8-02-2024, 08:42 | Seçkilər çox yüksək səviyyədə keçirildi

Seçkilər çox yüksək səviyyədə keçirildi.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar Prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.
"Azərbaycan xalqı öz Prezidentini seçmək üçün səs verdi və ilkin nəticələrə əsasən böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şüphə doğurmur. Bu gün işimizi başa çatmış hesab edə bilərik",- deyə o bildirib.
Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.
"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.
Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Trend
8-02-2024, 08:21 | Rövzət Qasımov: Bu prezident seçkilərinin əvvəlkilərdən əsas fərqlərindən biri...

Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov seçkilərlə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Rövzət müəllim, builki prezident seçkilərinin əvvəlkilərdən əsas fərqi barədə nə deyə bilərsiniz?
- Bu prezident seçkilərinin əvvəlkilərdən əsas fərqləri seçici fəallığı, seçkilərin çox sakit atmosferdə keçməsidir. Belə ki, Mərkəzi Seçki Komissiyasının "qaynar xətti"nə seçkilərlə bağlı ümumilikdə 700-ə yaxın müraciət daxil olub. Bu müraciətlərdən təxminən 600-ü seçki proseslərinin tənzimlənməsi, seçici siyahıları, vətəndaşın hansı məntəqədə səs verəcəyi ilə bağlı idi. Yüzə yaxın sorğu isə əsasən hüquqi məsələlərdən - seçicilərin qeydiyyatdan çıxma vəsiqəsinə və səsvermə proseduruna aid suallardan ibarətdir.
- Qarabağda və Şərqi Zəngəzurda keçirilən seçki prosesi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- İşğaldan azad olunmuş ərazilərdə seçicilərin fəallığı çox yüksək oldu. Hətta işğaldan azad olunmuş ərazilərdə seçicilərin fəallığının respublikanın digər ərazilərinə nisbətən daha yüksək olduğunu deyə bilərik.
- Ölkə hüdudlarından kənarda yerləşən seçki məntəqələrindəki vəziyyət nə yerdədir?
- Bildiyiniz kimi, ölkə hüdudlarından kənarda 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Müqayisə üçün qeyd edə bilərik ki, 2018-ci ildə keçirilən prezident seçkilərinə nisbətən bugünkü prezident seçkilərində xarici ölkələrdə daha çox məntəqə qurulub. Həmçinin seçkilər daha çox ölkədə baş tutub. Amma bu seçkilər də göstərdi ki, proses yüksələn dinamika ilə inkişaf edir. İlkin məlumata əsasən, xarici ölkələrdə də seçicilərin fəallığı yüksəkdir. Saat fərqi olduğu üçün bəzi ölkələrdə səsvermə prosesi hələ yekunlaşmayıb.
8-02-2024, 08:19 | Aleksandar Vuçiç İlham Əliyevə məktub göndərib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri, möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.
Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.
Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.
Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm."
8-02-2024, 08:17 | İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AZƏRTAC-a istinadən bildirir ki, İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirib.
23-01-2024, 14:50 | Sənədsiz evlərin vərəsəlik məsələləri necə HƏLL EDİLİR? - VİDEO

Sənədsiz evlərdə yaşamağın çətinlikləri olduğu kimi, miras məsələlərində də problemlər az deyil. Belə ki, əgər mülkiyyətçi sağ ikən evini çıxarışla təmin etmirsə, onun həyatdan köçməsi ilə mənzilin taleyi də sual altında qalır. Bu zaman isə vəfat edənin ailə üzvləri çıxış yolunu məhkəmlərə üz tutmaqda görürlər.
Xəzər TV-yə istinadən bildirir ki, vəkillər kollegiyasının üzvü Emil Aslanov deyir ki, hazırda məhkəmələrə ən çox edilən müraciətlərdən biri məhz sənədsiz evlərin vərəsəlik məsələləri ilə bağlı olur. Çünki belə mülklər vərəsəliyə daxil edilmir.
Emil Aslanovun sözlərinə görə, əgər mənzil yeni tikilən binadan alınıbsa və alqı satqı sənədi qaydasındadırsa, şəxsin vəfatıdan sonra çıxarışla təmin olunub, vərəsəliyə aid edilə bilər.
Vəkil qeyd edir ki, kənt təsərrüfat təyinatlı torpaqlarda tikilən evlərə də çıxarışın verilməsi mümkün olmur. Yalnız sənədləri qaydasında olan mülklərin varisləri məhkəməyə müraciət edərək öz paylarını rəsmiləşdirə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
23-01-2024, 14:48 | Zaur və Günay ayda bu qədər qazanır - MƏBLƏĞ

Məşhurların qazancı məlum olub.
Bu barədə "ARB" kanalında yayımlanan "Günə son" proqramına qonaq olan tanınmış bloger Ramal İsayev danışıb.
Ölkədə sözügedən reklamlardan ən çox pul qazanan bloger Arzu Məmmədovadır. O, reklamlardan aylıq 65 min gəlir əldə edir.
Bloger Elmira Namazova, aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyeva aylıq 50 min, İsa Şükürov isə 10 min qazanır.
Produser Tarix Əliyev də bu reklamlardan yüksək gəlir əldə edənlər sırasındadır.
Milli.Az
5-01-2024, 13:18 | İrəvana silah satan Dehlinin Bakıya ehtiyacı yaranır

Rusiya 2024-cü ildə də Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək. Bunu Rusiya Prezidenti Vladimir Putinin və digər rusiyalı rəsmilərin açıqlamalarından müəyyənləşdirmək olar. Müharibənin səngiyəcəyinə və tərəflər arasında danışıqların başlayacağına dair heç bir əlamət yoxdur.
Axar.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin analizində qeyd olunub.
Bildirilib ki, Rusiya müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək:
"Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə - Çin və Hindistana yönəldib. Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu, Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin Rusiya ilə yanaşı, mavi yanacağı Mərkəzi Asiya ölkələrindən də almaqda davam edir. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir.
"Faynənşl Tayms" dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu, Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın. Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı. Ancaq iqtisadi ekspertlər bu gedişatın müvəqqəti olduğu qənaətindədirlər. Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır".
Analizdə xatırladılıb ki, "Röyters" Hindistanın Rusiyadan aldığı neftin həcmini azaltdığını bildirib:
"Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazirin sözlərinə görə, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir.
Hindistan Rusiyadan gündəlik 1.5 milyon barrel neft alır. Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə, Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq. "Blumberq" agentliyi ötən ilin dekabrında belə bir xəbər yaymışdı ki, Rusiyanın neft daşıyan 6 tankeri Hindistan limanlarında qəbul olunmamışdı. Bu, Rusiya üçün yeni çətinliklər yaradır.
Hindistan Rusiyadan neft alışını azaldarsa, başqa ölkələrlə yanaşı, Azərbaycandan da neftin alışını artıra bilər. Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir".
Qeyd edək ki, Dehli son aylar Ermənistanın əsas silah ixracatçısına çevrilib.
5-01-2024, 13:15 | Azərbaycanda bu iki veriliş bağlana bilər - FOTO

Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişini bağlamaq barədə düşünür.
Bu barədə aparıcı etdiyi açıqlamada bildirib ki, o artıq bu proqramı aparmaq istəmir.
Zaur qeyd edib ki, həyat yoldaşı övladları ilə verilişi davam etdirə bilərlər, amma o artıq konkret qərar qəbul edib. Aparıcı əlavə olaraq bildirib ki, hətta "Bizimləsən" verilişi haqqında da bu qərarı verə bilər.
Xatırladaq ki, hər iki proqram ATV kanalına yayımlanır.
5-01-2024, 13:13 | Hərbçimizin dəfn ediləcəyi yer bəlli oldu

Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da son mənzilə yola salınacaq.
Gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat 12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun bir qızı və bir oğlu var.
Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə "Ural" markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.
5-01-2024, 13:11 | Ucuz ət satışı gündəmdə - bazarda 8 manata ət satılır - VİDEO

Bakının "8-ci km bazarı"nda dana əti 15 manat, qoç əti 14 manata təklif olunur.
Ət kəsimi məntəqlərindəki satıcılar deyir ki, hazırda alıcılıq qabiliyyət yüksək olduğundan qiymətlər də münasibdir.
Bazarda hətta kiloqramı 10 manata satılan qoyun əti də var.
İlin-günün bu vaxtında kiloqramı 10 manata satılan ətin alıcıları isə digərlərindən çoxdur.. Niyəsinə gəlincə...
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az


















