21-11-2023, 15:41 | "Azərbaycanda elmin maliyyələşdirilməsində yeni model tətbiq edilə bilər"

Azərbaycanda elmin maliyyələşdirilməsində yeni modelin tətbiq edilməsi və bununla bağlı əmək haqqı üzrə fərqləndirmələrin tətbiq edilməsi təklif olunur.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov çıxış edib.
Nazir qeyd edib ki, Prezidentin müvafiq fərmanına uyğun olaraq bu sahədə də genişmiqyaslı islahatlar həyata keçiriləcək.
"Bu barədə də müvafiq qurumlar aidiyyəti məlumatları deputatların və ictimaiyyətin diqqətinə çatdıracaq", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Milli Məclisin növbəti iclası keçirilir. İclasda 20 məsələ müzakirə olunur.
21-11-2023, 15:38 | Bir sıra ədliyyə işçiləri təltif edildi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər:
Abasova Könül Əlisəfər qızı
Abbasov Nazim İsa oğlu
Abışov Vüqar İdris oğlu
Ağayev Rüfət Salman oğlu
Eyvazov Xəyal Astan oğlu
Həsənli Rəşad İsmayıl oğlu
Həsənov Zaur Rauf oğlu
Hüseynov Rəşad Tofiq oğlu
Qəhrəmanov Vüqar İmambala oğlu
Mehralıyev Azər Umudvar oğlu
Sabitova Aynur Zakir qızı.
21-11-2023, 08:52 | Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 31 il ötür.
Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. "Əsrin müqaviləsi" imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Ətraflı
Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.
Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: "Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır".
Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
21-11-2023, 07:27 | Birminqemdə medal qazanan gimnastlarımız Vətənə qayıdıb

Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışlarında medal qazanan gimnastlarımız Vətənə qayıdıb.
Idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, həmkarları, habelə qohumları, yaxınları və media nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, batut üzrə yığma komandasının üzvləri İbrahim Mustafazadə və Əmmar Baxşəliyev batut gimnastıkası üzrə sinxron proqramda gümüş medal qazanıblar. Sinxron proqramında Samirə Hüseynova və Ayan Şabanova da gümüş medal qazanıblar. Qeyd edək ki, bu nəticə Azərbaycan gimnastikası tarixində qadınlar arasında sinxron tullanma proqramında yaş qrupları arasında keçirilən dünya arışlarında ilk nailiyyətdir.
Akrobatik tullanma (tamblinq) üzrə Azərbaycan milli komandasının üzvü Aleksey Karataşov yaş qrupları arasında keçirilən dünya yarışlarında bürünc medala layiq görülüb.
Vətənə qayıdan idmançılar və akrobatika (tamblinq) üzrə Azərbaycan milli komandasının baş məşqçisi Adil Hüseynzadə yarışda iştirakla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.
Adil Hüseynzadənin sözlərinə görə, tamblinq üzrə yeniyetmələr komandası çox perspektivlidir:
"Aleksey Karataşov bacardığından artığını edib. Rəqibləri çox güclü və bir az yaşlı idilər. İndi bizim əsas vəzifəmiz ondan ibarətdir ki, Aleksey Karataşov gələn ilin aprelində Qimaraynş şəhərində (Portuqaliya) keçiriləcək Avropa çempionatında yaxşı nəticə göstərsin".
Tamblinq üzrə yığmamızın baş məşqçisi noyabrın 9-12-də Birmin1emdə keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında Azərbaycan gimnastlarının nəticələrinə də toxunub.
Xatırladaq ki, Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq komanda üzvü Mixail Malkin tamblinq proqramı üzrə dünya çempionatında qızıl medal qazanıb. Həmçinin, M.Malkin və tamblinq üzrə Azərbaycan milli komandasının üzvləri - Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədov milli gimnastika tarixində ilk dəfə komanda yarışında qızıl medal qazanıblar.
"Dünya çempionatında biz iki tarixi medal qazana bildik. Mütəxəssislər qızıl medal qazana biləcəyimizi proqnozlaşdırırdılar. Və uşaqlar ora qalib gəlmək üçün getdilər!", - deyə Adil Hüseynzadə əlavə edib.
Gimnastlar Samirə Hüseynova və Ayan Şabanova növbəti yarışlarda birinci yeri tutmağa çalışacaqlarını vurğulayıblar.
"Yaş qrupları arasında dünya yarışları yaxşı keçdi və biz hər şeydən həzz aldıq. Amma daha çox çalışmaq lazımdır. Böyük dəstəyə görə Azərbaycan Gimnastika Federasiyasına, məşqçimizə təşəkkür edirik", - deyə S.Hüseynova bildirib.
"İkinci yeri tutanda çox sevindik. Yaş qrupları arasında dünya yarışlarında hazırlıq yaxşı keçdi və biz də nəticədən çox razı qaldıq. Gələn il Avropa çempionatında iştirak edəcəyik, birinci yeri tutmaq üçün buna ciddi hazırlaşacağıq", - deyə Ayan Şabanova əlavə edib.
İbrahim Mustafazadə və Əmmar Baxşəliyev yarışların gözəl keçdiyini, onların yaddaşında çoxlu xoş anlar yaşadıqlarını qeyd ediblər.
"Yaş qrupları arasında dünya yarışlarında yaxşı nəticələr göstərdik. Məşqçilərimizə təşəkkür edirik, onların ümidlərini doğrultmağa çalışdıq. Ümid edirik ki, qarşıdan gələn Avropa çempionatında birinci yeri tutacağıq", - deyə idmançılar bildiriblər.//Trend/
21-11-2023, 06:40 | Azərbaycanda yeni rayon yaradılır

Azərbaycanda Ağdərə rayonu yaradılır.
Bununla bağlı Milli Məclisə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olub.
Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir.
Qeyd edək ki, Azərbaycanda 1930-cu ildə yaradılan Ağdərə rayonu 1992-ci ildə ləğv edilmiş, kəndləri Kəlbəcər, Ağdam və Tərtər rayonlarına verilmişdi.//publika.az/
21-11-2023, 06:38 | Market və apteklərdə qiymətlər ucuzlaşa bilər – Tariflər azaldılıb

Mərkəzi Bank tərəfindən bir sıra "interchange" tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır.
Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, eyni zamanda burada əsas məqsədlərdən biri də, banklar tərəfindən təklif edilən xidmətlər üzrə xərclərin azaldılması və buna uyğun olaraq əlçatanlığın genişləndirilməsindən ibarətdir.
"Ona görə də hesab edirəm ki, bu istiqamətdə tariflərin azaldılması, eyni zamanda həmin sahibkarların, ərzaq və dərman satan obyektlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Gözləntilər ondan ibarətdir ki, xərclərin azalması həmin məhsulların daha ucuz qiymətə təklif edilməsinə səbəb ola bilər", - deyə o, qeyd edib.
Qeyd edək ki, AMB interchange tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36 % azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33 %, yanacaq doldurma məntəqələrində 55 %, digər proqramlar üzrə isə 22 % azaldılıb.
21-11-2023, 06:32 | Bayden onu İsrailə göndərdi - Livanla müharibə...

ABŞ Prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn Livanla müharibənin qarşısını almaq üçün İsrailə səfər edib.
Barədə "Wall News" qəzeti məlumat yayıb.
Bildirilib ki, Hokşteyn İsrailə səfəri çərçivəsində başda müdafiə naziri Yoav Qallant, strateji işlər naziri Ron Dermer və Baş Qərargah rəisi Herzi Halevi olmaqla rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Ətraflı
Qeyd olunub ki, Hokşteynin səfəri İsrail ordusu ilə "Hizbullah" arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.
Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır.//qafqazinfo/
21-11-2023, 06:08 | Helikopter yerə düşüb, ilk atəşi o açıb, sonra… - 32 illik sirr

Qarakənddə içərisində Azərbaycanın rəsmi şəxslərinin olduğu helikopterin vurulması ilə bağlı olayın üzərindən 32 il keçməsinə baxmayaraq, hələ də bəzi iddialar və müəmmalar davam edir.
Onlardan bəzilərini tarixçi alim, dosent, əslən Ağdamdan olan Zaur Əliyev bölüşüb.
O bildirib ki, hadisəni eşidib ora gələn şəxsləri və jurnalistləri Ağdamın Mərzili kəndində hərbiçilər saxlayıb, əraziyə bir sutka heç kəsi buraxmayıblar:
"Tam əminliklə demək olar ki, helikopter yerə düşmüş və yerdə yandırılmışdır. Bu yanğını törədənlərdən hələlik 3 nəfərin adı bəllidir: Rus general A.Dunçiv, Xankəndidə vaxtilə taksi sürücüsü olmus Robert Avagimyan və polis işçisi, kapitan İqoryan".
Alimin sözlərinə görə, üzə çıxan faktlar bunlardır:
1. İsmət Qayıbovun qolunu kəsiblər;
2. Tofiq İsmayılovun başından güllə ilə vurublar;
3. Taxdığı kəmərə görə Məhəmməd Əsədovun meyiti müəyyən edilib. Amma meyit yox idi, hamısı parçalanmış ət, sümük parçaları idi. O dövrdə belə danışırdılar ki, Məhəmməd Əsədov və onunla birgə iki rus generalının da meyiti yoxa çıxmışdı;
4. İstintaq zamanı məlum olub ki, hadisə yerinə hərbiçilər gələnədək helikopter tamamilə talan edilib. Azərbaycan Televiziyasının müxbirlərinin cihazları, 12 tapança, qiymətli əşyalar və hətta helikopterin müəyyən bahalı cihazları yoxa çıxıb;
5. Mİ-8 N72 helikopterində yanğından əvvəl atışma olub. Ehtimala görə, ilk atəşi helikopteri idarə edən Gennadi Domov açıb. Bunu yanıb dağılmış helikopterin qalıqlarında içəridən açılan güllələrin diametri, açıq yerləri təsdiqləyir (İstintaq sənədlərində bu, aydın görünür). Və müəmma burda yaranır: Hadisə yerində tapılan cəsədlər içərisində onun da nəşi tapılmır. Və bundan sonra onun barəsində heç bir məlumat verilmir.
6. Tapılan meyitləri görənlər danışırlar ki, helikopter eniş edəndən sonra ekipaj üzvlərinin bəziləri sonradan güllə yarası alıblar və üstlərinə benzin tökülərək yandırılıb.
Qeyd edək ki, Qarakənddə helikopter 1991-ci il 20 noyabrda vurulub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb. Kult.az
20-11-2023, 18:24 | MN: Bu ərazilərdə silahsızlaşdırma prosesi davam edir

İşğaldan azad olunmuş ərazilərdə 44 günlük müharibədən sonra 10 000-dən çox piyada əleyhinə, 3000-dən çox tank əleyhinə minalar aşkarlanıb.
Bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
O bildirib ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir, yeni silah anbarları aşkarlanır.
"19 sentyabra qədər qeydiyyatdan keçirilmədən qeyri-qanuni yollarla bu ərazilərə silahlar daşınmağa davam edib. Erməni silahlı qüvvələri mülki insanlara dronların hərbi məqsədlə istifadəsi ilə bağlı təlimlər keçib ki, bu dronlar vasitəsilə Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr vurulsun", - Anar Eyvazov qeyd edib.//APA//
20-11-2023, 18:20 | Azərbaycanın bu universitetində yeni fakültə açılır

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni Dizayn fakültəsi fəaliyyətə başlayacaq.
Bundan sonra dizayn Memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək.
Rektor Gülçöhrə Məmmədova dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyi ilə bağlı keçirilən Dizayn Sərgisində bildirib ki, yeni fakültənin yaradılması bu ixtisas üzrə keyfiyyətli və kadr sayının daha da artırılması zərurətindən yaranıb:
Ətraflı
"Azərbaycanda bu ixtisas ilk dəfə bizim universitetdə 1994-cü illərdə mühit dizaynı ixtisası olaraq yaradılıb. Daha sonra 1998-ci ildə Memarlıq fakültəsinin nəzdində Dizayn kafedrası yaradıldı və bu ixtisas üzrə tələbə qəbulu həyata keçirildi. 1998-ci ildə "mühit dizaynı" ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırıldı. Universitetdə dizayn ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlar başladılıb, beynəlxalq əməkdaşlıqlar qurulub. Yeni fakültənin yaradılması dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması məhz bu çağırışa adekvat cavabdır. Dizayn ixtisasına tələbat getdikcə artacaq, heç bir süni intellekt onu əvəz edə bilməyəcək".
O qeyd edib ki, ölkədə dizayn ixtisasının inkişafında 2018-ci ildə Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə imzalanan "Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu"na əsasən universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması olub: "Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti olub".//report//















