8-11-2023, 11:49 | İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə hərbi paradda iştirak ediblər

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
8-11-2023, 11:03 | Laçında Zəfər günü - FOTO

Laçında 8 noyabr - Zəfər Günü münasibəti ilə möhtəşəm tədbir təşkil olunub.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Bakı abadlıq xidməti MMC-nin birgə təşkilatçılığı ilə keçrilən bayram tədbirində ilk olaraq dövlət himni səsləndirilib.
Daha sonra bayraq yürüşü təşkil olunub.
Bayraq Meydanından start alan yürüşdə Laçın sakinləri ilə yanaşı hərbiçilərimizdə iştirak edib.
Orkestrin müşaiəti altında keçirilən yürüş Laçın şəhərinin Seyrəngah adlı ərazisinə qədər davam edəcək.
Daha sonra Seyrəngahda orkestr ifaları, müsabiqələr və uşaqlar üçün şou nəzərdə tutulub. Həmçinin Laçın bulvarında məhşur müğənnilərin iştirakı ilə bayram konserti olacaq. Tədbirin yekununda isə Seyrangahda bayram ziyafəti təşkil ediləcək. Trend











8-11-2023, 10:36 | Bu gün Bakıda konsert və atəşfəşanlıq olacaq

Bakıda 8 Noyabr - Zəfər Gününə hazırlıq işləri yekunlaşıb.
Trend-ə istinadən xəbər verir ki, paytaxtın mərkəzi küçə və prospektləri bayraqlarla bəzədilib, 8 noyabrla bağlı plakatlar asılıb, Zəfərlə bağlı şüarlar yazılıb. Binaların eyvanlarından Azərbaycan bayraqları asılıb.
Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanındakı böyük səhnə artıq qurulub.
Qeyd edək ki, noyabrın 8-i saat 19:00-da Parkda yerləşən Saat qülləsinin qarşısında geniş bayram konserti keçiriləcək, daha sonra atəşfəşanlıq olacaq.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edib. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Qarabağın tacı, onun döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
8-11-2023, 10:34 | Bakıda Zəfər yürüşü keçirilir - VİDEO

8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, yürüşlər 4 marşrut üzrə keçirilir:
- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi;
- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti.
Bundan başqa, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.
8-11-2023, 09:51 | Şanlı Ordumuz qələbə qazanaraq ədaləti bərpa etdi - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Zəfər Günü münasibətilə paylaşım edib.
Bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
"Artıq 3-cü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günlərilə əvəzləyən Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bayramın mübarək, Azərbaycan, sənə Zəfər yaraşır!", - deyə qeyd edilib.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
8-11-2023, 09:48 | İlham Əliyev təkcə 8 kəndi yox, o əraziləri də alacaq - Keryan

Ermənistanın əsas müttəfiqi olan Rusiyanın hazırda Azərbaycanla daha çox əməkdaşlıq etməsi və KTMT-nin də fəaliyyətsiz olması səbəbindən yeni müharibə təhlükəsi ehtimalı artır.
Bu sözləri erməni mediasına politoloq Qarik Keryan deyib.
O iddia edib ki, indiki şəraitdə Azərbaycan üçün müxtəlif ölkələrin paytaxtlarına səfər etməkdənsə, məqsədinə hərbi yolla nail olmaq daha sərfəlidir:
"Yaxın Şərq və Ukrayna böhranları Ermənistan-Azərbaycan münaqişəsini arxa plana keçirib və İlham Əliyev bunu həm anklavları, həm də onlara bitişik əraziləri götürmək üçün fürsət kimi baxır. Əks halda Azərbaycana anklavları alacağı halda onlara çıxış yalnız Ermənistan ərazisi ilə mümkün olacaq. Lakin buna danışıqlar yolu ilə nail olmaq mümkün deyil, çünki bunu heç kim sənədlərlə qəbul etməyəcək, ona görə də Bakı hərbi əməliyyatlara əl ata bilər"
Keryan əlavə edib ki, gündəmdə daha üç məsələ qalıb: anklavlar, delimitasiya və demarkasiya, həmçinin Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması:
"Əvvəllər Azərbaycan anklavları yada salmırdı, Azərbaycanın ərazi bütövlüyünün - o cümlədən Qarabağ da daxil olmaqla - tanınmasını tələb edirdi. Ermənistan bütün bu tələbləri yerinə yetirib.
İndi anklavlar növbəsi gəlib. Paşinyan bəyan edib ki, bu anklavlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Söhbət Tavuş bölgəsindəki yeddi kənddən və Vedi bölgəsindəki Kərki kəndindən gedir. Azərbaycan bu kəndləri alana qədər Bakı nəinki sülh müqaviləsi imzalamayacaq, həm də delimitasiya və demarkasiyaya razı olmayacaq".
O qeyd edib ki, Qərb Qarabağ ermənilərinin "etnik təmizləməsi"nə göz yumub, lakin bu anklavlara da toxunaraq, intensiv olaraq ərazi bütövlüyü prinsipi əsasında sülh müqaviləsinin imzalanmasına çağırır:
"Azərbaycanın nəzarətində olan Başkəndin yuxarıda qeyd olunan səkkiz kəndlə dəyişdirilməsi Zəngəzur və Gürcüstana gedən yollara nəzarəti zəiflədəcək (bu yollara nəzarət Azərbaycana keçəcək - red.).
Keryanın iddiasına görə, "çevik danışıqlar aparmaq" və 8 kəndin Ermənistanda qalmasını, Başkəndin isə Azərbaycana verilməsini təmin etmək olar:
"Ancaq anklavlar haqda yalnız Azərbaycan danışır və əminəm ki, Bakı Başkəndlə bağlı müzakirədən imtina edəcək".//axar.az-//
8-11-2023, 09:46 | "İlham Əliyevin yürütdüyü siyasət regiona sabitlik gətirdi"

Azərbaycan ordusu torpaqlarında 30 illik işğala son qoyaraq tarixə düşən bir zəfər qazandı.
Bu barədə Trend-ə açıqlamasında türkiyəli general-mayor Özgür Tör deyib.
O qeyd edib ki, Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa etdi.
"Çox sayda şəhid və qazilərimizin canı, qanı hesabına azad olunan torpaqlarda yalnızca işğala son qoyulmadı, eyni zamanda region üçün sabitlik gətirildi. 30 ildir gözlədilən, həll edilməyən problem Azərbaycan ordusunun gücü, Prezident İlham Əliyevin qlobal, stratejik addımları, yürütdüyü siyasətlə həll edildi. Ümid edirik ki, bundan sonra da region sülh və sabitlik içərisində olar",- deyə o əlavə edib.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
8-11-2023, 09:24 | Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçildi

UNESCO-nun Baş Konfransının 42-ci sessiyası işə başlayıb.
Sessiya çərçivəsində Baş Konfransın yeni prezidenti və vitse-prezidentləri, eləcə də komissiya və komitələrin sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib. Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib.
Sessiya çərçivəsində Baş Konfransın gündəliyi qəbul ediləcək. Qurumun 2018-2021-ci illər üzrə fəaliyyətinə dair Baş direktorun hesabatı, eləcə də İcraiyyə Şurasının fəaliyyəti və proqramının icrasına dair hesabatı dinləniləcək.
42-ci sessiya çərçivəsində UNESCO-nun ümumi siyasəti müzakirə ediləcək. Sessiya çərçivəsində təşkilatın tərəfdaşları, eləcə də gənclər Forumu keçiriləcək.
Baş Konfransın 42-ci sessiyası noyabrın 22-dək davam edəcək.
Trend
23-10-2023, 08:42 | Qədim Misir məbədində yeni il rəsmi tapıldı

Qədim misirlilərin çəkdiyi yeni il mərasimi tədqiqatçılar tərəfindən Esna məbədinin tavanının yenidən qurulması zamanı aşkar edilib. O təxminən 2200 il əvvəl tikilib və iki min il əvvəl Misir Romanın nəzarətində olduğu dövrdə əsaslı bərpa edilib.
Son beş il ərzində Tübingen Universitetinin alimləri Esna məbədinin divarlarını və tavanını təmizləyərkən müxtəlif təsvirlər, o cümlədən qədim zodiaklar, bürclər, mifoloji ilahələr, eləcə də əvvəllər naməlum olan 200-dən çox yazı tapıblar.
Çox ehtimal ki, məbəd bir neçə tanrıya həsr edilib. Yeni il rəsmində bir-birinə yaxın yerləşən qayıqlarda Misir tanrıları Orion, Sotis və Anukis, eləcə də onların üstündə axşam səmasını udan səma ilahəsi Nut təsvir edilib. Orion eyniadlı bürc, Sotis iyulun ortalarında qeyd olunan, Yeni ildə Qədim Misir səmasına qayıdan Sirius ulduzunu təmsil edir. İlin bu vaxtında Nilin suyu sahilindən aşıb-daşır. Qədim misirlilər Siriusun səmada görünməsindən təxminən 100 gün sonra Anukis tanrıçasının daşqın suları çəkilməyə məcbur edəcəyinə inanıblar.
Komanda digər mövsümi rəsmləri də bərpa edib. Onlardan biri dörd qanadlı şir bədəni və qoç başı ilə təsvir edilib. Yazıya görə, o cənub küləyini, ehtimal ki, yayın qızmar istisini təcəssüm etdirir.
Artıq tavanın bərpası başa çatdıqdan sonra komanda divarları və sütunları təmizləməyə başlayıb. Tədqiqat işlərinin təsvirlərin yeni rənglərini və detallarını, o cümlədən geyimlərin və taxtın xüsusiyyətlərini aşkar edəcəyi gözlənilir.
20-10-2023, 09:27 | Mingəçevirin yeni elektrik stansiyası BELƏ OLACAQ

Mingəçevirdə 1280 meqavatlıq yeni elektrik stansiyası tikilir.
Artıq İtaliyanın Ansaldo Energia şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndərilib və sabah Bakı limana çatacaq. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası, Rəqəmsal İdarəetmə Mərkəzinin binası, Nəqliyyat Sahəsi və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işlərinin böyük hissəsi görülüb.
1280 meqavatlıq yeni elektrik stansiyası və "Azərbaycan" İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18% artırılaraq 56%-ə çatdırılacaq.
1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyion kubmetr qaza qənaət olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:Xezerxeber.az


















