13-12-2023, 15:03 | Onların Bakıdakı "dərziləri" - Danışanların əsl üzü

Onların Bakıdakı "dərziləri" - Danışanların əsl üzü


Gələn ilin fevral ayında prezident seçkilərinin keçirilməsinin elanından sonra ictimaiyyət arasında qəribə vəziyyət yaranıb, bir çoxunda müxtəlif suallar formalaşıb. Əksəriyyət şəxsi seçkilərin niyə vaxtından tez keçirilməsi maraqlandırır. Buna müxtəlif don geyindirənlər də az deyil. Eləcə də müxalif şəxslər mövcud vəziyyəti fürsət bilib bundan öz maraqları üçün istifadə etməyə çalışırlar.

44 günlük müharibə və ondan sonrakı proseslərin nəticəsi olaraq ərazi bütövlüyümüzün tamamlanmasının Qərb dairələrində narahatlıq yaratdığı heç kimə sirr deyil. Bu müddət ərzində verilən bəyanatlar, qalmaqallı çıxışlar, müxtəlif yollarla qələbəni gözdən salmaq cəhdləri bunun bariz nümunəsidir. Qərb hər zaman olduğu kimi indi də müəyyən şəxsləri satın alaraq onların vasitəsi ilə ölkədə çaxnaşma yaratmağa, mövcud reallıqların əksinə, saxta məlumatlarla hökumət ilə xalq arasındakı bağı zəiflətməyə çalışırlar. Onlar xüsusilə, qələbədən sonra daha da möhkəmlənən xalq-hökumət birliyini zəiflətmək, cəmiyyəti parçalamaq, ölkədə qarşıdurma yaratmaq üçün əllərindən gələni edirlər.





Qərbin sözügedən məqsədini ölkədə həyata keçirmək üçün seçdiyi şəxslərdən biri də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədlidir. Qərbin layihəsi olan bu şəxsin hələ seçki başlamamışdan neqativ ab-hava yaratması və planlanan sonrakı qərəzli hesabatları bunu deməyə əsas verir. Müsahibələrində hər dəfə Azərbaycandakı vəziyyətlə bağlı təhrif olunmuş çıxış edən Anar Məmmədli bu dəfə də ənənəsinə sadiq qalıb.

Bəziləri bu seçkiləri hakimiyyət-müxalifət münasibətlərində iqtidarın özünü güclü göstərmək istəyi kimi təqdim etsələr də, vəziyyət tam başqadır. Növbədənkənar seçkilərlə bağlı müxtəlif versiyalar səslənsə də bunu qeyri-adi qərar kimi dəyərləndirmək doğru deyil. Azərbaycanda indiyədək keçirilən və keçiriləcək seçkilərin ədalətli olmadığını iddia edən Anar Məmmədli ilk növbədə seçimlərin vaxtına "ilişib". O, bunu seçkilərin növbədənkənar qaydada keçrilməsi ilə bağlı əsaslı açıqlama olmaması ilə əlaqələndirir. Halbuki, bunun səbəbi dəfələrlə məntiqli və tutarlı şəkildə izah edilib. Əvvala bildirim ki, Bu seçkilər ik növbədə Azərbaycan hakimiyyətinin Azərbyacan xalqı tərəfindən alınan sosial siyasi çağırışını və öhdəliyini yerinə yetirmək istəyidir. Belə ki, Azərbaycan üçün ilk növbədə maraqlı olan məsələ vətəndaşların maraqları və onların mənafeyidir. Azərbaycanın ən böyük siyasəti vətəndaşların maraqlarının və çağırışlarının təminatıdır. Bu seçkilərin də qayəsi budur. Bundan əlavə dünyada və qonşu ölkələrdə baş verən proseslər, növbədənkənar seçkilər mövcud qərarın qəbulunu vacib etdi. Məsələn, 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri təşkil edilib. Bu mənada rəsmi Bakının da analoji addımı atmasında qeyri-adilik yoxdur.

2013-cü ildə qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma hallarına görə 3 aylıq həbs olunan Anar Məmməmdli Qərbdən gələn tapşırıqları ümumiləşdirib "monitorinq nəticəsi" kimi təqdim edib. Aydın məsələdir ki, onunla yanaşı digər "seçilmiş" şəxslərə də seçkilərlə bağlı Qərbdən eyni tezislər göndərilir. Onlar bu tezislər əsasında çıxışlar edərək Qərbin məqsədinin həyata keçirilməsinə yardım etmiş olurlar.

İslam
Milli.Az


13-12-2023, 13:12 | Mərkəzi Bankdan fırıldaqçılıqla bağlı əhaliyə XƏBƏRDARLIQ

Mərkəzi Bankdan fırıldaqçılıqla bağlı əhaliyə XƏBƏRDARLIQ



Kapital bazarlarında aparılan qeyri-qanuni fəaliyyət və fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bank tərəfindən ictimaiyyətin, o cümlədən, investorların mütəmadi məlumatlandırılması diqqət mərkəzində saxlanılır.

Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.


Qeyd edilib ki, son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir:

"Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən "Maryam Invest" investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər.


13-12-2023, 13:05 | Azad edilmiş ərazilərdə iki ali məktəb yaradılacaq

Azad edilmiş ərazilərdə iki ali məktəb yaradılacaq



"İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq iki ali təhsil müəssisəsindən biri yerli, digəri xarici nüfuzlu ali təhsil müəssisəsinin filialı olacaq".

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, hələ bu ali təhsil müəssisələri yaradılmayıb, lakin dövlət proqramında müddət nəzərdə tutulub.//apa

13-12-2023, 13:02 | MDB missiyası Azərbaycanda seçkiləri müşahidə edəcək

MDB missiyası Azərbaycanda seçkiləri müşahidə edəcək


Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyası Azərbaycanda 2024-cü ilin fevral ayında keçiriləcək seçkilərin monitorinqində iştirak edəcək.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedev jurnalistlərə deyib.

Onun sözlərinə görə, MDB-nin İcra Komitəsi artıq seçkilərin müşahidəsinə hazırlıq görür.

MDB-nin baş katibi müşahidə missiyasının Azərbaycanla yanaşı, Belarusda və Rusiyada keçiriləcək prezident seçkilərində də iştirak edəcəyini qeyd edib. Lebedev müşahidə missiyasının göndərilməsi ilə bağlı yalnız Azərbaycandan yazılı dəvət daxil olduğunu, Rusiya və Belarusun isə şifahi dəvət göndərdiyini qeyd edib.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.Trend

13-12-2023, 12:30 | Azad edilən ərazilərdə yüzminlərlə iş yeri yaradılacaq

Azad edilən ərazilərdə yüzminlərlə iş yeri yaradılacaq


Azad edilən ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir: "Çünki orada bütün infrastruktur tamamilə məhv edilib. Bütün bunlar ölkə qarşısında əhalinin məşğulluqla təmin edilməsi baxımından ciddi çağırışlar qoyur. Hesab edirəm ki, Azərbaycan bütün çağırışların öhdəsindən uğurla gəlir, görülən işlər də buna bariz nümunəsidir".

Nazirliyin prosesdə yaxından iştirak etdiyinə diqqət çəkən A.Əliyev vurğulayıb ki, azad olunan ərazilərə qayıdan şəxslərlə işin aparılması, məşğulluq imkanlarının qiymətləndirməsi təşkil olunur: "Prioritet ixtisası və peşəsi olanlara, eləcə də məşğulluq tarixçəsi olan şəxslərə üstünlük verilir. Peşə hazırlığı alətinə də önəm verilir. Əmək bazarının öyrənilməsi ilə bağlı mütəmadi fəaliyyət göstəririk. Bu gün cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına ehtiyac var. Gənclərin bu sahəyə marağı güclənməlidir".Report

13-12-2023, 12:24 | Zelenski ABŞ-dan yenə ATACMS istədi

Zelenski ABŞ-dan yenə ATACMS istədi



Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşündə Kiyevə uzaqmənzilli ATACMS taktiki raketlərinin tədarükü məsələsini qaldırıb.

axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

Nəşr Kiyevin tələb etdiyi raketin modifikasiyası barədə məlumat verməyib.

Qeyd edək ki, Ukrayna hökuməti dəfələrlə ABŞ-dan ATACMS raketləri istəyib. Lakin Ağ Ev bu raketlərlə Rusiya ərazisinin vurulmasını istəmədiyi üçün tədarükdən imtina edib.


12-12-2023, 13:45 | Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan şəxsiyyət

Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan şəxsiyyət



Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür


Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər yazılsa yenə də az olar.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitusiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub. Məhz Ulu Öndərin qərarı ilə Azərbaycan milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi elan edilib. Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb, sovet rəhbərliyini ittiham edib, Kommunist Partiyasının sıralarını tərk edib.
Ulu Öndər Heydər Əliyev əsl liderlik keyfiyyətlərini nümayiş etdirərək 20 Yanvar faciəsi zamanı öz xalqının yanında olub və sovet rəhbərliyinin bu cinayətini pisləyib. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşmiş, 1991-1993-cü illərdə hakimiyyətdə hökm sürən böhran ölkəni vətəndaş müharibəsi vəziyyətinə salmış, yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycanı parçalamaq, onun müstəqilliyinə təhdid yaratmağa cəhd etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının istəyi və təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir. Xalqımız ən ağır anlarında ona üz tutub, hakimiyyətə dəvət edib və bundan sonra Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaradıb.
Heydər Əliyevin Azərbaycanda təhsilin inkişaf yolunda böyük xidmətləri olub. Onlardan biri də 1970-1980-ci illərdə məhz onun təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məhşur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin təsiri nəticəsində irəliləyişlər olmuş, orta, orta-ixtisas və ali məktəblərdə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, problemin həlli üçün effektiv üsul və metoların tətbiqi önə çəkilmişdir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olunub. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılıb. Xalqımız hələ də 2020-ci ilin dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradının təsiri altındadır. Bu şanlı Qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir. Qələbə nümayişi Silahlı Qüvvələrimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Xalq – Ordu birliyinin təntənəsi oldu, Türkiyə – Azərbaycan qardaşlığının rəmzinə çevrildi.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri Xankəndi şəhərinin erməni terrorçularından təmizlənməsi ilə nəticələndi və Zəfər Gününü daha da əlamətdar edən hadisələrdən biri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində hərbi paradı qəbul etməsi oldu. Vətən müharibəsində qazanılmış tarixi zəfərimizə həsr olunmuş möhtəşəm hərbi paradın məhz Xankəndi şəhərində keçirilməsi Azərbaycanın gücünün dünyaya nümayiş etdirməsi idi.
Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

İsrafil Məmmədov ,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadi və təsərrüfat işləri üzrə prorektor






26-11-2023, 18:25 | Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda bu məhsul ucuzlaşdı

Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda bu məhsul ucuzlaşdı


Bitki yağlarının qiyməti enib.

Xəzər TV bildirir ki, ucuzlaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur.

Böyük supermarketlərin birində xaricdən gətirilən 2 litrlik bitki yağının qiyməti 14 manat 50 qəpikdən 11 manat 50 qəpiyə enib. Yerli məhsullar da müxtəlif adlar və çeşidlərdə təqdim olunur ki, onların da qiymətində nəzərəçarpacaq dərəcədə endirim var.

Ukrayna, Belarus və Zelandiyadan gətirilən kərə yağları da 1 manat - 1manat 50 qəpik arasında ucuzlaşıb.

İqtisadçı-ekspert Elmir Səfərlinin sözlərinə görə, duru yağların qiymətində enmə daha çox hiss olunur.

Elə alıcılar da son aylarda həm yerli, həm də müxtəlif ölkələrdən gətirilən duru yağların qiymətinin dəyişdiyini deyirlər.

İqtisadşı-ekspert Rəşad Həsənov isə bu ucuzlaşmanı dünya bazarında bitki yağlarının, eləcə də onların istehsalı üçün lazım olan xammalın qiymətinin enməsi ilə əsaslandırır.

İqtisadçılar bildirir ki, ucuzlaşmanın növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.

Ümumiyyətlə isə ölkədə qarğıdalı və günəbaxan istehsalını genişləndirməklə xarici xammal bazarından asılılığa son qoymaq mümkündür ki, bu da qiymətlərin daha da enməsinə səbəb olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


24-11-2023, 06:37 | Bu gün Bakıda Zirvə görüşü keçiriləcək

Bu gün Bakıda Zirvə görüşü keçiriləcək


Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək.

Respublica.Az report-a istinadən xəbər verir ki, sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Respublica.Az

24-11-2023, 06:05 | Bakı və İrəvan anlaşdı - “Rusiya və Qərb yenə müdaxilə edəcək”

Bakı və İrəvan anlaşdı - “Rusiya və Qərb yenə müdaxilə edəcək”


Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçiliyini önə çıxarmaq üçün imkanlar axtarır.

Bunu politoloq Asif Nərimanlı deyib.

"Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyaları noyabrın 30-da sərhəddə görüşəcək. Bu, Bakının sülh danışıqlarının sərhəddə aparılmasına dair təklifinin tam həyata keçirilməsi olmasa da, həm ikitərəfli formatda fəaliyyətin davam etdirilməsi, həm də son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsindən yayınmaq baxımından müsbətdir. Hərçənd açıq qalan sual var: danışıqlar nəticə verəcəkmi, yaxud "vasitəçilik mübarizəsi"ndə hadisələrin inkişafına necə təsir edəcək?", - ekspert bildirib.


Asif Nərimanlı qeyd edib ki, sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması ötən ilin aprelində Brüssel görüşündə razılaşdırılıb:

"Görüşün keçirilməsi "razılaşmaların işləməsi" baxımından Qərbin ön plana çıxması görüntüsü yaradır. Amma tərəflər razılaşma əldə etmək üçün sovet dövrünün xəritələrinə müraciət etməlidir. Bu halda xəritələrin saxlanıldığı Rusiyanın prosesdə ən azı texniki iştirakı qaçılmaz olacaq. Moskva vasitəçiliyini önə çıxarmaq məqsədilə belə imkanıdan yararlanmağa çalışacaq. Xəritələrə görə Rusiyanın prosesdə iştirakçılığının güclənməsində maraqlı olmayan Qərb isə Ermənistan üzərindən prosesə müdaxilə edəcək.

Hesab edirəm ki, bu situasiya delimitasiya komissiyasının görüşünün nəticə verəcəyi gözləntisini azaldır. Bunun fonunda tərəflərin delimitasiyanın hansı dövrün xəritələrinə uyğun aparılması, hansı prinsiplərin əsas götürülməsinə dair fikir ayrılıqları da qalır".//milli.az/


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.