26-02-2026, 10:16 | Yaponiyada uçan taksilər sınaqdan keçirilir

Yaponiyada uçan taksilər sınaqdan keçirilir


Yaponiyanın "SkyDrive Inc." startapı sərnişin daşınması üçün nəzərdə tutulan pilotsuz uçuş aparatının ilk nümayiş xarakterli uçuşunu həyata keçirib.

Uzaqdan idarə olunan "SD-05" innovativ nəqliyyat vasitəsi "Mitsubishi Estate Co. və Kanematsu Corp." şirkətləri tərəfindən hazırlanıb. Aparat ilk uzaqdan idarə olunan uçuşunu Tokio körfəzi üzərində həyata keçirib. Uçuş təxminən dəqiqə yarım davam edib və aparat təxminən 150 metr məsafə qət edib.

"SD-05" pilotsuz aparatı 12 daşıyıcı vint və akkumulyator batareyaları ilə təchiz olunub. Bu xüsusiyyətlər sayəsində o, 15-40 kilometr məsafə qət edə bilir. Nəqliyyat vasitəsi üç nəfərin daşınması üçün nəzərdə tutulub.Trend-

16-02-2026, 15:05 | Qırğızstan prezidenti 3 naziri istefaya göndərdi

Qırğızstan prezidenti 3 naziri istefaya göndərdi


Qırğız Respublikasının Prezidenti Sadır Japarov daha 3 naziri vəzifəsindən azad edib.

Bu barədə Qırğızıstan dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.

Sadır Japarovun imzaladığı Fərmana əsasən, Meder Maşiyev təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri, Boobek Ajikeyev fövqəladə hallar naziri, Absattar Sırqabayev isə nəqliyyat və rabitə naziri vəzifəsindən azad edilib.

Nazirlərin vəzifələrindən azad edilmə səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, fevralın 10-u Qırğızıstan lideri yaxın silahdaşı, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTMK) sədri Kamçıbek Taşiyevi və onun üç müavinini istefaya göndərib. Fevralın 12-si isə Qırğızıstanın Ali Şurasının sədri Turgunbek Nurlanbek uulu istefa ərizəsini təqdim edib.


16-02-2026, 15:00 | İran nüvə proqramını sülh məqsədləri üçün davam etdirəcək - Araqçi

İran nüvə proqramını sülh məqsədləri üçün davam etdirəcək - Araqçi


İran nüvə proqramını sülh məqsədləri üçün davam etdirəcək.

Milli.Az xəbər verir ki, bu barədə fevralın 16-da İran Xarici İşlər Naziri Əbbas Araqçi RT telekanalına müsahibəsində bildirib.

"Hazırda məqsədimiz sülh üçündür, bizə zənginləşdirmə hüququmuz var və biz bu hüququ istifadə etmək istəyirik", - deyə o bildirib.

Araqçi xatırladıb ki, Tehranda 1979-cu il inqilabından əvvəl ABŞ tərəfindən inşa edilmiş TRR tədqiqat reaktoru fəaliyyət göstərir. Reaktor xərçəng və digər xəstəliklərin müalicəsində istifadə olunan radioizotopları istehsal edir və 1 milyondan çox iranlının ehtiyaclarını ödəyir. Burada istifadə olunan yanacaq 20% zənginləşdirilib.

Nazir vurğulayıb ki, İran nüvə proqramı çərçivəsində yalnız sülh məqsədlərini nəzərə alır və ölkənin ehtiyaclarını aşmır.

27-08-2025, 13:49 | İş adamı müştərini küçədə öldürdü

İş adamı müştərini küçədə öldürdü


Türkiyədə restoran sahibi müştərini qətlə yetirib.

Hadisə İzmirin Buca qəsəbəsində baş verib.

Restoranda 20 yaşlı Əmirxan Qaya ilə sahibkar Yılmaz E. arasında naməlum səbəbdən mübahisə yaranıb. Sonra tərəflər küçəyə çıxaraq, əlbəyaxa olublar. Bu zaman Yılmaz E. üzərindəki tapança ilə gənc oğlana atəş açıb. Bir neçə yerindən xəsarət alan zərərçəkən xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin gördükləri tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Yılmaz E. isə polis tərəfindən saxlanılıb və araşdırma aparılır. /Lent.az


26-08-2025, 15:52 | "Amerika ordusu Ukrayna ordusundan geri qalır"

"Amerika ordusu Ukrayna ordusundan geri qalır"


ABŞ yaxşı silahlar istehsal edir, lakin ordusunun hazırlıq səviyyəsi yəqin ki, Ukrayna Silahlı Qüvvələrindən aşağıdır.

Bu fikri ukraynalı hərbi analitik Aleksey Getman Vaşinqtonun Ukraynanın təhlükəsizliyinin təmin edilməsində mümkün rolundan danışarkən deyib.

"ABŞ ölkəmizi Rusiya zərbələrindən qorumaq üçün öz təyyarələri ilə Ukrayna səmasını bağlaya bilərmi?" sualına cavab olaraq ekspert Amerika ordusunun imkanlarını yüksək qiymətləndirmədiyini söyləyib.

"Bu, çox yaxşı olardı. Əslində biz ABŞ-ın quru qoşunlarının imkanlarını həddən artıq yüksək qiymətləndiririk, çünki biz əsasən Hollivud filmlərinə güvənirik. Amma faktlara nəzər salsaq, İkinci Dünya müharibəsindən sonra ABŞ Silahlı Qüvvələrinin heç bir uğurunu xatırlaya bilmərik. Onlar Koreya müharibəsini uduzdular, Vyetnam müharibəsini uduzdular, Əfqanıstandakı müharibəni uduzdular. "Səhrada tufan" əməliyyatı oldu, amma orada da koalisiya idi, ABŞ deyil...", - Getman bildirib.

Analitik vurğulayıb ki, o, Amerika ordusunun Ukrayna Silahlı Qüvvələrindən üstün olmadığına əmindir.

O hesab edir ki, ABŞ ordusu hətta təlim baxımından ukraynalı döyüşçülərdən də geridə qala bilər.

26-08-2025, 15:49 | İmamoğlunun vəkili də saxlanıldı

İmamoğlunun vəkili də saxlanıldı


İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Ekrem İmamoğlunun vəkili Nusret Yılmaz saxlanılıb.

Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, İBB-də aparılan korrupsiya istintaqı çərçivəsində

Qeyd edək ki, həbsindən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlu da daxil olmaqla, "Cinayət təşkilatına rəhbərlik etmək", "Cinayət təşkilatına üzv olmaq", "Qəsb", "Rüşvət", "Qəsdən fırıldaqçılıq", "Şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "Tender saxtakarlığı" ittihamları ilə müxtəlif şəxslər barəsində İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.

İstintaq çərçivəsində İmamoğlunun vəkili Nusret Yılmaz Trabzonda "Rüşvətə vasitəçilik etmək" ittihamı ilə saxlanılıb.

Onun İstanbul məhkəməsinə gətirilməsi gözlənilir.

26-08-2025, 10:25 | Mirzoyan Azərbaycanla paraflanmış sülh sazişindən DANIŞDI

Mirzoyan Azərbaycanla paraflanmış sülh sazişindən DANIŞDI


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Azərbaycan arasında paraflanmış sülh sazişindən danışıb.

Qafan şəhərində səfirlərin müşavirəsində çıxış edən Mirzoyan paraflanmış sülh sazişinin Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb.

O, Ermənistan Respublikasının xarici siyasətinin bu yeni reallıqlarda necə formalaşdığını, yaranmış yeni imkanları və onların həyata keçirilməsi üçün görülməli olan işləri təqdim edib.

26-08-2025, 10:23 | Tramp bu Departamentinin adını dəyişəcək

Tramp bu Departamentinin adını dəyişəcək
8

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Departamenti adlandıra bilər.

, Ağ Ev rəhbəri bu barədə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, müdafiə departamentin işinin bir hissəsidir və onun içində hücum da var. "Ancaq mən dəyişəcəyimizi düşünürəm. Müharibə Departamenti olanda bizim inanılmaz bir qələbə tariximiz var idi",- deyə Tramp əlavə edib.

Xatırladaq ki, Müharibə Departamenti 1789-cu ildə Corc Vaşinqton tərəfindən yaradılıb. O, 1947-ci ildə o vaxtkı prezident Harri Truman tərəfindən yenidən təşkil edilənədək mövcud olub. 1949-cu ildə Müdafiə Departamenti adlandırılıb.

25-08-2025, 13:26 | Ukrayna ilk dəfə “Uzun Neptun” raketini təqdim etdi – hədəflər 1000 km məsafədə

Ukrayna ilk dəfə “Uzun Neptun” raketini təqdim etdi – hədəflər 1000 km məsafədə


Ukrayna silahlı qüvvələri yeni uzaqmənzilli raketini ilk dəfə nümayiş etdirib.

Söhbət P-360 “Neptun” qanadlı raketinin uzaqmənzilli modifikasiyası olan “Uzun Neptun”dan gedir. Bu raket hədəfləri 1000 km-ə qədər məsafədə vurmaq qabiliyyətinə malikdir.

Raketin hazırlanmasından ilk dəfə 2023-cü ilin noyabrında məlumat verilsə də, indiyədək heç bir vizual görüntüsü ictimaiyyətə təqdim edilməmişdi. “Uzun Neptun” ilk dəfə videoda görünüb, həmin video isə Ukraynanın Dövlət “Silah” portalının rəsmi hesabında Müstəqillik Günü öncəsi yayımlanıb.

Ekspertlər hesab edirlər ki, bu raket Ukraynanın strateji imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

25-08-2025, 13:23 | Dünyada məşhur kurortda 7 gənc BATDI

Dünyada məşhur kurortda 7 gənc BATDI


Misirdə 7 tələbə dənizdə batıb.

Gənclər İsgəndəriyyənin qərbindəki Əl-Əcəmi bölgəsindəki çimərlikdə boğulublar. Daha 24 nəfər xilas edilib və onlara tibbi yardım göstərilib.

Məlumata görə, 147 tələbədən ibarət qrup təhsil almaq üçün İsgəndəriyyəyə səfər edib.

Çimərlikdə üzməyi qadağan edən qırmızı bayraq qaldırılsa da, gənclərdən biri çimməyə gedib və güclü dalğalar onu aparıb. Bir neçə tələbə yoldaşlarını xilas etmək üçün suya tullanıb, lakin onlar da həlak olublar.

Ölənlərin yaşları 15-21 arasındadır.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.