8-11-2023, 09:24 | Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçildi

UNESCO-nun Baş Konfransının 42-ci sessiyası işə başlayıb.
Sessiya çərçivəsində Baş Konfransın yeni prezidenti və vitse-prezidentləri, eləcə də komissiya və komitələrin sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib. Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib.
Sessiya çərçivəsində Baş Konfransın gündəliyi qəbul ediləcək. Qurumun 2018-2021-ci illər üzrə fəaliyyətinə dair Baş direktorun hesabatı, eləcə də İcraiyyə Şurasının fəaliyyəti və proqramının icrasına dair hesabatı dinləniləcək.
42-ci sessiya çərçivəsində UNESCO-nun ümumi siyasəti müzakirə ediləcək. Sessiya çərçivəsində təşkilatın tərəfdaşları, eləcə də gənclər Forumu keçiriləcək.
Baş Konfransın 42-ci sessiyası noyabrın 22-dək davam edəcək.
Trend
23-10-2023, 08:42 | Qədim Misir məbədində yeni il rəsmi tapıldı

Qədim misirlilərin çəkdiyi yeni il mərasimi tədqiqatçılar tərəfindən Esna məbədinin tavanının yenidən qurulması zamanı aşkar edilib. O təxminən 2200 il əvvəl tikilib və iki min il əvvəl Misir Romanın nəzarətində olduğu dövrdə əsaslı bərpa edilib.
Son beş il ərzində Tübingen Universitetinin alimləri Esna məbədinin divarlarını və tavanını təmizləyərkən müxtəlif təsvirlər, o cümlədən qədim zodiaklar, bürclər, mifoloji ilahələr, eləcə də əvvəllər naməlum olan 200-dən çox yazı tapıblar.
Çox ehtimal ki, məbəd bir neçə tanrıya həsr edilib. Yeni il rəsmində bir-birinə yaxın yerləşən qayıqlarda Misir tanrıları Orion, Sotis və Anukis, eləcə də onların üstündə axşam səmasını udan səma ilahəsi Nut təsvir edilib. Orion eyniadlı bürc, Sotis iyulun ortalarında qeyd olunan, Yeni ildə Qədim Misir səmasına qayıdan Sirius ulduzunu təmsil edir. İlin bu vaxtında Nilin suyu sahilindən aşıb-daşır. Qədim misirlilər Siriusun səmada görünməsindən təxminən 100 gün sonra Anukis tanrıçasının daşqın suları çəkilməyə məcbur edəcəyinə inanıblar.
Komanda digər mövsümi rəsmləri də bərpa edib. Onlardan biri dörd qanadlı şir bədəni və qoç başı ilə təsvir edilib. Yazıya görə, o cənub küləyini, ehtimal ki, yayın qızmar istisini təcəssüm etdirir.
Artıq tavanın bərpası başa çatdıqdan sonra komanda divarları və sütunları təmizləməyə başlayıb. Tədqiqat işlərinin təsvirlərin yeni rənglərini və detallarını, o cümlədən geyimlərin və taxtın xüsusiyyətlərini aşkar edəcəyi gözlənilir.
20-10-2023, 09:27 | Mingəçevirin yeni elektrik stansiyası BELƏ OLACAQ

Mingəçevirdə 1280 meqavatlıq yeni elektrik stansiyası tikilir.
Artıq İtaliyanın Ansaldo Energia şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndərilib və sabah Bakı limana çatacaq. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası, Rəqəmsal İdarəetmə Mərkəzinin binası, Nəqliyyat Sahəsi və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işlərinin böyük hissəsi görülüb.
1280 meqavatlıq yeni elektrik stansiyası və "Azərbaycan" İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18% artırılaraq 56%-ə çatdırılacaq.
1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyion kubmetr qaza qənaət olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:Xezerxeber.az
20-10-2023, 09:25 | COVID-19-dan qorunmaq üçün ilk beş saniyəlik qayda

COVID-19-dan qorunmaq üçün ilk beş saniyəlik qayda
Nyus.Az lent.az-a istinadən bildirir ki, Tsukuba və Beynəlxalq Sakit Okean Universitetindən olan yapon alimləri müəyyən ediblər ki, müxtəlif hava-damcı xəstəlikləri ilə yoluxmanın pik həddi insan infeksiya mənbəyi ilə təmasda olduqdan ilk beş saniyə sonraya təsadüf edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər tədqiqat zamanı kamera və lazer vərəqindən hissəciklərin sürətinin ölçülməsi üsulundan istifadə ediblər.
Təcrübələrdə müxtəlif həyat vəziyyətləri simulyasiya edilib, insanların hərəkət sürəti və otağın nə qədər yaxşı havalandırıldığı da nəzərə alınıb.
Məlum olub ki, COVID-19, qrip və digər oxşar xəstəliklərə yoluxma riskinin pik həddi infeksiya mənbəyi ilə təmasdan ilk beş saniyə sonraya təsadüf edir. Bu həm açıq sahələrə, həm də qapalı məkanlara aiddir.
Alimlərin fikrincə, təmasdan sonra ilk beş saniyədə görülən ehtiyat tədbirləri yoluxma riskini faktiki olaraq aradan qaldıracaq. Xüsusilə, mütəxəssislər nəfəsinizi tutmağı və ən azı bir metr məsafəni saxlamağı təklif edirlər.
Nyus.Az
19-10-2023, 12:50 | Ələt Azad İqtisadi Zonasında şirkətlərin fəaliyyət göstərməsi üçün şərtlər açıqlandı

Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməsi üçün şirkətlərə müəyyən tələblər qoyulub.
Respublica.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O qeyd edib ki, şirkətlər ixrac üçün yüksək əlavə dəyərli məhsullar istehsal etməlidir. Eyni zamanda, istehsal məhsullarının 75 faizi xarici bazarlara çıxarılmalıdır. V.Ələsgərov əlavə edib ki, ən əsas tələblərdən biri də məhsulların beynəlxalq standartlara cavab verməsinin təmin olunmasıdır.
Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh", 28-ci Azərbaycan Beynəlxalq İnşaat - "BakuBuild" və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - "Aquatherm Baku" sərgilərini birləşdirən Xəzər İnşaat Həftəsi işə başlayır. Oktyabrın 19-dan 21-dək keçiriləcək sərgidə 23 ölkədən 391 şirkət iştirak edir. Bu isə ötən illə müqayisədə 20 faiz artım deməkdir.
Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alır. Almaniya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunurlar.
Respublica.Az
19-10-2023, 12:46 | ÖLKƏ Azərbaycanda daha bir universitet bağlanır?

Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır.
Nyus.Az Qaynarinfo-ya istinadən bildirir ki, 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacaq.
Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib.
Məsələ ilə bağlı açıqlama verən rektorun köməkçisi Vüqar Ələkbərov bildirib ki, bu barədə xəbər yayılıb, ancaq rəsmi heç bir məlumat verilməyib.
Qeyd edək ki, 1999-2019-cu ildə universitetin rektoru təhsil ocağının yaradıcısı İsmayıl Əliyev olub. Sonradan ali məktəb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətinə keçib. Bu ilin fevral ayında Naxçıvan Universitetinə Anar Kazımov rektor təyin edilib.
Respublica.Az
19-10-2023, 12:41 | İtkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadındır - Ombudsman

Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edir.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Qadınlarının Vl qurultayında çıxışı zamanı deyib.
"Eyni zamanda itkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadın olmuşdur. Təəssüflər olsun ki, dəfələrlə müraciət olunmasına baxmayaraq hələ də Ermənistan tərəfindən onların taleyi ilə bağlı heç bir məlumat verilməyib. Bu bir həqiqətdir ki, baş verən bütün silahli münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların üzərinə düşür", - deyə o, əlavə edib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.
Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.
Respublica.Az
19-10-2023, 12:29 | Ceyhun Bayramov Ciddəyə getdi

Oktyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfər üçün yola düşüb.
Respublica.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak edəcək.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Respublica.Az
15-10-2023, 20:52 | Hər gün qoz yemək həm arıqladır, həm də...

Qoz liflər, vitaminlər, minerallar və sağlam yağlar ehtiva etdiyi üçün ən xeyirli qidalardan biri hesab edilir. Bir çox şeyə xeyirli olduğu üçün, çəki atmaqda da önəmli rol oynayır.
Qeyd olunub ki, sağlam yağ, zülal və lif mənbəyi olan qozun bir çox faydası var. Kilo balansını qoruyarkən ürək və sümük sağlamlığını yaxşılaşdırmaq üçün önəmli qidadır. Tərkibində təxminən 90 qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir.
Müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.
Qozun tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər var; Yaxşı yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir. Qoz glutensiz pəhriz üçün də uyğundur. Vegetarianlara və veganlara bir sıra qida və vitamin dəstəyi verir.
Antioksidanların bolluğuna görə yaşlanma ilə bağlı xəstəliklər, xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını alır. Bu, sağlam və balanslı qidalanma üçün əla qida vasitəsidir.
Araşdırmalar göstərib ki, qozun müntəzəm istehlakı yeməkdən sonra meydana gələn pis xolesterin olaraq təyin olunan LDL-nin oksidləşdirici zərərinin qarşısını alır.
Sağlam yağ nisbətinin yüksək olması səbəbindən 100 qram qozda təxminən 674 kalori var. Sağlam bir şəkildə arıqlamaq və ilk növbədə kalorilərə diqqət yetirmək üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8-dən çox bütöv qoz istehlak edilməməlidir.//Axşam.az//
Respublica.Az
15-10-2023, 20:17 | Bu xətalar paltaryuyanı lazımsız hala gətirir - Məsləhətlər

Paltaryuyan maşınınız ilk günlərdəki kimi işləmirsə, deməli onu düzgün istifadə etmirsiniz. Onun uzunömürlü olması üçün bəzi şeylərə diqqət etmək lazımdır. Fərqində olmadan etdiyiniz xətalar paltaryuyanı lazımsız hala gətirə bilər.
Bəs həmin xətalar hansılardır?
Respublica.Az medicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:
Çox doldurmaq
Paltaryuyanların proqramları yuma imkanları haqqında məlumat verir. Məsələn, əgər maşınınız 7 kiloluqdursa, pambıq paltarlarda 7 kq, zərif parçalarda isə 3 kiloqram ola bilər. Bu xüsusiyyətlərə diqqət edərək həm paltarlarınızı, həm də maşınınızı qoruya bilərsiniz. Əks halda maşınınız xarab ola biləcəyi kimi paltarlarınız da zədələnə bilər.
Yuyucu vasitəsindən çox istifadə etmək
Artıq yuyucu vasitə tökməklə daha çox təmizlik edə biləcəyinizi düşünürsünüzsə, səhv edirsiniz. Yuyucu vasitənin həddindən artıq istifadəsi çamaşırların zədələnməsinə və solmasına səbəb olur. Normadan artıq yuyucu tozlar sadəcə paltarlarınıza deyil, həmçinin maşına da zərər verir. Xüsusi ilə də soyuq su ilə yuyulduğunda əriməyən yuyucu vasitələrin qalıqları məsamələrdə çöküntü yaradır.
Soyuq sudan istifadə etmək
Adətən zərif parçalar soyuq su ilə yuyulur. Bu hal isə maşının təmizlənməsini əngəlləyir. Buna görə də soyuq su ilə paltarlarını yuyan insanlar ayda bir dəfə paltaryuyanı boş olaraq isti suda qurmalıdırlar.
Yuyulan paltarları maşında saxlamaq
Yuyulan paltarları maşının içində saxladıqda kiflənməyə səbəb ola bilər. Pis qoxuya səbəb olan bu vəziyyətin qarşısını almaq üçün yuma qurtardıqdan sonra paltarları çıxarıb rezin hissəsini quru parça ilə silmək lazımdır. Yuyucu vasitə yeri isə açıq qoyularaq qurudulmalıdır.
Yuma filtrindən istifadə etməmək
Paltaryuyana atılan pullu və muncuqlu geyimlərdən qopan parçalar maşınınızın mexanizminə ziyan verə bilər. Bu kimi qopa bilən parçaları olan geyimləri maşına atarkən yuma filtrindən istifadə etmək lazımdır.
Təmizləməmək
Paltaryuyanları ilk günkü kimi istifadə etmək üçün onu mütəmadi olaraq təmizləmək lazımdır. Təmizləmək üçün öncə maşın boş qurularaq işlək vəziyyətə gətirilir, yuyucu tozlar olan hissəsi də yuyularaq qurudulur. Bundan başqa, bayır görünüşünü də unutmamaq lazımdır.
Respublica.Az















