin 20%-ni əhatə etmiş erməni işğalına son qoymaqdan ibarət idi. Otuz ilə yaxın bir müddət ərzində davam edən bu işğal xalqımızın ən ağrılı problemi olmuşdur. Eyni zamanda da dövlət başçımızın bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasəti, böyük məharətlə həyata keçirdiyi xarici diplomatiyası ilk növbədə məhz
bu problemin həllinə yönəlmişdi. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb edir. Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu işi sonrakı illərdə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Qısa müddət ərzində Silahlı Qüvvələrimiz tamamilə modernləşdirilmiş, hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuşdur. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və digər yüksək texnoloji vasitələrlə təchiz olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün oldu. Şanlı Azərbaycan Ordusunun əsl gücünü, yüksək döyüş qabiliyyətini isə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya müşahidə etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Dəfələrlə qeyd olunduğu kimi, hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. 44 gün davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Noyabr ayının 8-də Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra isə, şanlı döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına aldı. Bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxılmaz vəziyyətə düşdü. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu.
Bu tarixi qələbə ilə Azərbaycan özünün xalq-iqtidar-ordu birliyi timsalında bütün dünyaya bir həmrəylik, birlik dərsi verdi. Hər kəs gördü ki, Azərbaycan xalqının öz Prezidentinə və ordusuna olan inamı, sevgisi, etimadı və dəstəyi qarşısıalınmaz bir gücün mənbəyidir.
Heç şübhəsiz, bu gün bütün Azərbaycan xalqı üçün ən önəmli tarixi günlərdən biridir. Hamımız bilirik ki, son 2-3 əsr ərzində Azərbaycan özünün itirilmiş, işğal edilmiş ərazilərindən az bir hissəni olsun belə geri ala bilməmişdi. Yalnız bu gün bu şərəfli missiyanı Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi!
Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi, Professor.
24-12-2020, 06:21 | Bu gün Prezident İlham Əliyevin ad günüdür

24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.
İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.
2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.
Azərbaycan xalqı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa, tərəqqiyə, müstəqil siyasətə səs verməklə azad və demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin edib.
Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, bütün azadlıqların təmin olunduğu müasir, demokratik ölkədir.
Prezident seçkilərindən bir il sonra (2019-cu ilin aprelində) Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərdi ki, əhalinin 85 faizdən çoxu İlham Əliyevin rəhbərliyi altında aparılan işləri dəstəkləyir.
Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı daha bir rəy sorğusu noyabrda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilib. Sorğunun nəticələri göstərib ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab edilir.
Ümumilikdə, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib. Prezidentin oktyabrın 3-də "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı "Qarabağ Azərbaycandır və nida işarəsi" deməsi əhalidə vətənpərvərlik hissini gücləndirib, dövlətə olan inam və etibarı artırıb. Ümumiyyətlə, respondentlərin 84,9 faizi Prezidentin "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.
Prezident İlham Əliyevin fəaliyyətinin bariz göstəricilərindən biri Dünya Bankının "Doing Business 2020" hesabatıdır. Bu hesabata əsasən Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil olub. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkə hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu, islahatlara yönəlmə səviyyəsi üzrə 5-ci yeri tutub.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda islahatlar daha dərin xarakter daşıyıb. Dövlət idarəçiliyi sistemində köklü islahatlar və kadr dəyişiklikləri aparılıb ki, bu da Azərbaycanın uğurlu ölkə kimi gələcək inkişafını təmin edəcək. Bunların ardınca beşinci çağırış Milli Məclis buraxıldı və yeni parlament seçkiləri təyin edildi.
"U.S.News" jurnalının tərtib etdiyi ən güclü ölkələr reytinqində Azərbaycan 80 ölkə arasında 45-ci yerdə qərarlaşıb.
İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədi ilə icra edilən dövlət siyasətinin davam olaraq növbəti sosial paketi təsdiqləyib. Reallaşdırılan iri sosial paket 4,2 milyondan çox insanın büdcəsinə müsbət təsir göstərdi. Minimum əmək haqqı iki dəfə, minimum pensiya 70 faiz artıb. Məcburi köçkünlər üçün müavinətlərdə də mühüm artım qeydə alınıb.
2019-cu il Azərbaycan rəhbərliyinin növbəti xarici siyasi uğuru ilə əlamətdar oldu. Oktyabrın 25-26-da Bakıda üzv-dövlətlərin sayına görə BMT-dən sonra ikinci ən iri təşkilat olan Qoşulmama Hərəkatının XVIII Sammiti keçirildi. Bu qurumda sədrlik 2019-2022-ci illər üçün Azərbaycana keçdi.
2019-cu il noyabrın 14-də isə Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib. Bu, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında vacib rol oynadığını və oynamaqda davam edəcəyini təsdiqləyir.
2019-cu il, həmçinin noyabrın 30-da Türkiyənin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin vacib elementi olan, layihəni Avropa ilə birləşdirəcək TANAP boru kəmərinin bir hissəsinin açılışı ilə əlamətdar oldu. Bu hadisə möhtəşəm "Cənub Qaz Dəhlizi" layihəsinin uğurunun təcəssümü və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin inamlı qələbəsi idi. "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması Azərbaycanın enerji siyasətinin müstəqilliyini və uğurunu, eləcə də xaric tərəfdaşların etimadını göstərir. Məhz Bakı Avropaya enerji təhlükəsizliyini artırmaq və tədarükü şaxələndirmək üsulunu təklif edib.
2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən, 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduğunu bəyan etdi. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu - Torpaqlarımızdan rədd olub getmək.
Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər döyüşlə işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi.
Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.
Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanı cənginə almış COVİD-19 bəlası ilə səmərəli mübarizə aparmağı bacardı. Bu mübarizədə dövlət başçısı insanların sağlamlğını və xalqın rifahını əsas götürərək bu istiqamətdə sistemli tədbirlər həyata keçirdi. O cümlədən, ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək və pandemiya nəticəsində baş verə biləcək böyük itqisadi geriləmənin qarşısını almaq məqsədilə iqtisadi dəstək paketi icra olundu və bu gün də icra olunmaqda davam edir. Bunun nəticəsində bu gün Azərbaycan pandemiyadan ən az zərər görən ölkələrdən biridir. Azərbaycan eyni zamanda pandemiya ilə qlobal mübarizəyə də mühüm dəstək verdi, 30-a yaxın ölkəyə humanitar yardım etdi və BMT Baş Assambleyasının COVİD-19-la mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail oldu.
Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.
Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Respublica.Az internet portalının kollektivi Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir!




















