2-06-2021, 14:52 | Qudurğan vəzifəli şəxs polis zabitini də söydü – şok səs yazısı - VİDEO

“Şikayət etdiyim üçün idarə müdiri məni ölümlə hədələtdirib təhqir etdirir”
Ucar rayonu, H.Əliyev prospekti, ev 136 ünvanda yaşayan Şirinov Raqif Ayaz oğlu redaksiyamıza müraciətində bildirir ki, Ucar rayon Meliorasiya İdarəsinin rəisi Həsən Qasımovun korruptiv əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra rəis onu ölümlə hədələtdirir və nalayiq söyüşlərlə təhqir etdirir:
“Belə ki, Həsən Qasımovun barəsində video və fotofaktlarla şikayət etdikdən sonra 29 may 2021-ci il tarixdə onun kürəkəni - "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu telefonu ilə mənə dəfələrlə zəng edib ölümlə hədələdi və nalayiq şəkildə söyüb təhqir etdi. Bunu təsdiq edən səs yazısını sizə təqdim edirəm. Mən bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabit əməkdaşı mənim izahatımı aldı. Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi. Zaur Səlimov məni və polis zabitini də nalayiq söyüşlərlə təhqir etdi. Həmçinin, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun Ucar Melioservis İdarəsində mühəndis işləyən oğlu Nicat Qasımov da mənə dəfələrlə zəng edib ölümlə hədələmiş, nalayiq söyüşlərlə təhqir etmişdir. Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov və onun harınlamış ailə üzvləri dövlət qanunlarını saya salmırlar. Çünki onlar dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan edib cəzasız qaldıqları üçün azğınlaşıblar. Mən 25 may 2021-ci il tarixdə video faktlarla Həsən Qasımovun korrupsiya əməllərini ifşa etdim. Belə ki, 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə almışam. Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır. Videoda görünən yonca otu idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır. Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib. Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib yonca əkmişdir. Bu korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir. Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağlamaları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır. Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur. Şirə kanalları lildən, kol-kosdan, qamışdan təmizlənmir deyə rayon torpaqları dahada şoranlaşıb məhv olur. Bütün işlər sənədlər üzərində saxtalaşdırılmaqla aparılır. Mən hüquq mühafizə orqanlarından xahiş edirəm, şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan, məni ölümlə hədələyən və nalayiq sözlərlə söyüb təhqir edən Həsən Qasımovun, onun ailə üzvləri - oğlu Nicat Qasımovun və kürəkəni Səlimov Zaur Qurban oğlunun barəsində tədbirlər görülsün. Qeyd edim ki, adı çəkilən hər üç nəfər vəzifəli şəxslərdir”.
Düşünürük ki, Raqif Şirinovun təqdim etdiyi səs yazılarına obyektiv hüquqi qiymət verildiyi təqdirdə ata və oğul Qasımovların və onların kürəkəni Zaur Səlimovun bir gün belə vəzifədə qalması məqsədəuyğun hesab edilməməlidir. Əslində adları çəkilən bu vəzifəli şəxslər barədə narazıçılıqlar çoxdan eşidilməkdədir. Qəribədir ki, nə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsində Əhməd Əhmədzadəni əvəzləyən Zaur Mikayılov, nə də bir il əvvəl “Azərişıq” ASC-nə sədr təyin olunmuş Vüqar Əhmədov rəhbərlik etdikləri strukturlarda korruptiv əməllərlə məşğul olan işçilərinin barəsində təsirli tədbir görməyiblər. Görünür, belələri onlara sərf edir.
Maraqlıdır ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun da bu məsələyə reaksiyası ləngiyir. Görünür, o da Həsən Qasımovun qarşısında gözükölgəlidir.
Nyus.az
2-06-2021, 14:23 | Xırdalandakı qanunsuz tikinti ilə bağlı Prezidentə məlumat veriləcək – Administrasiya rəhbərinə MÜRACİƏT

Unikal Media Qrupun rəhbəri Asəf Rzayev Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət edib.
Unikal.org xəbər verir ki, media rəhbəri müraciətində bildirib ki, özünün də yaşadığı Abşeron rayon Xırdalan şəhər, Şıxəli Qurbanov küçəsi 38 ünvanında rayon icra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova Cəlilova Gülzar Hüseyn qızının adına fərdi evin tikintisi üçün eni 10, uzunluğu 12 metr olan yaşayış evinə sərəncam verib. Amma həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi həyata keçirilir:
“Sakinlərin çoxsaylı şikayətlərinə baxmayaraq, Abşeron rayon İcra Hakimiyyəti və polis şöbəsi həmin qanunsuz tikilinin qarşısını almaqda çətinlik çəkir. Onu da nəzərinizə çatdırım ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Abşeron rayon İcra Hakimiyyətinə telefonoqram göndərilsə də, heç bir tədbir görülməyib. Xırdalan sakinlərinin haqlı narazılıqlarını nəzərə almağınızı və ərazidə baş verən qanunsuzluğun aradan qaldırılması üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Qeyd edim ki, Xırdalan şəhərində bu kimi qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.
Cənab Prezident İlham Əliyev media nümayəndələrini köməkçisi kimi gördüyünü və yerlərdə baş verən qanunsuzluqlar barədə ona məlumat verilməsini bəyan edib. Biz də hər zamankı kimi Prezidentin çağırışlarına əməl edərək, baş verən qanunsuzluqlar barədə məlumat veririk. Lakin görünən odur ki, bəzi məmurlar edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, hələ də qanusuz əməllərini davam etdirirlər. Xahiş edirəm ki, Siz Xırdalandakı bu qanunsuzluğu cənab Prezidentin diqqətinə çatdırılmasında bizə yardımçı olasınız”.




2-06-2021, 07:04 | Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.
Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboredən:
"Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü mənə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl imkan yaradır. Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram.
Əmin olun ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə daim hazıram.
Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
***
Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi, Azərbaycan Hökumətini və xalqını Maldiv Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram".
***
Finlandiya Respublikasının Prezidenti Sauli Niinistödən:
"Zati-aliləri.
Ölkənizin müstəqilliyinin 103-cü ildönümü - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan:
"Cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".
28-05-2021, 14:23 | Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.
Dövlətimizin başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
Sonra dövlətimizin başçısı şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.
Xəbər yenilənəcək
AZƏRTAC
28-05-2021, 14:20 | Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.
AZƏRTAC bildirir ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.
Xəbər yenilənəcək
28-05-2021, 14:13 | Prezident İlham Əliyev Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.
Xəbər yenilənəcək
AZƏRTAC
28-05-2021, 14:08 | Prezident İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
Xəbər yenilənəcək
AZƏRTAC-
28-05-2021, 14:02 | Prezident Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlini qoyub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
Xəbər yenilənəcək
AZƏRTAC-
28-05-2021, 13:53 | Prezident İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.
Xəbər yenilənəcək
AZƏRTAC





















