5-01-2024, 13:08 | "Qəzzada mülki hakimiyyət fələstinlilərə verilməlidir"

"Qəzzada mülki hakimiyyət fələstinlilərə verilməlidir"



İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağında HƏMAS ilə müharibə bitəndən sonra keçiriləcək əməliyyatlar planını təqdim edib.

Trend-ə istinadən bildirir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.

Qallantın planına əsasən, Qəzza zolağının mülki idarəetməsi fələstinlilərə verilməli, sərhədlərdə hərbi nəzarət və Qəzza zolağında hər hansı lazımi hərbi əməliyyatları və təhlükəsizlik tədbirlərini həyata keçirmək hüququ isə İsraildə qalmalıdır.

"Qəzza sakinləri fələstinlilərdir, buna görə də məsuliyyəti Fələstin orqanları daşıyacaq, bir şərtlə ki, İsrail dövlətinə qarşı heç bir düşmənçilik hərəkətləri və ya təhdid olmasın", - Qallant deyib.

5-01-2024, 13:05 | Brilliant Dadaşova: “Hətta mən orada Elnurla tək otaqda olanda belə..." - VİDEO

Brilliant Dadaşova: “Hətta mən orada Elnurla tək otaqda olanda belə..." - VİDEO



Nağıllarda da görürsünüz ki, şeytan min dənə cildə girir. Min cildə girən insanlardan mən çox qorxuram. Hərdən mənə deyirlər ki, sən də onlar kimi ol. Sən çıxırsan qazetlərdə, televiziyada, radioda hisslərini dilə gətirirsən. Onlar altdan həmin işləri görürlər. Mən belə etsəm, gecə yata bilmərəm. Çünki şəxsiyyətim buna əsla yol verməz".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Xalq artisti illərlə küsülü olduğu Əməkdar artist Lalə Məmmədova ilə münasibətlərindən söz açıb:

"Lalə ilə həyatda mən tanış deyildim. Sadəcə televizora baxıb, görürdüm ki, bir qız oxuyur və "xırdalıqları" gözəl edir. Lalənin çox yaxşı sənəti var. Mənim "xırdalıqlarımı" etmək hər adamın da işi deyil. Sonra gördüm ki, Lalə o etdiyi "xırdalıqlara" görə, özünə müəllim kimi başqasının adını çəkir. Məndə kənarda dayandım. Lalə efirə çıxıb haqqımda xoşaqəlməz şeylər danışırdı. Bunu isə o bir neçə dəfə təkrar etdi. Ondan sonra anladım ki, mənlik deyil... Amma yenədə Lalə öz səhvini başa düşdü. Sağolsun..."

Dadaşova bildirib ki, Məmmədova ilə ortaq stilist dostları Elnur Həsənovun gözəllik mərkəzində üz-üzə gəlsələr də, Lalənin barışıq addımını orada deyil, məhz ad günündə atmasını təəccüblə qarşılayıb:

"Stilist Elnur Həsənovun gözəllik salonunda çox oluram. Lalə də oraya tez-tez gəlir. Hətta biz orada da bir-birimizi görürdük. Amma salamlaşmırdıq. Münasibətimiz yox idi. Ad günümə Lalənin gəlməsinə çox təəccübləndim. Çünki o, Elnurun salonunda məni dəfələrlə görürdü.

Hətta mən orada Elnurla tək otaqda olanda belə, o, yanıma gələ bilərdi. Amma bunu məhz ad günümdə etdi. Yəqin bunu lazım bilib. Lalə ad günümə gələndə çox yorulmuşdum. Artıq gecə saat 00:00 idi. İndi aramızda "salam-sağolumuz" var. Lalə ilə görüşüb, qucaqlaşıb, öpüşürük.
Mən gördüm ki, Lalə səhvini başa düşdü. Ruslar demişkən "Лучше поздно, чем никогда" (Gec olsun, güc olsun). Laləyə nə etmişdim? Mən oxumuşdum. Kimsə isə məndən öyrənirsə... Jurnalistlər Lalənin üstünə gedib deyirdilər ki, sən Brilliant Dadaşovanı təqlid edirsən. Burada mənim nə təqsirim var? Mən nə edim ki?".

5-01-2024, 13:03 | Həlak olan hərbçimiz Xaçmazda dəfn edildl - YENİLƏNİB

Həlak olan hərbçimiz Xaçmazda dəfn edildl - YENİLƏNİB



Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundovla Xaçmaz rayonunun Sayad kəndində vida mərasimi başa çatıb.

Hərbçimiz Sayad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumu ailə üzvləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ətraflı
Ad - 00:04

-------

11:59

Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundov Xaçmaz rayonunun Sayad kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Verir ki, dəfn saat 12:00-da baş tutacaq. Hazırda əsgər S.Axundovla vida mərasimi keçirilir.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə "Ural" markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.


30-12-2023, 08:22 | Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər”

Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər”


Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Respublica.Az xəbər verir ki, "Anam 1918-ci il qaçaqaçında yolda doğulub" adlı buraxılış Zəngəzur mahalının, Qarakilsə (Sisiyan) rayonunun Urud kənd sakini Elşad Qurbanovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı, gözəl təbiəti, iqlimi olan, dağlarla əhatə olunan kəndin qədim tarixə maılik olduğunu, uşaqlıq illərində yaşadığı gözəl anları, dağlarda, yaylaqlarda, meyvə bağlarında və bulaq başında keçirdiyi maraqlı günləri, uşaq vaxtı oynadıqları milli oyunları, Novruz bayramının təmtəraqlı keçirildiyini xatırladıb.

E.Qurbanov orta məktəb müəllimlərini unutmadığını, hər gün üç kilometr yarım yolu soyuq, qarlı havada qonşu kəndə oxumağa getdiyini deyib: "İndi məni ora dartan qüvvə var. İnsanlar yaşlaşdıqca Vətənə doğru meyllənir. Adət-ənənəsi, gözəl təbiəti olan, tarixi abidəsi olan yerlərə insanı istər-istəməz cəlb edir, getmək istəyirsən. Ora qayıdanda ilk olaraq qəbiristanlığa gedib ağır seyid olan Mir İsmayıl Ağanın dağıdılmış məqbərəsini ziyarət edəcəyəm".

Urud kənd sakini 1918-ci il qırğınlarından danışaraq kövrəlib: "O vaxt ata babamı ermənilər öldürüblər. Anam 1918-ci il qaçaqaçı zamanı Laçın yolunda doğulub və anası uşağı qoyub gedib. Sonradan onu kimlərsə gəlib aparıb. 1918-ci ildəki deportasiya bizim ailəmizdən yan keçməyib. Ən ağır deportasiyalardan biri olub. Andranik o vaxt Türkiyədən qaçıb İrəvan istiqamətinə, Naxçıvana, o tərəfdən Zəngəzura gəlib və Azərbaycan əhalisinin xeyli qırğınına səbəb olub".

Onun sözlərinə görə, 1988-ci ildə doğma yurddan məcburən çıxarılıblar: "Saqqallı erməni silahlı dəstələrinin Qərbi Azərbaycanda xeyli fəsadlar törədir, maşınları yandırır, insanları öldürür və kəndlərə hücumlar edirdilər. Biz məcburən 1988-ci ildə Füzulinin Govşatlı kəndinə getdik, valideynlərim 1992-ci ilin martına qədər orada məskunlaşdılar. Mart ayında Fizuli erməni işğalçıları tərəfindən işğal olundu və oradan Bakı şəhərinə gəldik".
Ətraflı

E.Qurbanov sonda doğma kəndə qayıdacağına əmin olduğunu bildirib: "2022-ci ilin dekabrın 24-də Prezident ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında dedi ki, biz Qərbi Azərbaycana, ata-baba torpaqlarımıza qayıtmalıyıq və qayıdacayıq. Ona görə inanıram ki, mütləq qayıdış olacaq. Çox inanıram ki, oranı görəcəm, gedib orada yaşayacam. Ona görə tam inanıram ki, həmin yerllərə qayıdacağıq. Mənim orada çox şirin anlarımı yenidən yaşamaq istərdim".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 29-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Respublica.Az


30-12-2023, 08:18 | "Qısa müddət sonra" sülh bağlanacaq? - Kommersant

"Qısa müddət sonra" sülh bağlanacaq? - Kommersant


Yeni ilin gəlişindən qısa müddət sonra Azərbaycan və Ermənistan sülh sazişi imzalaya bilər.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Bildirilib ki, sülh sazişi üzərində hazırda tərəflər fəal işi davam etdirirlər.

Nəşr vurğulayıb ki, ilin sonunda Cənubi Qafqaz danışıqları prosesində davamlı uğursuzluqlara və fasilələrə baxmayaraq, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşən Nikol Paşinyan və İlham Əliyev sülh müqaviləsinin imzalanmasına və münaqişəyə son qoymağa həmişəkindən daha yaxın idilər.

Respublica.Az



29-12-2023, 14:17 | Azərbaycanın daha bir bölgəsində güzəştli mənzillərin satışına başlanılacaq

Azərbaycanın daha bir bölgəsində güzəştli mənzillərin satışına başlanılacaq



Azərbaycanın daha bir bölgəsində güzəştli mənzillərin satışına başlanılacaq.

Respublica.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat əldə edib.

Belə ki, Naxçıvan şəhərində mənzil bazarının araşdırılması, mövcud vəziyyətin təhlili və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi işlərinə başlanılır.

İlkin olaraq, vətəndaşların mənzil şəraiti, mənzili dəyişmək planları, onların mənzil ehtiyacları, mənzil əldə etmək niyyətləri, ailə təsərrüfatlarının gəlirliliyi, yeni tikili mənzillərə dair alıcılıq qabiliyyəti, müəyyən ediləcək ərazidə vətəndaşların yeni tikiləcək mənzilləri əldə etmək marağı öyrəniləcək. Bununla bağlı üz-üzə sorğular həyata keçiriləcək.

Həmçinin güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin sayı müəyyənləşdiriləcək.

Respublica.Az




29-12-2023, 14:14 | XİN-in prezident seçkiləri ilə bağlı dəvət göndərdiyi beynəlxalq təşkilatların adları - SİYAHI

XİN-in prezident seçkiləri ilə bağlı dəvət göndərdiyi beynəlxalq təşkilatların adları - SİYAHI



Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) prezident seçkiləri ilə bağlı hansı beynəlxalq təşkilatlara dəvət göndərdiyi məlum olub.

Respublica.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq XİN-dən bildirilib.

Vurğulanıb ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Respublica.Az





29-12-2023, 06:27 | Direktor: "Hazırda Laçında pediatr və terapevtlərə ehtiyac var"

Direktor: "Hazırda Laçında pediatr və terapevtlərə ehtiyac var"


Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl hazırda Laçında pediatr və terapevt həkimlərə ehtiyac olduğunu bildirib.

Respublica.Az xəbər verir ki, o, report.az-a açıqlamasında deyib ki, hazırda Laçın rayonunda daimi 4 həkim, 5 orta tibb işçisi fəaliyyət göstərir, digərləri isə rayona ezam olunanlardır.

"Laçın rayonunda ilk tibbi fəaliyyətimiz may ayında, elə ilk köç prosesi zamanı başlayıb. Onda yalnız təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyət göstərirdi. Sonra modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı. Mərkəz fəaliyyətə başladıqdan sonra buraya işçilər götürüldü. Həkim və tibbi bacısı kollektivi orada işə başladı, hansı ki, onların arasında Laçına köçüb yaşayanlar da var. Bu yaxınlarda isə bir nəfər təcili yardım və ultrasəs müayinəsi həkimi işə götürülüb. Digər həkim kadrlara, o cümlədən pediatr və terapevtlərə ehtiyac var. Amma məsələ burasındadır ki, hələ xəstəxana hazır deyil", - O.Cəbrayıl qeyd edib.

Direktor bildirib ki, hazırda xəstəxanada son tamamlama işləri gedir: "Xəstəxana fəaliyyətə başladıqdan sonra cərrah, cərrah-travmatoloq, oftalmoloq, nevroloq, kardioloq, dəri-zöhrəvi və digər ixtisaslar üzrə həkimlərə ehtiyac olacaq. Müraciətlər var və onları dəyərləndirəcəyik. Müraciət olmayan ixtisas üzrə də axtarışdayıq və məqsədimiz onları bura cəlb etməkdir. Amma bütün bunlar xəstəxanada işlər yekunlaşdıqdan sonra olacaq".

Respublica.Az

29-12-2023, 06:22 | Quru öskürəyin evdə müalicəsi - Hazırlanma qaydası ilə

Quru öskürəyin evdə müalicəsi - Hazırlanma qaydası ilə


Qış mövsümü başlayıb. Mövsümlə əlaqədar bəzi xəstəliklərdə artımlar olur. Bu artışlardan biri də üst tənəffüs yolu xəstəlikləri və alt tənəffüs yolu xəstəlikləridir. Quru öskürək kimi tandığımız bu xəstəliklərin təbii üsulla bir çox müalicəsi var.

Respublica.Az sağlamolun.az-a istinadən hücumları aradan qaldıran və nəfəs almağı asanlaşdıran reseptlərdən birini təqdim edir:

Tərkibi:

1 xörək qaşığı quru kəklikotu.

1 stəkan su.

Hazırlanması:

Kəklikotunun üzərinə qaynar su tökün. İsti bir dəsmal ilə sarıb, 1 saat buraxın.

Gündə 3 dəfə 2 çay qaşığı qəbul edin. Kurs 8-10 gündür.

Bu vasitə bakterisid və yüngül bəlğəmgətirici təsirə malikdir.

Quru öskürəyin hücumlarını əhəmiyyətli dərəcədə zəiflədir və sakitləşdirir.


Respublica.Az





29-12-2023, 06:21 | Leyla Əliyeva "Ürəkdən-ürəyə" konsert proqramında iştirak etdi

Leyla Əliyeva "Ürəkdən-ürəyə" konsert proqramında iştirak etdi


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin "Ürəkdən-ürəyə" adlı konserti keçirilib.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib.

ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar.

Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə o, ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub.

Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının üzvləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nümayiş olunub. Eyni zamanda, vətənpərvərlik mövzusu ilə yanaşı, müxtəlif janrlarda çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib.

Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri boyalarla özünəməxsus formada izləyicilərə çatdırılıb.

Respublica.Az





������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.